“Allah ﷿ tilavət səcdəsini etməyi vacib etməyib” rəyində olan
حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُوسَى قَالَ أَخْبَرَنَا هِشَامُ بْنُ يُوسُفَ أَنَّ ابْنَ جُرَيْجٍ أَخْبَرَهُمْ قَالَ أَخْبَرَنِى أَبُو بَكْرِ بْنُ أَبِى مُلَيْكَةَ عَنْ عُثْمَانَ بْنِ عَبْدِ الرَّحْمَنِ التَّيْمِىِّ عَنْ رَبِيعَةَ بْنِ عَبْدِ اللَّهِ بْنِ الْهُدَيْرِ التَّيْمِىِّ - قَالَ أَبُو بَكْرٍ وَكَانَ رَبِيعَةُ مِنْ خِيَارِ النَّاسِ عَمَّا حَضَرَ رَبِيعَةُ مِنْ عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَرَأَ يَوْمَ الْجُمُعَةِ عَلَى الْمِنْبَرِ بِسُورَةِ النَّحْلِ حَتَّى إِذَا جَاءَ السَّجْدَةَ نَزَلَ فَسَجَدَ وَسَجَدَ النَّاسُ ، حَتَّى إِذَا كَانَتِ الْجُمُعَةُ الْقَابِلَةُ قَرَأَ بِهَا حَتَّى إِذَا جَاءَ السَّجْدَةَ قَالَ يَا أَيُّهَا النَّاسُ إِنَّا نَمُرُّ بِالسُّجُودِ فَمَنْ سَجَدَ فَقَدْ أَصَابَ ، وَمَنْ لَمْ يَسْجُدْ فَلاَ إِثْمَ عَلَيْهِ . وَلَمْ يَسْجُدْ عُمَرُ - رضى الله عنه . وَزَادَ نَافِعٌ عَنِ ابْنِ عُمَرَ - رضى الله عنهما إِنَّ اللَّهَ لَمْ يَفْرِضِ السُّجُودَ إِلاَّ أَنْ نَشَاءَ .
“Rəvayət edilir ki, Rabi ibn Abullah ibn əl-Hudeyr ət-Teymi demişdir: “Əbu Bəkr (ibn Əbu Muleykə): “Rabia insanların ən xeyirlilərindəndir”- dedi. Rabia rəvayət edir ki, Ömər ibn əl-Xattab ﵁ cümə günü minbərdə “ən-Nəhl” surəsini oxudu. Səcdə ayəsinə çatdıqda minbərdən aşağı düşüb səcdə etdi. Camaat da onunla birlikdə səcdə etdilər. Növbəti cümə olduqda Ömər o surəni yenə oxudu, nəhayət səcdə ayəsinə çatdıqda dedi: “Ey insanlar! Biz (tilavət) səcdəsini edirik, kim səcdə edərsə, sünnəyə müvafiq etmişdir. Kim də səcdə etməzsə, ona günah yoxdur”. Ömər ﵁ özü də səcdə etməmişdi...” Həmçinin İbn Ömər ﵄ rəvayət edir ki, Uca Allah (tilavət səcdəsində) səcdə etməyi vacib etməmişdir, səcdə etməyi istəyən isə müstəsnadır”.”
İstinad
Buxari, 1077 (Səcdələr, 11)
Səhih əl-Buxari — Quranda olan səcdə ayələri kitabı