Kusuf kitabı

Kusuf namazında qəbir əzabından Allaha sığınmaq

ثُمَّ رَكِبَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ غَدَاةٍ مَرْكَبًا ، فَخَسَفَتِ الشَّمْسُ ، فَرَجَعَ ضُحًى ، فَمَرَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ ظَهْرَانَىِ الْحُجَرِ ، ثُمَّ قَامَ يُصَلِّى ، وَقَامَ النَّاسُ وَرَاءَهُ ، فَقَامَ قِيَامًا طَوِيلاً ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ فَقَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ فَسَجَدَ ، ثُمَّ قَامَ فَقَامَ قِيَامًا طَوِيلاً ، وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ قَامَ قِيَامًا طَوِيلاً وَهْوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً وَهْوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ فَسَجَدَ وَانْصَرَفَ ، فَقَالَ مَا شَاءَ اللَّهُ أَنْ يَقُولَ ، ثُمَّ أَمَرَهُمْ أَنْ يَتَعَوَّذُوا مِنْ عَذَابِ الْقَبْرِ

“Yuxarıdakı rəvayətin davamında deyilir: “Bir dəfə səhər tezdən Allah Elçisi ﷺ öz dəvəsinə minib bir qədər getdikdən sonra günəş tutuldu və o, günortadan əvvəl geri döndü. Allah Elçisi ﷺ hücrələrin yanından keçib namaza durdu, camaat da onun arxasında namaza durdu. Namazda qiyamı uzatdı, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi. Sonra rukudan qalxıb səcdəyə getdi və iki dəfə səcdə etdi. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rukuya getdi və rukunu uzatdı, lakin bu ruku əvvəlkindən qısa idi, sonra rukudan qalxıb səcdəyə getdi, iki dəfə səcdə etdi və salamları verib namazı bitirdi. Allahın istədiyi qədər camaata öyüd-nəsihət verdikdən sonra onlara qəbir əzabından Allaha sığınmağı əmr etdi”.”

Aişə
Səhih

İstinad

Buxari, 1050 (Kusuf, 11)

Səhih əl-Buxari — Kusuf kitabı