Səhih əl-BuxariQuranda olan səcdə ayələri kitabı

Kitab 17

Quranda olan səcdə ayələri kitabı

كِتَابُ سُجُودُ القُرْآنِ

13

hədis

Fəsil 1

Quranda olan səcdə ayələri və onun sünnəsi haqda nə rəvayət edilib?

باب مَا جَاءَ فِى سُجُودِ الْقُرْآنِ وَسُنَّتِهَا

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى إِسْحَاقَ قَالَ سَمِعْتُ الأَسْوَدَ عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَرَأَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ النَّجْمَ بِمَكَّةَ فَسَجَدَ فِيهَا ، وَسَجَدَ مَنْ مَعَهُ ، غَيْرَ شَيْخٍ أَخَذَ كَفًّا مِنْ حَصًى أَوْ تُرَابٍ فَرَفَعَهُ إِلَى جَبْهَتِهِ وَقَالَ يَكْفِينِى هَذَا . فَرَأَيْتُهُ بَعْدَ ذَلِكَ قُتِلَ كَافِرًا .

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Peyğəmbər ﷺ Məkkədə olarkən “ən-Nəcm” surəsini oxuyub səcdə etdi və onun yanındakılar da qoca bir kişidən başqa hamısı səcdə etdilər. O, yerdən bir ovuc xırda daş və ya torpaq götürüb onu alnına sürtdü və dedi: “Bu mənə kifayət edər”. Bundan sonra mən onun kafir olaraq öldürüldüyünü gördüm”.”

Abdullah
SəhihBuxari, 1067 (Səcdələr, 1)

Fəsil 2

“əs-Səcdə” surəsində olan səcdə ayəsi

باب سَجْدَةِ تَنْزِيلُ السَّجْدَةُ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ حَدَّثَنَا سُفْيَانُ عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ عَنْ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِى الْجُمُعَةِ فِى صَلاَةِ الْفَجْرِ { الم * تَنْزِيلُ } السَّجْدَةَ وَ { هَلْ أَتَى عَلَى الإِنْسَانِ }

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ Cümə günü Sübh namazında “əs-Səcdə” və “əl-İnsan” surələrini oxuyardı.”

Əbu Hureyra
SəhihBuxari, 1068 (Səcdələr, 2)

Fəsil 3

“Sad” surəsində olan səcdə ayəsi

باب سَجْدَةِ ص

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ وَأَبُو النُّعْمَانِ قَالاَ حَدَّثَنَا حَمَّادٌ عَنْ أَيُّوبَ عَنْ عِكْرِمَةَ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ {ص} لَيْسَ مِنْ عَزَائِمِ السُّجُودِ ، وَقَدْ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَسْجُدُ فِيهَا .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Sad” surəsini oxuduqda səcdə etmək vacib deyil, lakin mən Peyğəmbərin ﷺ bu surəni oxuyanda səcdə etdiyini görmüşəm”.”

İbn Abbas
SəhihBuxari, 1069 (Səcdələr, 3)

Fəsil 4

“ən-Nəcm” surəsində olan səcdə ayəsi

باب سَجْدَةِ النَّجْمِ

قَالَهُ ابْنُ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

Bunu İbn Abbas ﵄ Peyğəmbərdən ﷺ rəvayət etmişdir.

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى إِسْحَاقَ عَنِ الأَسْوَدِ عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَرَأَ سُورَةَ النَّجْمِ فَسَجَدَ بِهَا ، فَمَا بَقِىَ أَحَدٌ مِنَ الْقَوْمِ إِلاَّ سَجَدَ ، فَأَخَذَ رَجُلٌ مِنَ الْقَوْمِ كَفًّا مِنْ حَصًى أَوْ تُرَابٍ ، فَرَفَعَهُ إِلَى وَجْهِهِ وَقَالَ يَكْفِينِى هَذَا ، فَلَقَدْ رَأَيْتُهُ بَعْدُ قُتِلَ كَافِرًا .

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ “ən-Nəcm” surəsini oxuyub səcdə etdi və onun yanında olan bir kişidən başqa hamı səcdə etdi. O kişi yerdən bir ovuc xırda daş və ya torpaq götürüb onu alnına sürtdü və dedi: “Bu mənə kifayət edər”. Bundan sonra mən onun kafir olaraq öldürüldüyünü gördüm”.”

Abdullah
SəhihBuxari, 1070 (Səcdələr, 4)

Fəsil 5

Müsəlmanların müşriklərlə birlikdə səcdə etmələri

باب سُجُودِ الْمُسْلِمِينَ مَعَ الْمُشْرِكِينَ

وَالْمُشْرِكُ نَجَسٌ لَيْسَ لَهُ وُضُوءٌ . وَكَانَ ابْنُ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا يَسْجُدُ عَلَى وُضُوءٍ

Və müşrik murdar olduğuna görə ona dəstəmaz almaq vacib deyil. İbn Ömər ﵄ dəstəmazlı halda səcdə edərdi.

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا أَيُّوبُ عَنْ عِكْرِمَةَ عَنِ ابْنِ عَبَّاسٍ - رضى الله عنهما أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَجَدَ بِالنَّجْمِ وَسَجَدَ مَعَهُ الْمُسْلِمُونَ وَالْمُشْرِكُونَ وَالْجِنُّ وَالإِنْسُ . وَرَوَاهُ ابْنُ طَهْمَانَ عَنْ أَيُّوبَ .

“İbn Abbas ﵄ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ “ən-Nəcm” surəsini oxudu və səcdə etdi. Onunla birlikdə müsəlmanlar və müşriklər, cinlər və insanlar da səcdə etdilər.”

İbn Abbas
SəhihBuxari, 1071 (Səcdələr, 5)

Fəsil 6

Səcdə ayəsini oxuyub səcdə etməyən

باب مَنْ قَرَأَ السَّجْدَةَ وَلَمْ يَسْجُدْ

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ أَبُو الرَّبِيعِ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ قَالَ أَخْبَرَنَا يَزِيدُ بْنُ خُصَيْفَةَ عَنِ ابْنِ قُسَيْطٍ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ أَنَّهُ أَخْبَرَهُ ، أَنَّهُ سَأَلَ زَيْدَ بْنَ ثَابِتٍ رَضِيَ اللَّهُ عَنْهُ فَزَعَمَ أَنَّهُ قَرَأَ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ { وَالنَّجْمِ } فَلَمْ يَسْجُدْ فِيهَا .

“Rəvayət edilir ki, Əta ibn Yəsar ﵀ Zeyd ibn Sabitdən ﵁ “ən-Nəcm” surəsində olan səcdə haqda soruşdu. Zeyd də Peyğəmbərin ﷺ qarşısında “And olsun ulduza” (“ən-Nəcm” surəsini) oxuduğunu, lakin onun səcdə etmədiyini bildirdi.”

Əta ibn Yəsar
SəhihBuxari, 1072 (Səcdələr, 6)

حَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ قُسَيْطٍ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ زَيْدِ بْنِ ثَابِتٍ قَالَ قَرَأْتُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ { وَالنَّجْمِ } فَلَمْ يَسْجُدْ فِيهَا .

“Rəvayət edilir ki, Zeyd ibn Sabit ﵁ demişdir: “Mən Peyğəmbərə ﷺ “And olsun ulduza” (“ən-Nəcm” surəsini) oxudum, lakin o, səcdə etmədi”.”

