Evdən çıxdıqdan sonra namazlar qısaldılır
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتِ الصَّلاَةُ أَوَّلُ مَا فُرِضَتْ رَكْعَتَيْنِ فَأُقِرَّتْ صَلاَةُ السَّفَرِ ، وَأُتِمَّتْ صَلاَةُ الْحَضَرِ . قَالَ الزُّهْرِىُّ فَقُلْتُ لِعُرْوَةَ مَا بَالُ عَائِشَةَ تُتِمُّ قَالَ تَأَوَّلَتْ مَا تَأَوَّلَ عُثْمَانُ .
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Namaz ilk vaxtlar iki rükət olmaqla vacib edilmişdi. (Hicrətdən sonra isə) səfər namazı olduğu kimi qaldı, evdə qılınan namaz isə dörd rükət olaraq tamamlandı”. Ravi əz-Zuhri deyir: “Mən Urvaya dedim: “Bəs nə üçün Aişə səfərdə namazları dörd rükət qılardı”. O dedi: “Aişə də Osmanın yozduğu kimi yozmuşdu”.”
İstinad
Buxari, 1090 (Qəsr, 11)
Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı