Quraqlıq vaxtı müşriklərin müsəlmanlardan yağış yağması üçün müraciət etməsi
حَدَّثَنَا مُحَمَّدُ بْنُ كَثِيرٍ عَنْ سُفْيَانَ حَدَّثَنَا مَنْصُورٌ وَالأَعْمَشُ عَنْ أَبِى الضُّحَى عَنْ مَسْرُوقٍ قَالَ أَتَيْتُ ابْنَ مَسْعُودٍ فَقَالَ إِنَّ قُرَيْشًا أَبْطَئُوا عَنِ الإِسْلاَمِ ، فَدَعَا عَلَيْهِمُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخَذَتْهُمْ سَنَةٌ حَتَّى هَلَكُوا فِيهَا وَأَكَلُوا الْمَيْتَةَ وَالْعِظَامَ ، فَجَاءَهُ أَبُو سُفْيَانَ فَقَالَ يَا مُحَمَّدُ ، جِئْتَ تَأْمُرُ بِصِلَةِ الرَّحِمِ ، وَإِنَّ قَوْمَكَ هَلَكُوا ، فَادْعُ اللَّهَ . فَقَرَأَ { فَارْتَقِبْ يَوْمَ تَأْتِى السَّمَاءُ بِدُخَانٍ مُبِينٍ } ثُمَّ عَادُوا إِلَى كُفْرِهِمْ فَذَلِكَ قَوْلُهُ تَعَالَى { يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَى } يَوْمَ بَدْرٍ . قَالَ وَزَادَ أَسْبَاطٌ عَنْ مَنْصُورٍ فَدَعَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَسُقُوا الْغَيْثَ ، فَأَطْبَقَتْ عَلَيْهِمْ سَبْعًا ، وَشَكَا النَّاسُ كَثْرَةَ الْمَطَرِ فَقَالَ « اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا » . فَانْحَدَرَتِ السَّحَابَةُ عَنْ رَأْسِهِ ، فَسُقُوا النَّاسُ حَوْلَهُمْ .
“Rəvayət edilir ki, Məsruq ﵀ demişdir: “Mən İbn Məsudun yanına gəldim. O dedi: “Qureyş İslama girməyə gecikirdi. Peyğəmbər ﷺ də onlara elə bəddua etdi ki, onlara elə bir quraqlıq üz verdi ki, onlar məhv olmağa, ölmüş heyvan və sümük yeməyə başladılar. Həmin vaxt Əbu Süfyan gəlib dedi: “Ey Muhəmməd, sən bizə qohumluq əlaqələrini möhkəmləndirməyi buyurursan, lakin sənin həmqəbilələrin həlak olur. Bizim üçün Allaha dua et!” (İbn Məsud bu ayələri) oxudu: “Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə” (əd-Duxan, 10). Sonra onlar yenidən küfrə qayıtdılar. Uca Allah bu haqda buyurur: “Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq” (əd-Duxan, 16). Bu, artıq Bədr döyüşündə baş vermişdir. Ravi bunları əlavə etmişdir: “Allah Elçisi ﷺ dua etdi və onlara yeddi gün yağış yağdı. Bundan sonra camaat yağışın çoxluğundan şikayət etdi. Peyğəmbər ﷺ də belə dua etdi: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır”. Buludlar onların başlarının üstündən çəkildi və insanlar yağan yağışdan istifadə etməyə başladılar”.”
İstinad
Buxari, 1020 (İstisqa, 16)
Səhih əl-Buxari — İstisqa kitabı