Zeyd ibn Sabit
SəhihBuxari, 1073 (Səcdələr, 7)

Fəsil 7

“Göy yarılacağı zaman” (“əl-İnşiqaq” surəsini) oxuduqda səcdə etmək

باب سَجْدَةِ { إِذَا السَّمَاءُ انْشَقَّتْ }

حَدَّثَنَا مُسْلِمٌ وَمُعَاذُ بْنُ فَضَالَةَ قَالاَ أَخْبَرَنَا هِشَامٌ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ قَالَ رَأَيْتُ أَبَا هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَرَأَ { إِذَا السَّمَاءُ انْشَقَّتْ } فَسَجَدَ بِهَا فَقُلْتُ يَا أَبَا هُرَيْرَةَ ، أَلَمْ أَرَكَ تَسْجُدُ قَالَ لَوْ لَمْ أَرَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَسْجُدُ لَمْ أَسْجُدْ .

“Rəvayət edilir ki, Əbu Sələmə ﵁ demişdir: “Mən Əbu Hureyranı ﵁: “Göy yarılacağı zaman” (əl-İnşiqaq” surəsini) oxuyub səcdə etdiyini gördüm. O bu haqda soruşulduqda dedi: “Əgər mən Peyğəmbərin ﷺ səcdə etdiyini görməsəydim, səcdə etməzdim”.”

Əbu Sələmə
SəhihBuxari, 1074 (Səcdələr, 8)

Fəsil 8

Quran oxuyan səcdə etdikdə onunla birlikdə səcdə etmək

باب مَنْ سَجَدَ لِسُجُودِ الْقَارِئِ

وَقَالَ ابْنُ مَسْعُودٍ لِتَمِيمِ بْنِ حَذْلَمٍ - وَهْوَ غُلاَمٌ - فَقَرَأَ عَلَيْهِ سَجْدَةً ، فَقَالَ اسْجُدْ فَإِنَّكَ إِمَامُنَا فِيهَا .

İbn Məsud ﵁ səcdə ayəsini oxuyan və uşaq olan Təmim ibn Həzləməyə dedi: “Səcdə et, sən bizim bunda imamımızsan”.

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنِى نَافِعٌ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ عَلَيْنَا السُّورَةَ فِيهَا السَّجْدَةُ ، فَيَسْجُدُ وَنَسْجُدُ ، حَتَّى مَا يَجِدُ أَحَدُنَا مَوْضِعَ جَبْهَتِهِ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ səcdə ayəsi olan surə oxuduqda səcdə edərdi, biz də səcdə edərdik. (Adam çox olduğuna görə) alnımızı qoymağa bir yer tapmazdıq”.”

İbn Ömər
SəhihBuxari, 1075 (Səcdələr, 9)

Fəsil 9

İmam səcdə ayəsini oxuyub səcdə etdikdə (adam çox olduğuna görə) izdiham olması

باب ازْدِحَامِ النَّاسِ إِذَا قَرَأَ الإِمَامُ السَّجْدَةَ

حَدَّثَنَا بِشْرُ بْنُ آدَمَ قَالَ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ قَالَ أَخْبَرَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ السَّجْدَةَ وَنَحْنُ عِنْدَهُ فَيَسْجُدُ وَنَسْجُدُ مَعَهُ فَنَزْدَحِمُ حَتَّى مَا يَجِدُ أَحَدُنَا لِجَبْهَتِهِ مَوْضِعًا يَسْجُدُ عَلَيْهِ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ səcdə ayəsini oxuduqda səcdə edərdi, biz də onunla birlikdə səcdə edərdik. İnsanların izdihamına görə səcdə edərək alnımızı qoymağa bir yer tapmazdıq”.”

İbn Ömər
SəhihBuxari, 1076 (Səcdələr, 10)

Fəsil 10

“Allah ﷿ tilavət səcdəsini etməyi vacib etməyib” rəyində olan

باب مَنْ رَأَى أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ لَمْ يُوجِبِ السُّجُودَ

