İmam səcdə ayəsini oxuyub səcdə etdikdə (adam çox olduğuna görə) izdiham olması
حَدَّثَنَا بِشْرُ بْنُ آدَمَ قَالَ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ قَالَ أَخْبَرَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ السَّجْدَةَ وَنَحْنُ عِنْدَهُ فَيَسْجُدُ وَنَسْجُدُ مَعَهُ فَنَزْدَحِمُ حَتَّى مَا يَجِدُ أَحَدُنَا لِجَبْهَتِهِ مَوْضِعًا يَسْجُدُ عَلَيْهِ .
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ səcdə ayəsini oxuduqda səcdə edərdi, biz də onunla birlikdə səcdə edərdik. İnsanların izdihamına görə səcdə edərək alnımızı qoymağa bir yer tapmazdıq”.”
İbn Ömər
Səhihİstinad
Buxari, 1076 (Səcdələr, 10)
Səhih əl-Buxari — Quranda olan səcdə ayələri kitabı