Kusuf kitabı

Kusuf vaxtı imamın xütbəsi

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنِى اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ ح وَحَدَّثَنِى أَحْمَدُ بْنُ صَالِحٍ قَالَ حَدَّثَنَا عَنْبَسَةُ قَالَ حَدَّثَنَا يُونُسُ عَنِ ابْنِ شِهَابٍ حَدَّثَنِى عُرْوَةُ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ خَسَفَتِ الشَّمْسُ فِى حَيَاةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَخَرَجَ إِلَى الْمَسْجِدِ فَصَفَّ النَّاسُ وَرَاءَهُ ، فَكَبَّرَ فَاقْتَرَأَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِرَاءَةً طَوِيلَةً ، ثُمَّ كَبَّرَ فَرَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَقَامَ وَلَمْ يَسْجُدْ ، وَقَرَأَ قِرَاءَةً طَوِيلَةً ، هِىَ أَدْنَى مِنَ الْقِرَاءَةِ الأُولَى ، ثُمَّ كَبَّرَ وَرَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ أَدْنَى مِنَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، رَبَّنَا وَلَكَ الْحَمْدُ . ثُمَّ سَجَدَ ، ثُمَّ قَالَ فِى الرَّكْعَةِ الآخِرَةِ مِثْلَ ذَلِكَ ، فَاسْتَكْمَلَ أَرْبَعَ رَكَعَاتٍ فِى أَرْبَعِ سَجَدَاتٍ ، وَانْجَلَتِ الشَّمْسُ قَبْلَ أَنْ يَنْصَرِفَ ، ثُمَّ قَامَ فَأَثْنَى عَلَى اللَّهِ بِمَا هُوَ أَهْلُهُ ثُمَّ قَالَ « هُمَا آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَافْزَعُوا إِلَى الصَّلاَةِ » . وَكَانَ يُحَدِّثُ كَثِيرُ بْنُ عَبَّاسٍ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا كَانَ يُحَدِّثُ يَوْمَ خَسَفَتِ الشَّمْسُ بِمِثْلِ حَدِيثِ عُرْوَةَ عَنْ عَائِشَةَ . فَقُلْتُ لِعُرْوَةَ إِنَّ أَخَاكَ يَوْمَ خَسَفَتْ بِالْمَدِينَةِ لَمْ يَزِدْ عَلَى رَكْعَتَيْنِ مِثْلَ الصُّبْحِ . قَالَ أَجَلْ لأَنَّهُ أَخْطَأَ السُّنَّةَ .

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ sağ olan zaman günəş tutuldu. Buna görə Peyğəmbər ﷺ məscidə gəldi, insanlar da onun arxasında cərgələrə düzüldülər. Peyğəmbər ﷺ təkbir etdi və namaz durub uzun qiraət etdi. Sonra təkbir edib rukuya getdi və rukunu uzatdı, sonra “Səmi Allahu limən həmidəh” dedi və səcdəyə getməyərək dikəldi və yenə qiraətini uzatdı, lakin bu qiraət əvvəlkindən qısa idi, sonra təkbir edib bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra “Səmi Allahu limən həmidəh, Rabbənə və ləkəl-həmd” dedi və səcdəyə getdi. İkinci rükətdə də birinci rükətdə elədiklərini təkrar etdi. Beləcə dörd rukudan və dörd səcdədən ibarət namaz qıldı. Namazı bitirdikdə artıq günəşin üzü açılmışdı. Sonra ayağa durub Allaha layiq olan şəkildə həmd-səna etdi və buyurdu: “Onlar (günəş və ay) Allahın nişanələrindəndir və heç kimin ölümünə və ya doğulmasına görə tutulmur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman namaz qılmağa sığının”. ...Ravi əz-Zuhri deyir: “Mən Urvaya dedim: “Sənin qardaşın Abdullah ibn əz-Zubeyr Mədinədə günəş tutulduğu gün namazı iki rükət olaraq Sübh namazı kimi qıldı və ona heç nə əlavə etmədi”. Urva dedi: “Bəli, elə etdi, çünki sünnədə xəta etdi”.”

Aişə
Səhih

İstinad

Buxari, 1046 (Kusuf, 7)

Səhih əl-Buxari — Kusuf kitabı