Quranda olan səcdə ayələri kitabı

Namazda səcdə ayəsini oxuyub səcdə edən

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا مُعْتَمِرٌ قَالَ سَمِعْتُ أَبِى قَالَ حَدَّثَنِى بَكْرٌ عَنْ أَبِى رَافِعٍ قَالَ صَلَّيْتُ مَعَ أَبِى هُرَيْرَةَ الْعَتَمَةَ فَقَرَأَ { إِذَا السَّمَاءُ انْشَقَّتْ } فَسَجَدَ فَقُلْتُ مَا هَذِهِ قَالَ سَجَدْتُ بِهَا خَلْفَ أَبِى الْقَاسِمِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلاَ أَزَالُ أَسْجُدُ فِيهَا حَتَّى أَلْقَاهُ .

“Rəvayət edilir ki, Əbu Rafi ﵁ demişdir: “Mən Əbu Hureyra ilə birlikdə İşa namazını qıldım. O, “Göy yarılacağı zaman” (əl-İnşiqaq” surəsini) oxuyub səcdə etdi. Mən dedim: “Bu nədir?” Əbu Hureyra dedi: “Mən Əbul-Qasimin ﷺ arxasında bu səcdəni etmişəm. Ona qovuşana qədər də mən bu səcdə yerində həmişə səcdə edəcəyəm”.”

Əbu Rafi
Səhih

İstinad

Buxari, 1078 (Səcdələr, 12)

Səhih əl-Buxari — Quranda olan səcdə ayələri kitabı