Səhih əl-BuxariKusuf kitabı

Kitab 16

Kusuf kitabı

كِتَابُ الكُسُوفِ

27

hədis

Fəsil 1

Günəş tutulduğu vaxt namaz qılmaq

باب الصَّلاَةِ فِى كُسُوفِ الشَّمْسِ

حَدَّثَنَا عَمْرُو بْنُ عَوْنٍ قَالَ حَدَّثَنَا خَالِدٌ عَنْ يُونُسَ عَنِ الْحَسَنِ عَنْ أَبِى بَكْرَةَ قَالَ كُنَّا عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَانْكَسَفَتِ الشَّمْسُ ، فَقَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَجُرُّ رِدَاءَهُ حَتَّى دَخَلَ الْمَسْجِدَ ، فَدَخَلْنَا فَصَلَّى بِنَا رَكْعَتَيْنِ ، حَتَّى انْجَلَتِ الشَّمْسُ فَقَالَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَصَلُّوا ، وَادْعُوا ، حَتَّى يُكْشَفَ مَا بِكُمْ » .

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ yanında olarkən günəş tutuldu. Peyğəmbər ﷺ dərhal qalxıb, əbasını sürüyərək gedib məscidə daxil oldu. Biz də onun arxasınca oraya daxil olduq. Günəşin üzü açılanadək o bizə iki rükət namaz qıldırdı. Sonra dedi: “Şübhəsiz, günəş və ay heç kəsin ölümünə görə tutulmur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman onların üzü açılanadək namaz qılın və Allaha dua edin!””

Əbu Bəkratə
SəhihBuxari, 1040 (Kusuf, 1)

حَدَّثَنَا شِهَابُ بْنُ عَبَّادٍ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ حُمَيْدٍ عَنْ إِسْمَاعِيلَ عَنْ قَيْسٍ قَالَ سَمِعْتُ أَبَا مَسْعُودٍ يَقُولُ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ مِنَ النَّاسِ ، وَلَكِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَقُومُوا فَصَلُّوا » .

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Şübhəsiz, günəş və ay insanlardan heç kəsin ölümünə görə tutulmur. Onlar Allahın dəlillərindəndir. Odur ki, onların tutulduğunu gördüyünüz zaman dərhal ayağa qalxıb namaz qılın!””

Əbu Məsud
SəhihBuxari, 1041 (Kusuf, 2)

حَدَّثَنَا أَصْبَغُ قَالَ أَخْبَرَنِى ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى عَمْرٌو عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ حَدَّثَهُ عَنْ أَبِيهِ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّهُ كَانَ يُخْبِرُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، فَإِذَا رَأَيْتُمُوهَا فَصَلُّوا » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Şübhəsiz, günəş və ay insanlardan heç kəsin ölümünə və ya doğulmasına görə tutulmur. Onlar Allahın dəlillərindəndir. Odur ki, onların tutulduğunu gördüyünüz zaman namaz qılın!””

İbn Ömər
SəhihBuxari, 1042 (Kusuf, 3)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا هَاشِمُ بْنُ الْقَاسِمِ قَالَ حَدَّثَنَا شَيْبَانُ أَبُو مُعَاوِيَةَ عَنْ زِيَادِ بْنِ عِلاَقَةَ عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ كَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ مَاتَ إِبْرَاهِيمُ ، فَقَالَ النَّاسُ كَسَفَتِ الشَّمْسُ لِمَوْتِ إِبْرَاهِيمَ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ فَصَلُّوا وَادْعُوا اللَّهَ » .

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Allah Elçisinin ﷺ zamanında oğlu İbrahim vəfat etdiyi gün günəş tutuldu və insanlar: “Günəş İbrahimin ölümünə görə tutulmuşdur”– dedilər. Belə olduqda, Allah Elçisi ﷺ dedi: “Şübhəsiz, günəş və ay heç kəsin ölümünə və ya doğulmasına görə tutulmur. Onların tutulduğunu gördüyünüz zaman namaz qılın və Allaha dua edin!””

Muğira ibn Şubə
SəhihBuxari, 1043 (Kusuf, 4)

Fəsil 2

Kusuf vaxtı sədəqə vermək

باب الصَّدَقَةِ فِى الْكُسُوفِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ خَسَفَتِ الشَّمْسُ فِى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالنَّاسِ ، فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ قَامَ فَأَطَالَ الْقِيَامَ وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ فَعَلَ فِى الرَّكْعَةِ الثَّانِيَةِ مِثْلَ مَا فَعَلَ فِى الأُولَى ، ثُمَّ انْصَرَفَ وَقَدِ انْجَلَتِ الشَّمْسُ ، فَخَطَبَ النَّاسَ ، فَحَمِدَ اللَّهَ ، وَأَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، لاَ يَنْخَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَادْعُوا اللَّهَ وَكَبِّرُوا ، وَصَلُّوا وَتَصَدَّقُوا » . ثُمَّ قَالَ « يَا أُمَّةَ مُحَمَّدٍ ، وَاللَّهِ مَا مِنْ أَحَدٍ أَغْيَرُ مِنَ اللَّهِ أَنْ يَزْنِىَ عَبْدُهُ أَوْ تَزْنِىَ أَمَتُهُ ، يَا أُمَّةَ مُحَمَّدٍ ، وَاللَّهِ لَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلاً وَلَبَكَيْتُمْ كَثِيرًا » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutuldu. Buna görə Allah Elçisi ﷺ camaata namaz qıldırdı. Namazda qiyamı uzatdı, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra səcdəyə getdi və səcdəni uzatdı, ikinci rükətdə də birinci rükətdə elədiklərini təkrar etdi. Namazı bitirdikdə artıq günəşin üzü açılmışdı. Bundan sonra qalxıb xütbə verdi və Allaha həmd-səna edib təriflər deyəndən sonra buyurdu: “Həqiqətən də, günəş və ay Allahın dəlillərindəndir. Onlar heç kimin ölümünə və ya doğulmasına görə tutulmur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Allaha dua edin, təkbir edin, namaz qılın və sədəqə verin”. Sonra Peyğəmbər ﷺ davam edib dedi: “Ey Muhəmməd ümməti! Allaha and olsun, kişi və ya qadın köləsinin zina etməsi xüsusunda heç kəs Allahdan daha qısqanc ola bilməz. Ey Muhəmməd ümməti! Allaha and olsun, mən bildiyimi siz bilsəydiniz, az gülüb çox ağlayardınız”.”