وَقِيلَ لِعِمْرَانَ بْنِ حُصَيْنٍ الرَّجُلُ يَسْمَعُ السَّجْدَةَ وَلَمْ يَجْلِسْ لَهَا قَالَ أَرَأَيْتَ لَوْ قَعَدَ لَهَا كَأَنَّهُ لاَ يُوجِبُهُ عَلَيْهِ . وَقَالَ سَلْمَانُ مَا لِهَذَا غَدَوْنَا . وَقَالَ عُثْمَانُ رَضِيَ اللَّهُ عَنْهُ إِنَّمَا السَّجْدَةُ عَلَى مَنِ اسْتَمَعَهَا . وَقَالَ الزُّهْرِىُّ لاَ يَسْجُدُ إِلاَّ أَنْ يَكُونَ طَاهِرًا ، فَإِذَا سَجَدْتَ وَأَنْتَ فِى حَضَرٍ فَاسْتَقْبِلِ الْقِبْلَةَ ، فَإِنْ كُنْتَ رَاكِبًا فَلاَ عَلَيْكَ حَيْثُ كَانَ وَجْهُكَ . وَكَانَ السَّائِبُ بْنُ يَزِيدَ لاَ يَسْجُدُ لِسُجُودِ الْقَاصِّ .

İmran ibn Husayndan ﵁ soruşuldu: “Bir nəfər səcdə ayəsini dinləmək məqsədilə oturmayıbsa və səcdə ayəsini eşidərsə, nə etməlidir?” İmran dedi: “Əgər o surəni dinləmək üçün otursaydı, nə olardı?” əl-Buxari ﵀ deyir: “İmran bu sözü ilə dinləmək üçün oturan kimsəyə səcdə etməyi vacib görmədiyini bildirmişdir”. Salman ﵁ demişdir: “Biz bunu dinləmək üçün getməzdik (yəni səcdə etməzdik)”. Osman ﵁ demişdir: “Səcdə etmək yalnız səcdə ayəsini dinləyənə lazımdır”. əz-Zuhri ﵀ demişdir: “Yalnız təmiz halda səcdə edilir. Əgər sən yaşadığın yerdəsənsə, qibləyə yönələrək səcdə edirsən. Əgər səfərdə minik üzərindəsənsə, səcdə etdikdə qibləyə yönəlməyə ehtiyac yoxdur və getdiyin istiqamətə səcdəni işarə ilə edirsən”. Saib ibn Yəzid ﵀ bir hekayəni danışan adamın səcdə ayəsini oxuduqda səcdə etməzdi.

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُوسَى قَالَ أَخْبَرَنَا هِشَامُ بْنُ يُوسُفَ أَنَّ ابْنَ جُرَيْجٍ أَخْبَرَهُمْ قَالَ أَخْبَرَنِى أَبُو بَكْرِ بْنُ أَبِى مُلَيْكَةَ عَنْ عُثْمَانَ بْنِ عَبْدِ الرَّحْمَنِ التَّيْمِىِّ عَنْ رَبِيعَةَ بْنِ عَبْدِ اللَّهِ بْنِ الْهُدَيْرِ التَّيْمِىِّ - قَالَ أَبُو بَكْرٍ وَكَانَ رَبِيعَةُ مِنْ خِيَارِ النَّاسِ عَمَّا حَضَرَ رَبِيعَةُ مِنْ عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَرَأَ يَوْمَ الْجُمُعَةِ عَلَى الْمِنْبَرِ بِسُورَةِ النَّحْلِ حَتَّى إِذَا جَاءَ السَّجْدَةَ نَزَلَ فَسَجَدَ وَسَجَدَ النَّاسُ ، حَتَّى إِذَا كَانَتِ الْجُمُعَةُ الْقَابِلَةُ قَرَأَ بِهَا حَتَّى إِذَا جَاءَ السَّجْدَةَ قَالَ يَا أَيُّهَا النَّاسُ إِنَّا نَمُرُّ بِالسُّجُودِ فَمَنْ سَجَدَ فَقَدْ أَصَابَ ، وَمَنْ لَمْ يَسْجُدْ فَلاَ إِثْمَ عَلَيْهِ . وَلَمْ يَسْجُدْ عُمَرُ - رضى الله عنه . وَزَادَ نَافِعٌ عَنِ ابْنِ عُمَرَ - رضى الله عنهما إِنَّ اللَّهَ لَمْ يَفْرِضِ السُّجُودَ إِلاَّ أَنْ نَشَاءَ .

