Səhih əl-BuxariVitr kitabı

Kitab 14

Vitr kitabı

كِتَابُ الوِتْرِ

15

hədis

Fəsil 1

Vitr namazı haqda nə rəvayət olunmuşdur?

باب مَا جَاءَ فِى الْوِتْرِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ وَعَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ صَلاَةِ اللَّيْلِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « صَلاَةُ اللَّيْلِ مَثْنَى مَثْنَى ، فَإِذَا خَشِىَ أَحَدُكُمُ الصُّبْحَ صَلَّى رَكْعَةً وَاحِدَةً ، تُوتِرُ لَهُ مَا قَدْ صَلَّى » .

“İbn Ömər ﵄ rəvayət edir ki, bir nəfər Allah Elçisindən ﷺ gecə namazı barəsində soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Gecə namazı iki rükət-iki rükət qılınır və əgər sizdən biriniz səhərin açılacağından ehtiyat etsə, qoy bir rükət də qılsın. Bu onun qıldığı namazların (sayını) təkləşdirər”.”

İbn Ömər
SəhihBuxari, 990 (Vitr, 1)

وَعَنْ نَافِعٍ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ كَانَ يُسَلِّمُ بَيْنَ الرَّكْعَةِ وَالرَّكْعَتَيْنِ فِى الْوِتْرِ ، حَتَّى يَأْمُرَ بِبَعْضِ حَاجَتِهِ .

“Nafi ﵀ rəvayət edir ki, Abdullah ibn Ömər Vitr namazında tək rükət ilə iki rükət arasında salam verər, bu arada bəzi işlərin edilməsini əmr edərdi.”

Nafi
SəhihBuxari, 991 (Vitr, 2)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ مَخْرَمَةَ بْنِ سُلَيْمَانَ عَنْ كُرَيْبٍ أَنَّ ابْنَ عَبَّاسٍ أَخْبَرَهُ أَنَّهُ بَاتَ عِنْدَ مَيْمُونَةَ ، وَهْىَ خَالَتُهُ ، فَاضْطَجَعْتُ فِى عَرْضِ وِسَادَةٍ ، وَاضْطَجَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَهْلُهُ فِى طُولِهَا ، فَنَامَ حَتَّى انْتَصَفَ اللَّيْلُ أَوْ قَرِيبًا مِنْهُ ، فَاسْتَيْقَظَ يَمْسَحُ النَّوْمَ عَنْ وَجْهِهِ ، ثُمَّ قَرَأَ عَشْرَ آيَاتٍ مِنْ آلِ عِمْرَانَ ، ثُمَّ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى شَنٍّ مُعَلَّقَةٍ ، فَتَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ، ثُمَّ قَامَ يُصَلِّى فَصَنَعْتُ مِثْلَهُ فَقُمْتُ إِلَى جَنْبِهِ ، فَوَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى رَأْسِى ، وَأَخَذَ بِأُذُنِى يَفْتِلُهَا ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ أَوْتَرَ ، ثُمَّ اضْطَجَعَ حَتَّى جَاءَهُ الْمُؤَذِّنُ فَقَامَ فَصَلَّى رَكْعَتَيْنِ ثُمَّ ، خَرَجَ فَصَلَّى الصُّبْحَ .

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ xalası Məymunənin yanında gecələmişdi. İbn Abbas başını yastığın enli tərəfinə qoyub uzandı. Allah Elçisi ﷺ və ailəsi də başlarını yastığın uzun tərəfindən qoyub yatdılar. Allah Elçisi ﷺ gecənin yarısı və ya ona yaxın vaxta qədər yatdı. Allah Elçisi ﷺ oyanıb üzünü ovuşdurdu. Sonra Ali-İmran surəsindən on ayə oxudu. Sonra ayağa durub asılı vəziyyətdə olan tuluqdakı su ilə gözəl şəkildə dəstəmaz aldı. Sonra namaz qıldı. Mən də qalxdım və onun etdiyi kimi etdim. Sonra gedib onun yanında (sol tərəfində) dayandım. Allah Elçisi ﷺ sağ əlini başımın üzərinə qoydu və sağ qulağımdan çəkdi. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra da vitri qıldı və müəzzin gələnə qədər yatdı. (Azan verildikdən sonra) sonra da iki rükət namaz qıldı. Sonra isə evdən çıxıb, Sübh namazını camaata qıldırdı”.”