Aişə
SəhihBuxari, 1044 (Kusuf, 5)

Fəsil 3

Kusuf vaxtı hamını camaat namazına çağırmaq

باب النِّدَاءِ بِالصَّلاَةُ جَامِعَةٌ فِى الْكُسُوفِ

حَدَّثَنَا إِسْحَاقُ قَالَ أَخْبَرَنَا يَحْيَى بْنُ صَالِحٍ قَالَ حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ سَلاَّمِ بْنِ أَبِى سَلاَّمٍ الْحَبَشِىُّ الدِّمَشْقِىُّ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ أَبِى كَثِيرٍ قَالَ أَخْبَرَنِى أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ الزُّهْرِىُّ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رَضِىَ اللهُ عَنْهُمَا قَالَ لَمَّا كَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نُودِىَ إِنَّ الصَّلاَةَ جَامِعَةٌ .

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutulduqda uca səslə deyilmişdi: “Camaat namazına toplanın!””

Abdullah ibn Amr
SəhihBuxari, 1045 (Kusuf, 6)

Fəsil 4

Kusuf vaxtı imamın xütbəsi

باب خُطْبَةِ الإِمَامِ فِى الْكُسُوفِ

وَقَالَتْ عَائِشَةُ وَأَسْمَاءُ خَطَبَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

Aişə və Əsma ﵄ demişdir: “Peyğəmbər ﷺ xütbə verdi”.

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنِى اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ ح وَحَدَّثَنِى أَحْمَدُ بْنُ صَالِحٍ قَالَ حَدَّثَنَا عَنْبَسَةُ قَالَ حَدَّثَنَا يُونُسُ عَنِ ابْنِ شِهَابٍ حَدَّثَنِى عُرْوَةُ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ خَسَفَتِ الشَّمْسُ فِى حَيَاةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَخَرَجَ إِلَى الْمَسْجِدِ فَصَفَّ النَّاسُ وَرَاءَهُ ، فَكَبَّرَ فَاقْتَرَأَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِرَاءَةً طَوِيلَةً ، ثُمَّ كَبَّرَ فَرَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَقَامَ وَلَمْ يَسْجُدْ ، وَقَرَأَ قِرَاءَةً طَوِيلَةً ، هِىَ أَدْنَى مِنَ الْقِرَاءَةِ الأُولَى ، ثُمَّ كَبَّرَ وَرَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ أَدْنَى مِنَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، رَبَّنَا وَلَكَ الْحَمْدُ . ثُمَّ سَجَدَ ، ثُمَّ قَالَ فِى الرَّكْعَةِ الآخِرَةِ مِثْلَ ذَلِكَ ، فَاسْتَكْمَلَ أَرْبَعَ رَكَعَاتٍ فِى أَرْبَعِ سَجَدَاتٍ ، وَانْجَلَتِ الشَّمْسُ قَبْلَ أَنْ يَنْصَرِفَ ، ثُمَّ قَامَ فَأَثْنَى عَلَى اللَّهِ بِمَا هُوَ أَهْلُهُ ثُمَّ قَالَ « هُمَا آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَافْزَعُوا إِلَى الصَّلاَةِ » . وَكَانَ يُحَدِّثُ كَثِيرُ بْنُ عَبَّاسٍ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا كَانَ يُحَدِّثُ يَوْمَ خَسَفَتِ الشَّمْسُ بِمِثْلِ حَدِيثِ عُرْوَةَ عَنْ عَائِشَةَ . فَقُلْتُ لِعُرْوَةَ إِنَّ أَخَاكَ يَوْمَ خَسَفَتْ بِالْمَدِينَةِ لَمْ يَزِدْ عَلَى رَكْعَتَيْنِ مِثْلَ الصُّبْحِ . قَالَ أَجَلْ لأَنَّهُ أَخْطَأَ السُّنَّةَ .

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ sağ olan zaman günəş tutuldu. Buna görə Peyğəmbər ﷺ məscidə gəldi, insanlar da onun arxasında cərgələrə düzüldülər. Peyğəmbər ﷺ təkbir etdi və namaz durub uzun qiraət etdi. Sonra təkbir edib rukuya getdi və rukunu uzatdı, sonra “Səmi Allahu limən həmidəh” dedi və səcdəyə getməyərək dikəldi və yenə qiraətini uzatdı, lakin bu qiraət əvvəlkindən qısa idi, sonra təkbir edib bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra “Səmi Allahu limən həmidəh, Rabbənə və ləkəl-həmd” dedi və səcdəyə getdi. İkinci rükətdə də birinci rükətdə elədiklərini təkrar etdi. Beləcə dörd rukudan və dörd səcdədən ibarət namaz qıldı. Namazı bitirdikdə artıq günəşin üzü açılmışdı. Sonra ayağa durub Allaha layiq olan şəkildə həmd-səna etdi və buyurdu: “Onlar (günəş və ay) Allahın nişanələrindəndir və heç kimin ölümünə və ya doğulmasına görə tutulmur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman namaz qılmağa sığının”. ...Ravi əz-Zuhri deyir: “Mən Urvaya dedim: “Sənin qardaşın Abdullah ibn əz-Zubeyr Mədinədə günəş tutulduğu gün namazı iki rükət olaraq Sübh namazı kimi qıldı və ona heç nə əlavə etmədi”. Urva dedi: “Bəli, elə etdi, çünki sünnədə xəta etdi”.”

