Yağış yağması üçün namaz qıldıqda qiraəti səsli etmək
حَدَّثَنَا أَبُو نُعَيْمٍ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنِ الزُّهْرِىِّ عَنْ عَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَمِّهِ قَالَ خَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَسْقِى فَتَوَجَّهَ إِلَى الْقِبْلَةِ يَدْعُو ، وَحَوَّلَ رِدَاءَهُ ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ جَهَرَ فِيهِمَا بِالْقِرَاءَةِ .
“Rəvayət edilir ki, Abbad ibn Təmimin əmisi (Abdullah ibn Zeyd) ﵁ demişdir: “Peyğəmbər ﷺ yağış duasını etmək üçün namazgaha çıxdı, üzünü qibləyə çevirdi və əbasını tərsinə geyindi. Sonra iki rükət namaz qıldı və qiraətini (surələri və təkbirləri) də səsli etdi”.”
Abbad ibn Təmim əmisindən
Səhihİstinad
Buxari, 1024 (İstisqa, 20)
Səhih əl-Buxari — İstisqa kitabı