Vitr namazının minik üstündə qılınması
حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ أَبِى بَكْرِ بْنِ عُمَرَ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ بْنِ الْخَطَّابِ عَنْ سَعِيدِ بْنِ يَسَارٍ أَنَّهُ قَالَ كُنْتُ أَسِيرُ مَعَ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ بِطَرِيقِ مَكَّةَ فَقَالَ سَعِيدٌ فَلَمَّا خَشِيتُ الصُّبْحَ نَزَلْتُ فَأَوْتَرْتُ ، ثُمَّ لَحِقْتُهُ فَقَالَ عَبْدُ اللَّهِ بْنُ عُمَرَ أَيْنَ كُنْتَ فَقُلْتُ خَشِيتُ الصُّبْحَ ، فَنَزَلْتُ فَأَوْتَرْتُ . فَقَالَ عَبْدُ اللَّهِ أَلَيْسَ لَكَ فِى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُسْوَةٌ حَسَنَةٌ فَقُلْتُ بَلَى وَاللَّهِ . قَالَ فَإِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُوتِرُ عَلَى الْبَعِيرِ .
“Rəvayət edilir ki, Səid ibn Yəsar ﵀ demişdir: “Mən Abdullah ibn Ömər ilə gecə vaxtı Məkkəyə gedən yolda səfərdə idim. Sübh namazının vaxtının girməsindən ehtiyat edib dəvəmdən düşdüm və Vitr namazını qıldım. Sonra Abdullah ibn Ömərə çatdım. O mənə dedi: “Harda idin?” Mən də dedim: “Sübh namazının vaxtının girməsindən ehtiyat edib dəvəmdən düşdüm və Vitr namazını qıldım”. Abdullah dedi: “Məgər Allah Elçisi ﷺ sənin üçün gözəl örnək deyilmi?” Mən dedim: “Əlbəttə örnək var, Vallahi!” Abdullah dedi: “Allah Elçisi ﷺ Vitr namazını (hərdən) dəvənin üstündə qılardı”.”
İstinad
Buxari, 999 (Vitr, 10)
Səhih əl-Buxari — Vitr kitabı