Aişə
SəhihBuxari, 1046 (Kusuf, 7)

Fəsil 5

Kişinin “Günəş tutuldu” və ya “Ay tutuldu” sözlərini deməsi və Uca Allahın “Ay tutulacağı...” (əl-Qiyamə, 8) kəlamı

باب هَلْ يَقُولُ كَسَفَتِ الشَّمْسُ أَوْ خَسَفَتْ وَقَالَ اللَّهُ تَعَالَى { وَخَسَفَ الْقَمَرُ }

حَدَّثَنَا سَعِيدُ بْنُ عُفَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ حَدَّثَنِى عُقَيْلٌ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهُ . أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى يَوْمَ خَسَفَتِ الشَّمْسُ ، فَقَامَ فَكَبَّرَ ، فَقَرَأَ قِرَاءَةً طَوِيلَةً ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَقَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . وَقَامَ كَمَا هُوَ ، ثُمَّ قَرَأَ قِرَاءَةً طَوِيلَةً ، وَهْىَ أَدْنَى مِنَ الْقِرَاءَةِ الأُولَى ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْىَ أَدْنَى مِنَ الرَّكْعَةِ الأُولَى ، ثُمَّ سَجَدَ سُجُودًا طَوِيلاً ، ثُمَّ فَعَلَ فِى الرَّكْعَةِ الآخِرَةِ مِثْلَ ذَلِكَ ، ثُمَّ سَلَّمَ وَقَدْ تَجَلَّتِ الشَّمْسُ ، فَخَطَبَ النَّاسَ ، فَقَالَ فِى كُسُوفِ الشَّمْسِ وَالْقَمَرِ « إِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَافْزَعُوا إِلَى الصَّلاَةِ » .

“Peyğəmbərin zövcəsi Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ günəş tutulan gün namaz qıldırdı. O, Ayağa durub təkbir etdi və uzun qiraət etdi. Sonra rukuya getdi və rukunu uzatdı, sonra dikəldi və “Səmi Allahu limən həmidəh” dedi və ayaq üstə durduğu kimi qaldı. Sonra yenə qiraətini uzatdı, lakin bu qiraət əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra səcdəyə getdi və səcdəsini uzatdı. İkinci rükətdə də birinci rükətdə elədiklərini təkrar etdi. Sonra namazı bitirib salam verdi və artıq günəşin üzü açılmışdı. Sonra insanlara xütbə verdi, günəşin və ayın tutulması haqda buyurdu: “Onlar (günəş və ay) Allahın nişanələrindəndir və heç kimin ölümünə və ya doğulmasına görə tutulmur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman namaz qılmağa sığının”.”

Aişə
SəhihBuxari, 1047 (Kusuf, 8)

Fəsil 6

Peyğəmbərin ﷺ bu kəlamı: “Allah günəş və ay tutulması ilə bəndələrini qorxudur”

باب قَوْلِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يُخَوِّفُ اللَّهُ عِبَادَهُ بِالْكُسُوفِ »

قَالَهُ أَبُو مُوسَى عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

Bunu Əbu Musa ﵁ Peyğəmbərdən ﷺ rəvayət etmişdir.

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ يُونُسَ عَنِ الْحَسَنِ عَنْ أَبِى بَكْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ ، وَلَكِنَّ اللَّهَ تَعَالَى يُخَوِّفُ بِهَا عِبَادَهُ » . وَقَالَ أَبُو عَبْدِ اللَّهِ لَمْ يَذْكُرْ عَبْدُ الْوَارِثِ وَشُعْبَةُ وَخَالِدُ بْنُ عَبْدِ اللَّهِ وَحَمَّادُ بْنُ سَلَمَةَ عَنْ يُونُسَ « يُخَوِّفُ بِهَا عِبَادَهُ » . وَتَابَعَهُ مُوسَى عَنْ مُبَارَكٍ عَنِ الْحَسَنِ قَالَ أَخْبَرَنِى أَبُو بَكْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . « إِنَّ اللَّهَ تَعَالَى يُخَوِّفُ بِهِمَا عِبَادَهُ » . وَتَابَعَهُ أَشْعَثُ عَنِ الْحَسَنِ .

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Şübhəsiz, günəş və ay Allahın dəlillərindəndir və heç kəsin ölümünə görə tutulmur, lakin Uca Allah bununla bəndələrini qorxudur”.”

Əbu Bəkratə
SəhihBuxari, 1048 (Kusuf, 9)

Fəsil 7

Kusuf namazında qəbir əzabından Allaha sığınmaq

باب التَّعَوُّذِ مِنْ عَذَابِ الْقَبْرِ فِى الْكُسُوفِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ عَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ يَهُودِيَّةً جَاءَتْ تَسْأَلُهَا فَقَالَتْ لَهَا أَعَاذَكِ اللَّهُ مِنْ عَذَابِ الْقَبْرِ . فَسَأَلَتْ عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيُعَذَّبُ النَّاسُ فِى قُبُورِهِمْ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَائِذًا بِاللَّهِ مِنْ ذَلِكَ .

“Peyğəmbərin zövcəsi Aişə ﵂ rəvayət edir ki, yəhudi bir qadın ondan kömək diləməyə gəldi və ona: “Allah səni qəbir əzabından qorusun”– dedi. Buna görə də Aişə ﵂ Allah Elçisindən ﷺ: “İnsanlar qəbirlərində əzab çəkəcəklərmi?”– deyə soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Allah bizi bundan qorusun!””

