Vitr kitabı

Vitr namazı haqda nə rəvayət olunmuşdur?

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ وَعَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ صَلاَةِ اللَّيْلِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « صَلاَةُ اللَّيْلِ مَثْنَى مَثْنَى ، فَإِذَا خَشِىَ أَحَدُكُمُ الصُّبْحَ صَلَّى رَكْعَةً وَاحِدَةً ، تُوتِرُ لَهُ مَا قَدْ صَلَّى » .

“İbn Ömər ﵄ rəvayət edir ki, bir nəfər Allah Elçisindən ﷺ gecə namazı barəsində soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Gecə namazı iki rükət-iki rükət qılınır və əgər sizdən biriniz səhərin açılacağından ehtiyat etsə, qoy bir rükət də qılsın. Bu onun qıldığı namazların (sayını) təkləşdirər”.”

İbn Ömər
Səhih

İstinad

Buxari, 990 (Vitr, 1)

Səhih əl-Buxari — Vitr kitabı