“Rəvayət edilir ki, Rabi ibn Abullah ibn əl-Hudeyr ət-Teymi demişdir: “Əbu Bəkr (ibn Əbu Muleykə): “Rabia insanların ən xeyirlilərindəndir”- dedi. Rabia rəvayət edir ki, Ömər ibn əl-Xattab ﵁ cümə günü minbərdə “ən-Nəhl” surəsini oxudu. Səcdə ayəsinə çatdıqda minbərdən aşağı düşüb səcdə etdi. Camaat da onunla birlikdə səcdə etdilər. Növbəti cümə olduqda Ömər o surəni yenə oxudu, nəhayət səcdə ayəsinə çatdıqda dedi: “Ey insanlar! Biz (tilavət) səcdəsini edirik, kim səcdə edərsə, sünnəyə müvafiq etmişdir. Kim də səcdə etməzsə, ona günah yoxdur”. Ömər ﵁ özü də səcdə etməmişdi...” Həmçinin İbn Ömər ﵄ rəvayət edir ki, Uca Allah (tilavət səcdəsində) səcdə etməyi vacib etməmişdir, səcdə etməyi istəyən isə müstəsnadır”.”

Rabia ibn Abdullah ibn əl-Hudeyr ət-Teymi
SəhihBuxari, 1077 (Səcdələr, 11)

Fəsil 11

Namazda səcdə ayəsini oxuyub səcdə edən

باب مَنْ قَرَأَ السَّجْدَةَ فِى الصَّلاَةِ فَسَجَدَ بِهَا

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا مُعْتَمِرٌ قَالَ سَمِعْتُ أَبِى قَالَ حَدَّثَنِى بَكْرٌ عَنْ أَبِى رَافِعٍ قَالَ صَلَّيْتُ مَعَ أَبِى هُرَيْرَةَ الْعَتَمَةَ فَقَرَأَ { إِذَا السَّمَاءُ انْشَقَّتْ } فَسَجَدَ فَقُلْتُ مَا هَذِهِ قَالَ سَجَدْتُ بِهَا خَلْفَ أَبِى الْقَاسِمِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلاَ أَزَالُ أَسْجُدُ فِيهَا حَتَّى أَلْقَاهُ .

“Rəvayət edilir ki, Əbu Rafi ﵁ demişdir: “Mən Əbu Hureyra ilə birlikdə İşa namazını qıldım. O, “Göy yarılacağı zaman” (əl-İnşiqaq” surəsini) oxuyub səcdə etdi. Mən dedim: “Bu nədir?” Əbu Hureyra dedi: “Mən Əbul-Qasimin ﷺ arxasında bu səcdəni etmişəm. Ona qovuşana qədər də mən bu səcdə yerində həmişə səcdə edəcəyəm”.”

Əbu Rafi
SəhihBuxari, 1078 (Səcdələr, 12)

Fəsil 12

İzdihama görə səcdə etmək üçün yer tapmayan

باب مَنْ لَمْ يَجِدْ مَوْضِعًا لِلسُّجُودِ مِنَ الزِّحَامِ

حَدَّثَنَا صَدَقَةُ قَالَ أَخْبَرَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ السُّورَةَ الَّتِى فِيهَا السَّجْدَةُ فَيَسْجُدُ وَنَسْجُدُ حَتَّى مَا يَجِدُ أَحَدُنَا مَكَانًا لِمَوْضِعِ جَبْهَتِهِ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ içində səcdə ayəsi olan hər hansı bir surəni oxuyub səcdə edər və biz də onunla birlikdə səcdə edərdik. Elə olurdu ki, bizdən bəzisi (izdihama görə) alnını qoymağa yer tapa bilmirdi”.”

İbn Ömər
SəhihBuxari, 1079 (Səcdələr, 13)