Kusuf kitabı

Kusuf vaxtı sədəqə vermək

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ خَسَفَتِ الشَّمْسُ فِى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالنَّاسِ ، فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ قَامَ فَأَطَالَ الْقِيَامَ وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ فَعَلَ فِى الرَّكْعَةِ الثَّانِيَةِ مِثْلَ مَا فَعَلَ فِى الأُولَى ، ثُمَّ انْصَرَفَ وَقَدِ انْجَلَتِ الشَّمْسُ ، فَخَطَبَ النَّاسَ ، فَحَمِدَ اللَّهَ ، وَأَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، لاَ يَنْخَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَادْعُوا اللَّهَ وَكَبِّرُوا ، وَصَلُّوا وَتَصَدَّقُوا » . ثُمَّ قَالَ « يَا أُمَّةَ مُحَمَّدٍ ، وَاللَّهِ مَا مِنْ أَحَدٍ أَغْيَرُ مِنَ اللَّهِ أَنْ يَزْنِىَ عَبْدُهُ أَوْ تَزْنِىَ أَمَتُهُ ، يَا أُمَّةَ مُحَمَّدٍ ، وَاللَّهِ لَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلاً وَلَبَكَيْتُمْ كَثِيرًا » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutuldu. Buna görə Allah Elçisi ﷺ camaata namaz qıldırdı. Namazda qiyamı uzatdı, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra səcdəyə getdi və səcdəni uzatdı, ikinci rükətdə də birinci rükətdə elədiklərini təkrar etdi. Namazı bitirdikdə artıq günəşin üzü açılmışdı. Bundan sonra qalxıb xütbə verdi və Allaha həmd-səna edib təriflər deyəndən sonra buyurdu: “Həqiqətən də, günəş və ay Allahın dəlillərindəndir. Onlar heç kimin ölümünə və ya doğulmasına görə tutulmur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Allaha dua edin, təkbir edin, namaz qılın və sədəqə verin”. Sonra Peyğəmbər ﷺ davam edib dedi: “Ey Muhəmməd ümməti! Allaha and olsun, kişi və ya qadın köləsinin zina etməsi xüsusunda heç kəs Allahdan daha qısqanc ola bilməz. Ey Muhəmməd ümməti! Allaha and olsun, mən bildiyimi siz bilsəydiniz, az gülüb çox ağlayardınız”.”

Aişə
Səhih

İstinad

Buxari, 1044 (Kusuf, 5)

Səhih əl-Buxari — Kusuf kitabı