Peyğəmbər ﷺ (istisqa namazında) hansı şəkildə camaata arxa çevirmişdir?
حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنِ الزُّهْرِىِّ عَنْ عَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَمِّهِ قَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ خَرَجَ يَسْتَسْقِى قَالَ فَحَوَّلَ إِلَى النَّاسِ ظَهْرَهُ ، وَاسْتَقْبَلَ الْقِبْلَةَ يَدْعُو ، ثُمَّ حَوَّلَ رِدَاءَهُ ، ثُمَّ صَلَّى لَنَا رَكْعَتَيْنِ جَهَرَ فِيهِمَا بِالْقِرَاءَةِ .
“Rəvayət edilir ki, Abbad ibn Təmimin əmisi (Abdullah ibn Zeyd) ﵁ demişdir: “Mən Peyğəmbəri ﷺ yağış yağması namazını qılmaq üçün (namaz qılınan yerə) çıxdığı gün görmüşəm. O, dua etmək üçün arxasını camaata çevirdi və qibləyə üz tutduqdan sonra əbasını tərsinə çevirdi. Bundan sonra (camaata) iki rükət namaz qıldırdı və hər iki rükətdə (surələri və təkbirləri) uca səslə oxudu”.”
İstinad
Buxari, 1025 (İstisqa, 21)
Səhih əl-Buxari — İstisqa kitabı