Aişə
SəhihBuxari, 1049 (Kusuf, 10)

ثُمَّ رَكِبَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ غَدَاةٍ مَرْكَبًا ، فَخَسَفَتِ الشَّمْسُ ، فَرَجَعَ ضُحًى ، فَمَرَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ ظَهْرَانَىِ الْحُجَرِ ، ثُمَّ قَامَ يُصَلِّى ، وَقَامَ النَّاسُ وَرَاءَهُ ، فَقَامَ قِيَامًا طَوِيلاً ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ فَقَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ فَسَجَدَ ، ثُمَّ قَامَ فَقَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ قَامَ قِيَامًا طَوِيلاً وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ فَسَجَدَ وَانْصَرَفَ ، فَقَالَ مَا شَاءَ اللَّهُ أَنْ يَقُولَ ، ثُمَّ أَمَرَهُمْ أَنْ يَتَعَوَّذُوا مِنْ عَذَابِ الْقَبْرِ

“Yuxarıdakı rəvayətin davamında deyilir: “Bir dəfə səhər tezdən Allah Elçisi ﷺ öz dəvəsinə minib bir qədər getdikdən sonra günəş tutuldu və o, günortadan əvvəl geri döndü. Allah Elçisi ﷺ hücrələrin yanından keçib namaza durdu, camaat da onun arxasında namaza durdu. Namazda qiyamı uzatdı, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi. Sonra rukudan qalxıb səcdəyə getdi və iki dəfə səcdə etdi. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra rukudan qalxıb səcdəyə getdi, iki dəfə səcdə etdi və salamları verib namazı bitirdi. Allahın istədiyi qədər camaata öyüd-nəsihət verdikdən sonra onlara qəbir əzabından Allaha sığınmağı əmr etdi”.”

Aişə
SəhihBuxari, 1050 (Kusuf, 11)

Fəsil 8

Kusuf namazında səcdələrdə çox qalmaq

باب طُولِ السُّجُودِ فِى الْكُسُوفِ

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو أَنَّهُ قَالَ لَمَّا كَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نُودِىَ إِنَّ الصَّلاَةَ جَامِعَةٌ فَرَكَعَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَيْنِ فِى سَجْدَةٍ ثُمَّ قَامَ فَرَكَعَ رَكْعَتَيْنِ فِى سَجْدَةٍ ، ثُمَّ جَلَسَ ، ثُمَّ جُلِّىَ عَنِ الشَّمْسِ . قَالَ وَقَالَتْ عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا مَا سَجَدْتُ سُجُودًا قَطُّ كَانَ أَطْوَلَ مِنْهَا .

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutuldu və “Həqiqətən, namaz cəm edəndir”- deyə azan verildi. Peyğəmbər ﷺ bir rükətdə iki dəfə ruku etdi və səcdə etdi. Sonra qalxıb yenə iki dəfə ruku və səcdə etdi. Sonra oturdu, sonra da günəşin üzü açıldı. Aişə ﵂ dedi: “Ömrümdə bu qədər uzun davam edən səcdə etməmişdim”.”

Abdullah ibn Amr
SəhihBuxari, 1051 (Kusuf, 12)

Fəsil 9

Kusuf namazını camaat şəklində qılmaq

باب صَلاَةِ الْكُسُوفِ جَمَاعَةً

وَصَلَّى ابْنُ عَبَّاسٍ لَهُمْ فِى صُفَّةِ زَمْزَمَ . وَجَمَعَ عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ . وَصَلَّى ابْنُ عُمَرَ .

İbn Abbas ﵄ Zəmzəmin kölgəliyində camaata namaz qıldırdı. İbn Abbasın oğlu Əli ﵀ insanları namaz üçün toplamışdı. İbn Ömər ﵄ də camaata namaz qıldırmışdı.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ قَالَ انْخَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَامَ قِيَامًا طَوِيلاً نَحْوًا مِنْ قِرَاءَةِ سُورَةِ الْبَقَرَةِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ فَقَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ ، ثُمَّ قَامَ قِيَامًا طَوِيلاً وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ فَقَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ ، ثُمَّ انْصَرَفَ وَقَدْ تَجَلَّتِ الشَّمْسُ ، فَقَالَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَاذْكُرُوا اللَّهَ » . قَالُوا يَا رَسُولَ اللَّهِ ، رَأَيْنَاكَ تَنَاوَلْتَ شَيْئًا فِى مَقَامِكَ ، ثُمَّ رَأَيْنَاكَ كَعْكَعْتَ . قَالَ « إِنِّى رَأَيْتُ الْجَنَّةَ ، فَتَنَاوَلْتُ عُنْقُودًا ، وَلَوْ أَصَبْتُهُ لأَكَلْتُمْ مِنْهُ مَا بَقِيَتِ الدُّنْيَا ، وَأُرِيتُ النَّارَ ، فَلَمْ أَرَ مَنْظَرًا كَالْيَوْمِ قَطُّ أَفْظَعَ ، وَرَأَيْتُ أَكْثَرَ أَهْلِهَا النِّسَاءَ » . قَالُوا بِمَ يَا رَسُولَ اللَّهِ قَالَ « بِكُفْرِهِنَّ » . قِيلَ يَكْفُرْنَ بِاللَّهِ قَالَ « يَكْفُرْنَ الْعَشِيرَ ، وَيَكْفُرْنَ الإِحْسَانَ ، لَوْ أَحْسَنْتَ إِلَى إِحْدَاهُنَّ الدَّهْرَ كُلَّهُ ، ثُمَّ رَأَتْ مِنْكَ شَيْئًا قَالَتْ مَا رَأَيْتُ مِنْكَ خَيْرًا قَطُّ » .

