Müsəlmanların müşriklərlə birlikdə səcdə etmələri
حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا أَيُّوبُ عَنْ عِكْرِمَةَ عَنِ ابْنِ عَبَّاسٍ - رضى الله عنهما أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَجَدَ بِالنَّجْمِ وَسَجَدَ مَعَهُ الْمُسْلِمُونَ وَالْمُشْرِكُونَ وَالْجِنُّ وَالإِنْسُ . وَرَوَاهُ ابْنُ طَهْمَانَ عَنْ أَيُّوبَ .
“İbn Abbas ﵄ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ “ən-Nəcm” surəsini oxudu və səcdə etdi. Onunla birlikdə müsəlmanlar və müşriklər, cinlər və insanlar da səcdə etdilər.”
İbn Abbas
Səhihİstinad
Buxari, 1071 (Səcdələr, 5)
Səhih əl-Buxari — Quranda olan səcdə ayələri kitabı