Quran oxuyan səcdə etdikdə onunla birlikdə səcdə etmək
حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنِى نَافِعٌ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ عَلَيْنَا السُّورَةَ فِيهَا السَّجْدَةُ ، فَيَسْجُدُ وَنَسْجُدُ ، حَتَّى مَا يَجِدُ أَحَدُنَا مَوْضِعَ جَبْهَتِهِ .
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ səcdə ayəsi olan surə oxuduqda səcdə edərdi, biz də səcdə edərdik. (Adam çox olduğuna görə) alnımızı qoymağa bir yer tapmazdıq”.”
İbn Ömər
Səhihİstinad
Buxari, 1075 (Səcdələr, 9)
Səhih əl-Buxari — Quranda olan səcdə ayələri kitabı