Kusuf kitabı

Kusuf namazını səsli qılmaq

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مِهْرَانَ قَالَ حَدَّثَنَا الْوَلِيدُ قَالَ أَخْبَرَنَا ابْنُ نَمِرٍ سَمِعَ ابْنَ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا جَهَرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى صَلاَةِ الْخُسُوفِ بِقِرَاءَتِهِ ، فَإِذَا فَرَغَ مِنْ قِرَاءَتِهِ كَبَّرَ فَرَكَعَ ، وَإِذَا رَفَعَ مِنَ الرَّكْعَةِ قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، رَبَّنَا وَلَكَ الْحَمْدُ . ثُمَّ يُعَاوِدُ الْقِرَاءَةَ فِى صَلاَةِ الْكُسُوفِ ، أَرْبَعَ رَكَعَاتٍ فِى رَكْعَتَيْنِ وَأَرْبَعَ سَجَدَاتٍ .

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ Xusuf namazında qiraəti səsli oxudu, surələri oxuyub qurtardıqdan sonra təkbir edib rukuya getdi, rukudan qalxarkən “Səmi Allahu limən həmidəh, Rabbənə və ləkəl-həmd!” dedi, sonra Kusuf namazında qiraəti yenə səsli oxudu. Bu iki rükətli namaz dörd ruku və dörd səcdədən ibarət idi.”

Aişə
Səhih

İstinad

Buxari, 1065 (Kusuf, 26)

Səhih əl-Buxari — Kusuf kitabı