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutuldu və bu səbəbdən də Allah Elçisi ﷺ camaata namaz qıldırdı. Namazda qiyamı o qədər uzatdı ki, bu vaxt ərzində “əl-Bəqərə” surəsini oxumaq olardı, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi. Sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra rukudan qalxıb səcdəyə getdi və iki dəfə səcdə etdi. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi. Sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi. Sonra rukudan qalxıb səcdəyə getdi, sonra salamları verib namazı bitirdi. Bu vaxt artıq günəşin üzü açılmışdı. Bundan sonra Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən də, günəş və ay Allahın dəlillərindəndir. Onlar heç kimin ölümünə və doğulmasına görə tutulmur. Onların tutulduğunu gördüyünüz zaman Allahı zikr edin!” Səhabələr dedilər: “Ey Allahın Elçisi, biz sənin dayandığın yerdə əlini uzadıb nə isə götürdüyünü, sonra da arxaya çəkildiyini gördük”. Peyğəmbər ﷺ buyurdu: “Mən Cənnəti gördüm və (orda olan meyvələrdən) bir salxım dərmək istədim. Mən onu dərə bilsəydim, dünya durduqca siz ondan yeyə bilərdiniz. Həmçinin mənə Cəhənnəm də göstərildi. Mən heç vaxt bu gün gördüyüm mənzərədən daha dəhşətlisini görməmişdim. Mən Cəhənnəm əhlinin əksəriyyətinin qadınlar olduğunu gördüm”. Camaat soruşdu: “Nəyə görə, ey Allahın Elçisi?” O dedi: “Nankorluqlarına görə!” Yenə soruşdular: “Onlar Allaha qarşımı nankordurlar?” O dedi: “Onlar ərlərinə qarşı nankordurlar, yaxşılığı yerə vururlar. Birisinə il boyu yaxşılıq etsən, sonra da səndən (xoşuna gəlməyən) bir şey görsə, deyər: “Mən səndən heç vaxt xeyir görmədim”.”

Abdullah ibn Abbas
SəhihBuxari, 1052 (Kusuf, 13)

Fəsil 10

Kusuf namazında qadınların kişilərlə birlikdə namaz qılmaları

باب صَلاَةِ النِّسَاءِ مَعَ الرِّجَالِ فِى الْكُسُوفِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنِ امْرَأَتِهِ فَاطِمَةَ بِنْتِ الْمُنْذِرِ عَنْ أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّهَا قَالَتْ أَتَيْتُ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ خَسَفَتِ الشَّمْسُ ، فَإِذَا النَّاسُ قِيَامٌ يُصَلُّونَ ، وَإِذَا هِىَ قَائِمَةٌ تُصَلِّى فَقُلْتُ مَا لِلنَّاسِ فَأَشَارَتْ بِيَدِهَا إِلَى السَّمَاءِ ، وَقَالَتْ سُبْحَانَ اللَّهِ . فَقُلْتُ آيَةٌ فَأَشَارَتْ أَىْ نَعَمْ . قَالَتْ فَقُمْتُ حَتَّى تَجَلاَّنِى الْغَشْىُ ، فَجَعَلْتُ أَصُبُّ فَوْقَ رَأْسِى الْمَاءَ ، فَلَمَّا انْصَرَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ « مَا مِنْ شَىْءٍ كُنْتُ لَمْ أَرَهُ إِلاَّ قَدْ رَأَيْتُهُ فِى مَقَامِى هَذَا حَتَّى الْجَنَّةَ وَالنَّارَ ، وَلَقَدْ أُوحِىَ إِلَىَّ أَنَّكُمْ تُفْتَنُونَ فِى الْقُبُورِ مِثْلَ - أَوْ قَرِيبًا مِنْ - فِتْنَةِ الدَّجَّالِ - لاَ أَدْرِى أَيَّتَهُمَا قَالَتْ أَسْمَاءُ - يُؤْتَى أَحَدُكُمْ فَيُقَالُ لَهُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَأَمَّا الْمُؤْمِنُ - أَوِ الْمُوقِنُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ مُحَمَّدٌ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَنَا بِالْبَيِّنَاتِ وَالْهُدَى ، فَأَجَبْنَا وَآمَنَّا وَاتَّبَعْنَا . فَيُقَالُ لَهُ نَمْ صَالِحًا ، فَقَدْ عَلِمْنَا إِنْ كُنْتَ لَمُوقِنًا . وَأَمَّا الْمُنَافِقُ - أَوِ الْمُرْتَابُ لاَ أَدْرِى أَيَّتَهُمَا قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ لاَ أَدْرِى ، سَمِعْتُ النَّاسَ يَقُولُونَ شَيْئًا فَقُلْتُهُ » .

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵂ demişdir: “Günəş tutulduğu vaxt mən Peyğəmbərin ﷺ zövcəsi Aişənin ﵂ yanına gəldim. İnsanlar ayaq üstə namaz qılırdılar. Aişə də ayaq üstə idi deyə ona dedim: “İnsanlara nə olub?” O, (günəşin tutulduğunu bildirmək üçün) əli ilə göyə işarə etdi və: “Subhən-Allah!”– dedi. Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, başı ilə işarə edib mənim sözümü təsdiqlədi. Bu səbəbdən mən də namaza durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə başladım. Namazı bitirdikdə Allah Elçisi ﷺ Allaha ﷿ həmd edib, Onun şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən əvvəllər mənə göstərilmiş hər bir şeyi, hətta Cənnət və Cəhənnəmi gördüm. Allaha and olsun ki, mənə sizin qəbirlərinizdə məsih Dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəyiniz vəhy olundu. (Dünyasını dəyişmiş kimsədən): “Bu kişi haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin (yaxud yəqinliklə inanan) bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib, ona iman gətirdik və (onun) ardınca getdik. Bu, Muhəmməddir!”– deyəcək. Bundan sonra (mələklər) ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman gətirdiyini bildik”– deyəcəklər. Münafiq (və ya qəlbində şübhə olan) adam isə: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi mən də deyirdim”– deyəcək”.”