İbn Abbas
SəhihBuxari, 992 (Vitr, 3)

حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنِى ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى عَمْرٌو أَنَّ عَبْدَ الرَّحْمَنِ بْنَ الْقَاسِمِ حَدَّثَهُ عَنْ أَبِيهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « صَلاَةُ اللَّيْلِ مَثْنَى مَثْنَى ، فَإِذَا أَرَدْتَ أَنْ تَنْصَرِفَ فَارْكَعْ رَكْعَةً تُوتِرُ لَكَ مَا صَلَّيْتَ » . قَالَ الْقَاسِمُ وَرَأَيْنَا أُنَاسًا مُنْذُ أَدْرَكْنَا يُوتِرُونَ بِثَلاَثٍ ، وَإِنَّ كُلاًّ لَوَاسِعٌ أَرْجُو أَنْ لاَ يَكُونَ بِشَىْءٍ مِنْهُ بَأْسٌ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ minbərdə ikən bir nəfər ondan soruşdu: “Gecə namazı iki rükət-iki rükət qılınır. Namazı başa çatdırmaq istədikdə bir rükət namaz qıl ki, əvvəldə qıldığın namazlarla (bir yerdə onların) sayı tək olsun”. əl-Qasim deyir: “Biz həddi-büluğa çatandan bəri bir çox insanları bu namazı üç rükət qılan gördük. Amma bir, üç, beş və yeddi rükət qılmaq da icazəlidir. Mən bunların heç birində müşgül görmürəm”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 993 (Vitr, 4)

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى إِحْدَى عَشْرَةَ رَكْعَةً ، كَانَتْ تِلْكَ صَلاَتَهُ - تَعْنِى بِاللَّيْلِ - فَيَسْجُدُ السَّجْدَةَ مِنْ ذَلِكَ قَدْرَ مَا يَقْرَأُ أَحَدُكُمْ خَمْسِينَ آيَةً قَبْلَ أَنْ يَرْفَعَ رَأْسَهُ ، وَيَرْكَعُ رَكْعَتَيْنِ قَبْلَ صَلاَةِ الْفَجْرِ ، ثُمَّ يَضْطَجِعُ عَلَى شِقِّهِ الأَيْمَنِ حَتَّى يَأْتِيَهُ الْمُؤَذِّنُ لِلصَّلاَةِ .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ gecə namazını on bir rükət qılardı, bu namazlarda qıldığı hər bir səcdəni o qədər uzadardı ki, həmin vaxt ərzində sizin hər biriniz əlli ayə oxuya bilərdi və yalnız bundan sonra başını səcdədən qaldırardı. Həmçinin Sübh namazından əvvəl iki rükət namaz qılar və müəzzin gəlib onu namaza çağıranadək sağ böyrü üstə uzanardı.”

Aişə
SəhihBuxari, 994 (Vitr, 5)

Fəsil 2

Vitr namazının vaxtı

باب سَاعَاتِ الْوِتْرِ

قَالَ أَبُو هُرَيْرَةَ أَوْصَانِى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْوِتْرِ قَبْلَ النَّوْمِ .

Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ mənə yatmamışdan qabaq Vitr namazını qılmağı vəsiyyət etdi”.

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ سِيرِينَ قَالَ قُلْتُ لاِبْنِ عُمَرَ أَرَأَيْتَ الرَّكْعَتَيْنِ قَبْلَ صَلاَةِ الْغَدَاةِ أُطِيلُ فِيهِمَا الْقِرَاءَةَ فَقَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى مِنَ اللَّيْلِ مَثْنَى مَثْنَى ، وَيُوتِرُ بِرَكْعَةٍ وَيُصَلِّى الرَّكْعَتَيْنِ قَبْلَ صَلاَةِ الْغَدَاةِ وَكَأَنَّ الأَذَانَ بِأُذُنَيْهِ . قَالَ حَمَّادٌ أَىْ سُرْعَةً .

“Rəvayət edilir ki, Ənəs ibn Sirin ﵀ demişdir: “Mən İbn Ömərə dedim: “Sübh namazından qabaq iki rükət sünnənin qiraətini uzatmağa necə baxırsan?” İbn Ömər dedi: “Peyğəmbər ﷺ gecə namazını iki rükət-iki rükət qılar, bir rükət də Vitr namazını qılardı. Sübh namazından əvvəl sanki qulağına azan (iqamə) səsi gəlirmiş kimi o iki rükəti sürətli qılardı”.”

