Kusuf namazını səsli qılmaq
وَقَالَ الأَوْزَاعِىُّ وَغَيْرُهُ سَمِعْتُ الزُّهْرِىَّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ الشَّمْسَ خَسَفَتْ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَبَعَثَ مُنَادِيًا بِالصَّلاَةُ جَامِعَةٌ ، فَتَقَدَّمَ فَصَلَّى أَرْبَعَ رَكَعَاتٍ فِى رَكْعَتَيْنِ وَأَرْبَعَ سَجَدَاتٍ . وَأَخْبَرَنِى عَبْدُ الرَّحْمَنِ بْنُ نَمِرٍ سَمِعَ ابْنَ شِهَابٍ مِثْلَهُ . قَالَ الزُّهْرِىُّ فَقُلْتُ مَا صَنَعَ أَخُوكَ ذَلِكَ ، عَبْدُ اللَّهِ بْنُ الزُّبَيْرِ مَا صَلَّى إِلاَّ رَكْعَتَيْنِ مِثْلَ الصُّبْحِ إِذْ صَلَّى بِالْمَدِينَةِ . قَالَ أَجَلْ ، إِنَّهُ أَخْطَأَ السُّنَّةَ . تَابَعَهُ سُفْيَانُ بْنُ حُسَيْنٍ وَسُلَيْمَانُ بْنُ كَثِيرٍ عَنِ الزُّهْرِىِّ فِى الْجَهْرِ .
“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisinin ﷺ dövründə günəş tutulmuşdu. Allah Elçisi ﷺ bir nəfəri camaatın yığışması üçün göndərdi. Sonra irəli keçib iki rükətdə dörd ruku və dörd səcdə edərək namaz qıldırdı... Ravi əz-Zuhri deyir: “Mən Urvaya dedim: “Sənin qardaşın belə eləmədi. Abdulah ibn əz-Zubeyr Mədinədə kusuf namazı qıldırdıqda Sübh namazı kimi iki rükət namaz qıldırdı”. Urva dedi: “Bəli, o, sünnəyə uyğun hərəkət etməmişdi”.”
İstinad
Buxari, 1066 (Kusuf, 27)
Səhih əl-Buxari — Kusuf kitabı