Kusuf kitabı

Kusuf namazını məsciddə qılmaq

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ عَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ يَهُودِيَّةً جَاءَتْ تَسْأَلُهَا فَقَالَتْ أَعَاذَكِ اللَّهُ مِنْ عَذَابِ الْقَبْرِ . فَسَأَلَتْ عَائِشَةُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيُعَذَّبُ النَّاسُ فِى قُبُورِهِمْ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَائِذًا بِاللَّهِ مِنْ ذَلِكَ .

“Aişə ﵂ rəvayət edir ki, bir yəhudi qadın nəsə istəmək üçün onun yanına gəldi və dua edərək: “Allah səni qəbir əzabından qorusun!”- dedi. Aişə də Allah Elşisindən ﷺ soruşdu: “İnsanlara qəbirlərində əzabmı veriləcək?” Allah Elçisi ﷺ buyurdu: “Ondan (qəbir əzabından) Allaha sığınıram!””

Aişə
Səhih

İstinad

Buxari, 1055 (Kusuf, 16)

Səhih əl-Buxari — Kusuf kitabı