Kişinin “Günəş tutuldu” və ya “Ay tutuldu” sözlərini deməsi və Uca Allahın “Ay tutulacağı...” (əl-Qiyamə, 8) kəlamı
حَدَّثَنَا سَعِيدُ بْنُ عُفَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ حَدَّثَنِى عُقَيْلٌ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهُ . أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى يَوْمَ خَسَفَتِ الشَّمْسُ ، فَقَامَ فَكَبَّرَ ، فَقَرَأَ قِرَاءَةً طَوِيلَةً ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَقَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . وَقَامَ كَمَا هُوَ ، ثُمَّ قَرَأَ قِرَاءَةً طَوِيلَةً ، وَهْىَ أَدْنَى مِنَ الْقِرَاءَةِ الأُولَى ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْىَ أَدْنَى مِنَ الرَّكْعَةِ الأُولَى ، ثُمَّ سَجَدَ سُجُودًا طَوِيلاً ، ثُمَّ فَعَلَ فِى الرَّكْعَةِ الآخِرَةِ مِثْلَ ذَلِكَ ، ثُمَّ سَلَّمَ وَقَدْ تَجَلَّتِ الشَّمْسُ ، فَخَطَبَ النَّاسَ ، فَقَالَ فِى كُسُوفِ الشَّمْسِ وَالْقَمَرِ « إِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَافْزَعُوا إِلَى الصَّلاَةِ » .
“Peyğəmbərin zövcəsi Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ günəş tutulan gün namaz qıldırdı. O, Ayağa durub təkbir etdi və uzun qiraət etdi. Sonra rukuya getdi və rukunu uzatdı, sonra dikəldi və “Səmi Allahu limən həmidəh” dedi və ayaq üstə durduğu kimi qaldı. Sonra yenə qiraətini uzatdı, lakin bu qiraət əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra səcdəyə getdi və səcdəsini uzatdı. İkinci rükətdə də birinci rükətdə elədiklərini təkrar etdi. Sonra namazı bitirib salam verdi və artıq günəşin üzü açılmışdı. Sonra insanlara xütbə verdi, günəşin və ayın tutulması haqda buyurdu: “Onlar (günəş və ay) Allahın nişanələrindəndir və heç kimin ölümünə və ya doğulmasına görə tutulmur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman namaz qılmağa sığının”.”
İstinad
Buxari, 1047 (Kusuf, 8)
Səhih əl-Buxari — Kusuf kitabı