Vitr kitabı

Vitr namazı haqda nə rəvayət olunmuşdur?

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ مَخْرَمَةَ بْنِ سُلَيْمَانَ عَنْ كُرَيْبٍ أَنَّ ابْنَ عَبَّاسٍ أَخْبَرَهُ أَنَّهُ بَاتَ عِنْدَ مَيْمُونَةَ ، وَهْىَ خَالَتُهُ ، فَاضْطَجَعْتُ فِى عَرْضِ وِسَادَةٍ ، وَاضْطَجَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَهْلُهُ فِى طُولِهَا ، فَنَامَ حَتَّى انْتَصَفَ اللَّيْلُ أَوْ قَرِيبًا مِنْهُ ، فَاسْتَيْقَظَ يَمْسَحُ النَّوْمَ عَنْ وَجْهِهِ ، ثُمَّ قَرَأَ عَشْرَ آيَاتٍ مِنْ آلِ عِمْرَانَ ، ثُمَّ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى شَنٍّ مُعَلَّقَةٍ ، فَتَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ، ثُمَّ قَامَ يُصَلِّى فَصَنَعْتُ مِثْلَهُ فَقُمْتُ إِلَى جَنْبِهِ ، فَوَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى رَأْسِى ، وَأَخَذَ بِأُذُنِى يَفْتِلُهَا ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ أَوْتَرَ ، ثُمَّ اضْطَجَعَ حَتَّى جَاءَهُ الْمُؤَذِّنُ فَقَامَ فَصَلَّى رَكْعَتَيْنِ ثُمَّ ، خَرَجَ فَصَلَّى الصُّبْحَ .

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ xalası Məymunənin yanında gecələmişdi. İbn Abbas başını yastığın enli tərəfinə qoyub uzandı. Allah Elçisi ﷺ və ailəsi də başlarını yastığın uzun tərəfindən qoyub yatdılar. Allah Elçisi ﷺ gecənin yarısı və ya ona yaxın vaxta qədər yatdı. Allah Elçisi ﷺ oyanıb üzünü ovuşdurdu. Sonra Ali-İmran surəsindən on ayə oxudu. Sonra ayağa durub asılı vəziyyətdə olan tuluqdakı su ilə gözəl şəkildə dəstəmaz aldı. Sonra namaz qıldı. Mən də qalxdım və onun etdiyi kimi etdim. Sonra gedib onun yanında (sol tərəfində) dayandım. Allah Elçisi ﷺ sağ əlini başımın üzərinə qoydu və sağ qulağımdan çəkdi. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra da vitri qıldı və müəzzin gələnə qədər yatdı. (Azan verildikdən sonra) sonra da iki rükət namaz qıldı. Sonra isə evdən çıxıb, Sübh namazını camaata qıldırdı”.”

İbn Abbas
Səhih

İstinad

Buxari, 992 (Vitr, 3)

Səhih əl-Buxari — Vitr kitabı