Əsma bint Əbu Bəkr
SəhihBuxari, 1053 (Kusuf, 14)

Fəsil 11

Günəş tutulduğu vaxt kölə azad etməyi sevən

باب مَنْ أَحَبَّ الْعَتَاقَةَ فِى كُسُوفِ الشَّمْسِ

حَدَّثَنَا رَبِيعُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا زَائِدَةُ عَنْ هِشَامٍ عَنْ فَاطِمَةَ عَنْ أَسْمَاءَ قَالَتْ لَقَدْ أَمَرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْعَتَاقَةِ فِى كُسُوفِ الشَّمْسِ .

“Rəvayət edilir ki, Əsma ﵂ demişdir: “Peyğəmbər ﷺ günəş tutulduğu vaxt kölə azad etməyi əmr etmişdi”.”

Əsma
SəhihBuxari, 1054 (Kusuf, 15)

Fəsil 12

Kusuf namazını məsciddə qılmaq

باب صَلاَةِ الْكُسُوفِ فِى الْمَسْجِدِ

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ عَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ يَهُودِيَّةً جَاءَتْ تَسْأَلُهَا فَقَالَتْ أَعَاذَكِ اللَّهُ مِنْ عَذَابِ الْقَبْرِ . فَسَأَلَتْ عَائِشَةُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيُعَذَّبُ النَّاسُ فِى قُبُورِهِمْ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَائِذًا بِاللَّهِ مِنْ ذَلِكَ .

“Aişə ﵂ rəvayət edir ki, bir yəhudi qadın nəsə istəmək üçün onun yanına gəldi və dua edərək: “Allah səni qəbir əzabından qorusun!”- dedi. Aişə də Allah Elşisindən ﷺ soruşdu: “İnsanlara qəbirlərində əzabmı veriləcək?” Allah Elçisi ﷺ buyurdu: “Ondan (qəbir əzabından) Allaha sığınıram!””

Aişə
SəhihBuxari, 1055 (Kusuf, 16)

ثُمَّ رَكِبَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ غَدَاةٍ مَرْكَبًا ، فَكَسَفَتِ الشَّمْسُ فَرَجَعَ ضُحًى ، فَمَرَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ ظَهْرَانَىِ الْحُجَرِ ، ثُمَّ قَامَ فَصَلَّى ، وَقَامَ النَّاسُ وَرَاءَهُ ، فَقَامَ قِيَامًا طَوِيلاً ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ فَقَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ فَسَجَدَ سُجُودًا طَوِيلاً ثُمَّ قَامَ فَقَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ قَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ وَهْوَ دُونَ السُّجُودِ الأَوَّلِ ، ثُمَّ انْصَرَفَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا شَاءَ اللَّهُ أَنْ يَقُولَ ، ثُمَّ أَمَرَهُمْ أَنْ يَتَعَوَّذُوا مِنْ عَذَابِ الْقَبْرِ

“Sonra Allah Elçisi ﷺ (oğlu İbrahimin vəfatına görə) səhər vaxtı miniyinə minib evdən çıxdı. Bu əsnada günəş tutuldu. Allah Elçisi ﷺ qayıdıb (zövcələrinin) otaqlarının yanına gəldi, sonra (məsciddə) namaza durdu. Camaat da onun arxasında namaza durdular. Allah Elçisi ﷺ namazın qiyamında çox durdu, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra rukudan qalxıb uzun səcdələr etdi. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra rukudan qalxıb səcdəyə getdi, lakin bu səcdə əvvəlkilərdən qısa idi. Sonra Allah Elçisi ﷺ Allahın istədiklərini dedi, sonra da qəbir əzabından Allaha sığınmağı əmr etdi.”

Aişə
SəhihBuxari, 1056 (Kusuf, 17)

Fəsil 13

Günəş və ay heç kimin ölümünə və doğulmasına görə tutulmur

باب لاَ تَنْكَسِفُ الشَّمْسُ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ

رَوَاهُ أَبُو بَكْرَةَ وَالْمُغِيرَةُ وَأَبُو مُوسَى وَابْنُ عَبَّاسٍ وَابْنُ عُمَرَ - رضى الله عنهم .

Əbu Bəkratə, Muğira, Əbu Musa, İbn Abbas və İbn Ömər ﵃ bunu rəvayət etmişlər.

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنِى قَيْسٌ عَنْ أَبِى مَسْعُودٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « الشَّمْسُ وَالْقَمَرُ لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَصَلُّوا » .

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Günəş və ay heç kimin ölümünə və doğulmasına görə tutulmur. Onlar Allahın dəlillərindəndir. Onların tutulduğunu gördüyünüz zaman namaz qılın!””

Əbu Məsud
SəhihBuxari, 1057 (Kusuf, 18)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا هِشَامٌ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ وَهِشَامِ بْنِ عُرْوَةَ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى بِالنَّاسِ ، فَأَطَالَ الْقِرَاءَةَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَأَطَالَ الْقِرَاءَةَ ، وَهْىَ دُونَ قِرَاءَتِهِ الأُولَى ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ دُونَ رُكُوعِهِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَسَجَدَ سَجْدَتَيْنِ ، ثُمَّ قَامَ فَصَنَعَ فِى الرَّكْعَةِ الثَّانِيَةِ مِثْلَ ذَلِكَ ، ثُمَّ قَامَ فَقَالَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ يُرِيهِمَا عِبَادَهُ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَافْزَعُوا إِلَى الصَّلاَةِ » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutulmuşdu. Peyğəmbər ﷺ ayağa qalxdı və insanlara namaz qıldırdı. Namazdakı qiraəti uzatdı, sonra rukuya getdi və rukunu uzatdı, sonra başını rukudan qaldıraraq dikəldi və namazdakı qiraəti uzatdı, lakin bu qiraət əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra başını qaldıraraq rukudan dikəldi və iki dəfə səcdə etdi. Sonra ayağa durub əvvəl etdiklərini ikinci rükətdə etdi. Sonra ayağa qalxıb buyurdu: “Şübhəsiz, günəş və ay heç kimin ölümünə və doğulmasına görə tutulmur. Onlar Allahın bəndələrinə göstərdiyi dəlillərindəndir. Onların tutulduğunu gördüyünüz zaman namaza tələsin!””