Ənəs ibn Sirin
SəhihBuxari, 995 (Vitr, 6)

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ قَالَ حَدَّثَنِى مُسْلِمٌ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ كُلَّ اللَّيْلِ أَوْتَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَانْتَهَى وِتْرُهُ إِلَى السَّحَرِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Vitr namazını gecənin müxtəlif saatlarında qılardı. Son vaxtlar isə bu namazı dan yeri sökülənə yaxın bir vaxtda qılardı”.”

Aişə
SəhihBuxari, 996 (Vitr, 7)

Fəsil 3

Peyğəmbərin ﷺ Vitr namazını qılmaları üçün ailəsini oyatması

باب إِيقَاظِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَهْلَهُ بِالْوِتْرِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ حَدَّثَنِى أَبِى عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى ، وَأَنَا رَاقِدَةٌ مُعْتَرِضَةً عَلَى فِرَاشِهِ ، فَإِذَا أَرَادَ أَنْ يُوتِرَ أَيْقَظَنِى فَأَوْتَرْتُ .

“Rəvayət eilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ adətən, mən onun yatağında uzanıb yatdığım halda mənə doğru namaz qılardı. Vitr namazını qılmaq istədikdə isə məni oyadar, mən də vitr namazını qılardım”.”

Aişə
SəhihBuxari, 997 (Vitr, 8)

Fəsil 4

Vitri gecə qılınan namazların axırıncısı etmək lazımdır

باب لِيَجْعَلْ آخِرَ صَلاَتِهِ وِتْرًا

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنْ عُبَيْدِ اللَّهِ حَدَّثَنِى نَافِعٌ عَنْ عَبْدِ اللَّهِ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « اجْعَلُوا آخِرَ صَلاَتِكُمْ بِاللَّيْلِ وِتْرًا » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Elə edin ki, gecə qıldığınız namazların axırıncısı vitr olsun!””

Abdullah
SəhihBuxari, 998 (Vitr, 9)

Fəsil 5

Vitr namazının minik üstündə qılınması

باب الْوِتْرِ عَلَى الدَّابَّةِ

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ أَبِى بَكْرِ بْنِ عُمَرَ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ بْنِ الْخَطَّابِ عَنْ سَعِيدِ بْنِ يَسَارٍ أَنَّهُ قَالَ كُنْتُ أَسِيرُ مَعَ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ بِطَرِيقِ مَكَّةَ فَقَالَ سَعِيدٌ فَلَمَّا خَشِيتُ الصُّبْحَ نَزَلْتُ فَأَوْتَرْتُ ، ثُمَّ لَحِقْتُهُ فَقَالَ عَبْدُ اللَّهِ بْنُ عُمَرَ أَيْنَ كُنْتَ فَقُلْتُ خَشِيتُ الصُّبْحَ ، فَنَزَلْتُ فَأَوْتَرْتُ . فَقَالَ عَبْدُ اللَّهِ أَلَيْسَ لَكَ فِى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُسْوَةٌ حَسَنَةٌ فَقُلْتُ بَلَى وَاللَّهِ . قَالَ فَإِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُوتِرُ عَلَى الْبَعِيرِ .

“Rəvayət edilir ki, Səid ibn Yəsar ﵀ demişdir: “Mən Abdullah ibn Ömər ilə gecə vaxtı Məkkəyə gedən yolda səfərdə idim. Sübh namazının vaxtının girməsindən ehtiyat edib dəvəmdən düşdüm və Vitr namazını qıldım. Sonra Abdullah ibn Ömərə çatdım. O mənə dedi: “Harda idin?” Mən də dedim: “Sübh namazının vaxtının girməsindən ehtiyat edib dəvəmdən düşdüm və Vitr namazını qıldım”. Abdullah dedi: “Məgər Allah Elçisi ﷺ sənin üçün gözəl örnək deyilmi?” Mən dedim: “Əlbəttə örnək var, Vallahi!” Abdullah dedi: “Allah Elçisi ﷺ Vitr namazını (hərdən) dəvənin üstündə qılardı”.”

Səid ibn Yəsar
SəhihBuxari, 999 (Vitr, 10)

Fəsil 6

Vitr namazının səfərdə qılınması

باب الْوِتْرِ فِى السَّفَرِ

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا جُوَيْرِيَةُ بْنُ أَسْمَاءَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى فِى السَّفَرِ عَلَى رَاحِلَتِهِ ، حَيْثُ تَوَجَّهَتْ بِهِ ، يُومِئُ إِيمَاءً ، صَلاَةَ اللَّيْلِ إِلاَّ الْفَرَائِضَ ، وَيُوتِرُ عَلَى رَاحِلَتِهِ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ səfərdə minik üzərində minik üzünü hansı tərəfə döndərsəydi, ora tərəf namaz qılardı. Fərz namazlarından başqa gecə namazlarını əyilərək işarə etməklə qılardı. Vitr namazını da minik üzərində qılardı”.”

