Kusuf namazında səcdələrdə çox qalmaq
حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو أَنَّهُ قَالَ لَمَّا كَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نُودِىَ إِنَّ الصَّلاَةَ جَامِعَةٌ فَرَكَعَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَيْنِ فِى سَجْدَةٍ ثُمَّ قَامَ فَرَكَعَ رَكْعَتَيْنِ فِى سَجْدَةٍ ، ثُمَّ جَلَسَ ، ثُمَّ جُلِّىَ عَنِ الشَّمْسِ . قَالَ وَقَالَتْ عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا مَا سَجَدْتُ سُجُودًا قَطُّ كَانَ أَطْوَلَ مِنْهَا .
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutuldu və “Həqiqətən, namaz cəm edəndir”- deyə azan verildi. Peyğəmbər ﷺ bir rükətdə iki dəfə ruku etdi və səcdə etdi. Sonra qalxıb yenə iki dəfə ruku və səcdə etdi. Sonra oturdu, sonra da günəşin üzü açıldı. Aişə ﵂ dedi: “Ömrümdə bu qədər uzun davam edən səcdə etməmişdim”.”
İstinad
Buxari, 1051 (Kusuf, 12)
Səhih əl-Buxari — Kusuf kitabı