Quranda olan səcdə ayələri kitabı

Quranda olan səcdə ayələri və onun sünnəsi haqda nə rəvayət edilib?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى إِسْحَاقَ قَالَ سَمِعْتُ الأَسْوَدَ عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَرَأَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ النَّجْمَ بِمَكَّةَ فَسَجَدَ فِيهَا ، وَسَجَدَ مَنْ مَعَهُ ، غَيْرَ شَيْخٍ أَخَذَ كَفًّا مِنْ حَصًى أَوْ تُرَابٍ فَرَفَعَهُ إِلَى جَبْهَتِهِ وَقَالَ يَكْفِينِى هَذَا . فَرَأَيْتُهُ بَعْدَ ذَلِكَ قُتِلَ كَافِرًا .

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Peyğəmbər ﷺ Məkkədə olarkən “ən-Nəcm” surəsini oxuyub səcdə etdi və onun yanındakılar da qoca bir kişidən başqa hamısı səcdə etdilər. O, yerdən bir ovuc xırda daş və ya torpaq götürüb onu alnına sürtdü və dedi: “Bu mənə kifayət edər”. Bundan sonra mən onun kafir olaraq öldürüldüyünü gördüm”.”

Abdullah
Səhih

İstinad

Buxari, 1067 (Səcdələr, 1)

Səhih əl-Buxari — Quranda olan səcdə ayələri kitabı