İbn Ömər
SəhihBuxari, 1000 (Vitr, 11)

Fəsil 7

Rukudan əvvəl və ya sonra qunut duası oxumaq

باب الْقُنُوتِ قَبْلَ الرُّكُوعِ وَبَعْدَهُ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ مُحَمَّدٍ قَالَ سُئِلَ أَنَسٌ أَقَنَتَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الصُّبْحِ قَالَ نَعَمْ . فَقِيلَ لَهُ أَوَقَنَتَ قَبْلَ الرُّكُوعِ قَالَ بَعْدَ الرُّكُوعِ يَسِيرًا .

“Rəvayət edilir ki, Ənəsdən ﵁ soruşuldu: “Peyğəmbər ﷺ Sübh namazında qunut duası edərdimi?” Ənəs: “Bəli!”– deyə cavab verdi. Ona dedilər: “O, duanı rukudan qabaq edərdi?” Ənəs dedi: “O bunu rukudan sonra, qısa bir müddət ərzində etmişdi”.”

Ənəs
SəhihBuxari, 1001 (Vitr, 12)

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا عَاصِمٌ قَالَ سَأَلْتُ أَنَسَ بْنَ مَالِكٍ عَنِ الْقُنُوتِ . فَقَالَ قَدْ كَانَ الْقُنُوتُ . قُلْتُ قَبْلَ الرُّكُوعِ أَوْ بَعْدَهُ قَالَ قَبْلَهُ . قَالَ فَإِنَّ فُلاَنًا أَخْبَرَنِى عَنْكَ أَنَّكَ قُلْتَ بَعْدَ الرُّكُوعِ . فَقَالَ كَذَبَ ، إِنَّمَا قَنَتَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعْدَ الرُّكُوعِ شَهْرًا - أُرَاهُ - كَانَ بَعَثَ قَوْمًا يُقَالُ لَهُمُ الْقُرَّاءُ زُهَاءَ سَبْعِينَ رَجُلاً إِلَى قَوْمٍ مِنَ الْمُشْرِكِينَ دُونَ أُولَئِكَ ، وَكَانَ بَيْنَهُمْ وَبَيْنَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَهْدٌ فَقَنَتَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَهْرًا يَدْعُو عَلَيْهِمْ .

“Rəvayət edilir ki, Asim ﵀ demişdir: “Mən Ənəs ibn Malikdən qunut duası barəsində soruşdum. O: “Bəli, qunut duası edərdilər”– deyə cavab verdi. Mən dedim: “Rukudan əvvəl, yoxsa sonra?”. O: “Rukudan əvvəl”– deyə cavab verdi. Ona dedilər: “Bəs filankəs deyir ki, guya sən: “Rukudan sonra” demisən”. Ənəs dedi: “O, yalan danışır. Allah Elçisi ﷺ rukudan sonra qunut duasını ancaq bir ay ərzində oxumuşdur. Bildiyimə görə Allah Elçisi ﷺ “Qurra” adlanan yetmiş nəfəri müşriklərin yanına göndərmiş və orada həmin qarilər qətlə yetirilmişlər. Halbuki müşriklərlə Peyğəmbər ﷺ arasında bir-birlərinə qarşı silah çəkməyəcəklərinə dair saziş bağlanmışdı. Elə bu səbəbdən də Allah Elçisi ﷺ düz bir ay onların əleyhinə dualar etdi”.”

Asim
SəhihBuxari, 1002 (Vitr, 13)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ يُونُسَ قَالَ حَدَّثَنَا زَائِدَةُ عَنِ التَّيْمِىِّ عَنْ أَبِى مِجْلَزٍ عَنْ أَنَسٍ قَالَ قَنَتَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَهْرًا يَدْعُو عَلَى رِعْلٍ وَذَكْوَانَ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ bir ay ərzində Ril və Zəkvan qəbilələrinin əleyhinə dua etmişdir”.”

Ənəs
SəhihBuxari, 1003 (Vitr, 14)

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنَا خَالِدٌ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسٍ قَالَ كَانَ الْقُنُوتُ فِى الْمَغْرِبِ وَالْفَجْرِ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Qunut duası çox vaxt Məğrib və Sübh namazlarında oxunardı”.”

Ənəs
SəhihBuxari, 1004 (Vitr, 15)