Kusuf namazında qəbir əzabından Allaha sığınmaq
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ عَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ يَهُودِيَّةً جَاءَتْ تَسْأَلُهَا فَقَالَتْ لَهَا أَعَاذَكِ اللَّهُ مِنْ عَذَابِ الْقَبْرِ . فَسَأَلَتْ عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيُعَذَّبُ النَّاسُ فِى قُبُورِهِمْ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَائِذًا بِاللَّهِ مِنْ ذَلِكَ .
“Peyğəmbərin zövcəsi Aişə ﵂ rəvayət edir ki, yəhudi bir qadın ondan kömək diləməyə gəldi və ona: “Allah səni qəbir əzabından qorusun”– dedi. Buna görə də Aişə ﵂ Allah Elçisindən ﷺ: “İnsanlar qəbirlərində əzab çəkəcəklərmi?”– deyə soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Allah bizi bundan qorusun!””
İstinad
Buxari, 1049 (Kusuf, 10)
Səhih əl-Buxari — Kusuf kitabı