Aişə
SəhihBuxari, 1058 (Kusuf, 19)

Fəsil 14

Günəş tutulduğu vaxtı zikr etmək

باب الذِّكْرِ فِى الْكُسُوفِ

رَوَاهُ ابْنُ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا .

Bunu İbn Abbas ﵄ rəvayət etmişdir.

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ بُرَيْدِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ خَسَفَتِ الشَّمْسُ ، فَقَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَزِعًا ، يَخْشَى أَنْ تَكُونَ السَّاعَةُ ، فَأَتَى الْمَسْجِدَ ، فَصَلَّى بِأَطْوَلِ قِيَامٍ وَرُكُوعٍ وَسُجُودٍ رَأَيْتُهُ قَطُّ يَفْعَلُهُ وَقَالَ « هَذِهِ الآيَاتُ الَّتِى يُرْسِلُ اللَّهُ لاَ تَكُونُ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنْ يُخَوِّفُ اللَّهُ بِهِ عِبَادَهُ ، فَإِذَا رَأَيْتُمْ شَيْئًا مِنْ ذَلِكَ فَافْزَعُوا إِلَى ذِكْرِهِ وَدُعَائِهِ وَاسْتِغْفَارِهِ » .

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Günəş tutulduğu vaxt Peyğəmbər ﷺ Qiyamət qopacağından qorxub təşviş içində ayağa qalxdı və məscidə gəlib namaz qıldı, mən heç vaxt onun namazda qiyamı, rukunu və səcdəni bu qədər uzatdığını görməmişdim. Namazı bitirdikdən sonra buyurdu: “Allahın göndərdiyi bu dəlillər heç kəsin ölümünə və ya doğulmasına görə olmur. Fəqət, Allah bununla Öz qullarını qorxudur. Odur ki, belə bir şey gördükdə Allahı zikr etməyə, Ona dua etməyə və Ondan bağışlanma diləməyə tələsin!””

Əbu Musa
SəhihBuxari, 1059 (Kusuf, 20)

Fəsil 15

Xusuf vaxtı dua etmək

باب الدُّعَاءِ فِى الْخُسُوفِ

قَالَهُ أَبُو مُوسَى وَعَائِشَةُ رَضِىَ اللهُ عَنْهُمَا عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

Bunu Əbu Musa və Aişə ﵄ Peyğəmbərdən ﷺ rəvayət etmişlər.

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا زَائِدَةُ قَالَ حَدَّثَنَا زِيَادُ بْنُ عِلاَقَةَ قَالَ سَمِعْتُ الْمُغِيرَةَ بْنَ شُعْبَةَ يَقُولُ انْكَسَفَتِ الشَّمْسُ يَوْمَ مَاتَ إِبْرَاهِيمُ ، فَقَالَ النَّاسُ انْكَسَفَتْ لِمَوْتِ إِبْرَاهِيمَ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَادْعُوا اللَّهَ وَصَلُّوا حَتَّى يَنْجَلِىَ » .

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “(Peyğəmbərin ﷺ oğlu) İbrahim vəfat etdikdə günəş tutuldu və insanlar günəşin İbrahimin vəfatına görə tutulmasını dedilər. Allah Elçisi ﷺ də buyurdu: “Şübhəsiz, günəş və ay Allahın dəlillərindəndir və heç kəsin ölümünə və ya doğulmasına görə tutulmur. Onların tutulduğunu gördükdə tutulma açılana qədər namaz qılın!””

Muğira ibn Şubə
SəhihBuxari, 1060 (Kusuf, 21)

Fəsil 16

İmamın kusuf xütbəsi zamanı “Bundan sonra...” deməsi

باب قَوْلِ الإِمَامِ فِى خُطْبَةِ الْكُسُوفِ أَمَّا بَعْدُ

وَقَالَ أَبُو أُسَامَةَ حَدَّثَنَا هِشَامٌ قَالَ أَخْبَرَتْنِى فَاطِمَةُ بِنْتُ الْمُنْذِرِ عَنْ أَسْمَاءَ قَالَتْ فَانْصَرَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ تَجَلَّتِ الشَّمْسُ فَخَطَبَ ، فَحَمِدَ اللَّهَ بِمَا هُوَ أَهْلُهُ ثُمَّ قَالَ « أَمَّا بَعْدُ » .

“Rəvayət edilir ki, Əsma ﵂ demişdir: “Allah Elçisi ﷺ namazı bitirdikdə günəşin üzü açıldı. Allah Elçisi ﷺ xütbə verdi və Allaha layiqincə həmd etdi sonra buyurdu: “Bundan sonra...”.”

Əsma
SəhihBuxari, 1061 (Kusuf, 22)

Fəsil 17

Ay tutulması zamanı namaz qılmaq

باب الصَّلاَةِ فِى كُسُوفِ الْقَمَرِ

حَدَّثَنَا مَحْمُودٌ قَالَ حَدَّثَنَا سَعِيدُ بْنُ عَامِرٍ عَنْ شُعْبَةَ عَنْ يُونُسَ عَنِ الْحَسَنِ عَنْ أَبِى بَكْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ انْكَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى رَكْعَتَيْنِ .

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵄ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutulmuşdu və bu səbəbdən də Allah Elçisi ﷺ iki rükət namaz qıldı”.”

