Vitr namazının vaxtı
حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ سِيرِينَ قَالَ قُلْتُ لاِبْنِ عُمَرَ أَرَأَيْتَ الرَّكْعَتَيْنِ قَبْلَ صَلاَةِ الْغَدَاةِ أُطِيلُ فِيهِمَا الْقِرَاءَةَ فَقَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى مِنَ اللَّيْلِ مَثْنَى مَثْنَى ، وَيُوتِرُ بِرَكْعَةٍ وَيُصَلِّى الرَّكْعَتَيْنِ قَبْلَ صَلاَةِ الْغَدَاةِ وَكَأَنَّ الأَذَانَ بِأُذُنَيْهِ . قَالَ حَمَّادٌ أَىْ سُرْعَةً .
“Rəvayət edilir ki, Ənəs ibn Sirin ﵀ demişdir: “Mən İbn Ömərə dedim: “Sübh namazından qabaq iki rükət sünnənin qiraətini uzatmağa necə baxırsan?” İbn Ömər dedi: “Peyğəmbər ﷺ gecə namazını iki rükət-iki rükət qılar, bir rükət də Vitr namazını qılardı. Sübh namazından əvvəl sanki qulağına azan (iqamə) səsi gəlirmiş kimi o iki rükəti sürətli qılardı”.”
İstinad
Buxari, 995 (Vitr, 6)
Səhih əl-Buxari — Vitr kitabı