İstisqa kitabı

Yağış çox olduqda: “Yağışı üstümüzə deyil, ətrafımıza yağdır” deyə dua etmək

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِى بَكْرٍ حَدَّثَنَا مُعْتَمِرٌ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ يَوْمَ جُمُعَةٍ ، فَقَامَ النَّاسُ فَصَاحُوا فَقَالُوا يَا رَسُولَ اللَّهِ ، قَحَطَ الْمَطَرُ وَاحْمَرَّتِ الشَّجَرُ وَهَلَكَتِ الْبَهَائِمُ ، فَادْعُ اللَّهَ يَسْقِينَا . فَقَالَ « اللَّهُمَّ اسْقِنَا » . مَرَّتَيْنِ ، وَايْمُ اللَّهِ مَا نَرَى فِى السَّمَاءِ قَزَعَةً مِنْ سَحَابٍ ، فَنَشَأَتْ سَحَابَةٌ وَأَمْطَرَتْ ، وَنَزَلَ عَنِ الْمِنْبَرِ فَصَلَّى ، فَلَمَّا انْصَرَفَ لَمْ تَزَلْ تُمْطِرُ إِلَى الْجُمُعَةِ الَّتِى تَلِيهَا ، فَلَمَّا قَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ صَاحُوا إِلَيْهِ تَهَدَّمَتِ الْبُيُوتُ وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ يَحْبِسُهَا عَنَّا . فَتَبَسَّمَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَالَ « اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا » . فَكُشِطَتِ الْمَدِينَةُ ، فَجَعَلَتْ تُمْطِرُ حَوْلَهَا وَلاَ تَمْطُرُ بِالْمَدِينَةِ قَطْرَةً ، فَنَظَرْتُ إِلَى الْمَدِينَةِ وَإِنَّهَا لَفِى مِثْلِ الإِكْلِيلِ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ cümə günü xütbə verərkən insanlar ayağa durub dedilər: “Ey Allahın Elçisi, yağış yağmır, ağaclar quruyur, mal-qara məhv oldu. Allaha dua et ki, bizə yağış endirsin”. Allah Elçisi ﷺ iki dəfə belə dua etdi: “Allahım, bizə yağış yağdır!” Allaha and olsun, həmin an biz göydə heç bir bulud parçası görmürdük. Bu vaxt bir bulud gəlib və yağış yağmağa başladı. Allah Elçisi ﷺ minbərdən düşüb namaz qıldı. Namazı bitirəndən sonra növbəti cüməyə qədər həmin yağış davam etdi. Növbəti cümə günü Allah Elçisi ﷺ xütbə verərkən yenə camaat ona dedi: “Evlər dağıldı, yollar bağlandı. Allaha dua et ki, bizə yağan yağışı dayandırsın”. Peyğəmbər ﷺ gülümsədi, sonra dua edərək buyurdu: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır”. Bu vaxt Mədinənin üstü açıldı. Buludlar Mədinənin ətrafını əhatə etdiyi halda Mədinəyə bir damcı yağış düşmürdü. Mədinəyə baxdıqda onun tac kimi olduğunu gördüm”.”

Ənəs
Səhih

İstinad

Buxari, 1021 (İstisqa, 17)

Səhih əl-Buxari — İstisqa kitabı