Əbu Bəkratə
SəhihBuxari, 1062 (Kusuf, 23)

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا يُونُسُ عَنِ الْحَسَنِ عَنْ أَبِى بَكْرَةَ قَالَ خَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَخَرَجَ يَجُرُّ رِدَاءَهُ حَتَّى انْتَهَى إِلَى الْمَسْجِدِ ، وَثَابَ النَّاسُ إِلَيْهِ فَصَلَّى بِهِمْ رَكْعَتَيْنِ ، فَانْجَلَتِ الشَّمْسُ فَقَالَ « إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، وَإِنَّهُمَا لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ ، وَإِذَا كَانَ ذَاكَ فَصَلُّوا وَادْعُوا حَتَّى يُكْشَفَ مَا بِكُمْ » . وَذَاكَ أَنَّ ابْنًا لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَاتَ ، يُقَالُ لَهُ إِبْرَاهِيمُ ، فَقَالَ النَّاسُ فِى ذَاكَ .

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutulmuşdu. Peyğəmbər ﷺ dərhal çıxıb əbasını sürüyərək gedib məscidə daxil oldu. Camaat da onun yanına toplaşdılar. Allah Elçisi ﷺ onlara iki rükət namaz qıldırdı. Günəşin üzü açılandan sonra Allah Elçisi ﷺ buyurdu: “Şübhəsiz, günəş və ay Allahın dəlillərindəndir və onlar heç kəsin ölümünə görə tutulmur. Onların tutulduğunu gördükdə sizin başınıza gələn bu hal açılana qədər namaz qılın və dua edin!” Ravi deyir: “Bu xütbənin səbəbi Peyğəmbərin ﷺ İbrahim adlı oğlunun vəfat etməsi idi. İnsanlar da bu haqda danışmışdılar”.”

Əbu Bəkratə
SəhihBuxari, 1063 (Kusuf, 24)

Fəsil 18

Kusuf namazında ilk rükət sonrakından uzun olur

باب الرَّكْعَةُ الأُولَى فِى الْكُسُوفِ أَطْوَلُ

حَدَّثَنَا مَحْمُودٌ قَالَ حَدَّثَنَا أَبُو أَحْمَدَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ يَحْيَى عَنْ عَمْرَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِهِمْ فِى كُسُوفِ الشَّمْسِ أَرْبَعَ رَكَعَاتٍ فِى سَجْدَتَيْنِ ، الأَوَّلُ الأَوَّلُ أَطْوَلُ .

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ günəş tutulduqda onlara hər rükətində iki ruku və iki səcdə olmaqla dörd rukulu namaz qıldırdı. İlk iki rükət isə daha uzun idi.”

Aişə
SəhihBuxari, 1064 (Kusuf, 25)

Fəsil 19

Kusuf namazını səsli qılmaq

باب الْجَهْرِ بِالْقِرَاءَةِ فِى الْكُسُوفِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مِهْرَانَ قَالَ حَدَّثَنَا الْوَلِيدُ قَالَ أَخْبَرَنَا ابْنُ نَمِرٍ سَمِعَ ابْنَ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا جَهَرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى صَلاَةِ الْخُسُوفِ بِقِرَاءَتِهِ ، فَإِذَا فَرَغَ مِنْ قِرَاءَتِهِ كَبَّرَ فَرَكَعَ ، وَإِذَا رَفَعَ مِنَ الرَّكْعَةِ قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، رَبَّنَا وَلَكَ الْحَمْدُ . ثُمَّ يُعَاوِدُ الْقِرَاءَةَ فِى صَلاَةِ الْكُسُوفِ ، أَرْبَعَ رَكَعَاتٍ فِى رَكْعَتَيْنِ وَأَرْبَعَ سَجَدَاتٍ .

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ Xusuf namazında qiraəti səsli oxudu, surələri oxuyub qurtardıqdan sonra təkbir edib rukuya getdi, rukudan qalxarkən “Səmi Allahu limən həmidəh, Rabbənə və ləkəl-həmd!” dedi, sonra Kusuf namazında qiraəti yenə səsli oxudu. Bu iki rükətli namaz dörd ruku və dörd səcdədən ibarət idi.”

Aişə
SəhihBuxari, 1065 (Kusuf, 26)

وَقَالَ الأَوْزَاعِىُّ وَغَيْرُهُ سَمِعْتُ الزُّهْرِىَّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ الشَّمْسَ خَسَفَتْ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَبَعَثَ مُنَادِيًا بِالصَّلاَةُ جَامِعَةٌ ، فَتَقَدَّمَ فَصَلَّى أَرْبَعَ رَكَعَاتٍ فِى رَكْعَتَيْنِ وَأَرْبَعَ سَجَدَاتٍ . وَأَخْبَرَنِى عَبْدُ الرَّحْمَنِ بْنُ نَمِرٍ سَمِعَ ابْنَ شِهَابٍ مِثْلَهُ . قَالَ الزُّهْرِىُّ فَقُلْتُ مَا صَنَعَ أَخُوكَ ذَلِكَ ، عَبْدُ اللَّهِ بْنُ الزُّبَيْرِ مَا صَلَّى إِلاَّ رَكْعَتَيْنِ مِثْلَ الصُّبْحِ إِذْ صَلَّى بِالْمَدِينَةِ . قَالَ أَجَلْ ، إِنَّهُ أَخْطَأَ السُّنَّةَ . تَابَعَهُ سُفْيَانُ بْنُ حُسَيْنٍ وَسُلَيْمَانُ بْنُ كَثِيرٍ عَنِ الزُّهْرِىِّ فِى الْجَهْرِ .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisinin ﷺ dövründə günəş tutulmuşdu. Allah Elçisi ﷺ bir nəfəri camaatın yığışması üçün göndərdi. Sonra irəli keçib iki rükətdə dörd ruku və dörd səcdə edərək namaz qıldırdı... Ravi əz-Zuhri deyir: “Mən Urvaya dedim: “Sənin qardaşın belə eləmədi. Abdulah ibn əz-Zubeyr Mədinədə kusuf namazı qıldırdıqda Sübh namazı kimi iki rükət namaz qıldırdı”. Urva dedi: “Bəli, o, sünnəyə uyğun hərəkət etməmişdi”.”

Aişə
SəhihBuxari, 1066 (Kusuf, 27)