Səhih əl-BuxariNamazı qısaltmaq kitabı

Kitab 18

Namazı qısaltmaq kitabı

كِتَابُ تَقْصِيرُ الصَّلاةِ

40

hədis

Fəsil 1

Namazı qısaltmaq haqda və səfərdə namazları hansı müddətə qədər qısaltmaq haqda nə rəvayət edilib?

باب مَا جَاءَ فِى التَّقْصِيرِ وَكَمْ يُقِيمُ حَتَّى يَقْصُرَ

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ عَاصِمٍ وَحُصَيْنٍ عَنْ عِكْرِمَةَ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ أَقَامَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تِسْعَةَ عَشَرَ يَقْصُرُ ، فَنَحْنُ إِذَا سَافَرْنَا تِسْعَةَ عَشَرَ قَصَرْنَا ، وَإِنْ زِدْنَا أَتْمَمْنَا .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ on doqquz gün səfərdə qaldı və bu əsnada namazları qısaltdı”. Biz də on doqquz gün səfərdə qaldıqda namazları qısaldar, bundan artıq qaldıqda isə tam qılardıq”.”

İbn Abbas
SəhihBuxari, 1080 (Qəsr, 1)

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ أَبِى إِسْحَاقَ قَالَ سَمِعْتُ أَنَسًا يَقُولُ خَرَجْنَا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْمَدِينَةِ إِلَى مَكَّةَ ، فَكَانَ يُصَلِّى رَكْعَتَيْنِ رَكْعَتَيْنِ حَتَّى رَجَعْنَا إِلَى الْمَدِينَةِ . قُلْتُ أَقَمْتُمْ بِمَكَّةَ شَيْئًا قَالَ أَقَمْنَا بِهَا عَشْرًا .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə Mədinədən Məkkəyə yola düşdük. Peyğəmbər ﷺ Mədinəyə qayıdana qədər namazları iki rükət-iki rükət qıldı”. (Ravi Yəhya ibn İshaq deyir): “Mən Ənəsdən soruşdum: “Siz Məkkədə nə qədər qaldınız?” O dedi: “Biz orada on gün qaldıq”.”

Ənəs
SəhihBuxari, 1081 (Qəsr, 2)

Fəsil 2

Minada qılınan namazlar

باب الصَّلاَةِ بِمِنًى

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ قَالَ أَخْبَرَنِى نَافِعٌ عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّيْتُ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِمِنًى رَكْعَتَيْنِ ، وَأَبِى بَكْرٍ وَعُمَرَ ، وَمَعَ عُثْمَانَ صَدْرًا مِنْ إِمَارَتِهِ ثُمَّ أَتَمَّهَا .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Minada Peyğəmbərlə ﷺ, Əbu Bəkrlə, Ömərlə, həmçinin Osmanla birlikdə – onun xilafətinin ilk illərində – namazı iki rükət qıldım. Sonralar Osman namazları tam qıldırdı”.”

Abdullah
SəhihBuxari, 1082 (Qəsr, 3)

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ أَنْبَأَنَا أَبُو إِسْحَاقَ قَالَ سَمِعْتُ حَارِثَةَ بْنَ وَهْبٍ قَالَ صَلَّى بِنَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ آمَنَ مَا كَانَ بِمِنًى رَكْعَتَيْنِ .

“Rəvayət edilir ki, Harisə ibn Vəhb ﵄ demişdir: “Peyğəmbər ﷺ Minada, əmin-amanlıq olduğu bir vaxtda namazı bizə iki rükət qıldırdı”.”

Harisə ibn Vəhb
SəhihBuxari, 1083 (Qəsr, 4)

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ عَنِ الأَعْمَشِ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ قَالَ سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ يَزِيدَ يَقُولُ صَلَّى بِنَا عُثْمَانُ بْنُ عَفَّانَ رَضِيَ اللَّهُ عَنْهُ بِمِنًى أَرْبَعَ رَكَعَاتٍ ، فَقِيلَ ذَلِكَ لِعَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ فَاسْتَرْجَعَ ثُمَّ قَالَ صَلَّيْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِمِنًى رَكْعَتَيْنِ ، وَصَلَّيْتُ مَعَ أَبِى بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ بِمِنًى رَكْعَتَيْنِ ، وَصَلَّيْتُ مَعَ عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ بِمِنًى رَكْعَتَيْنِ ، فَلَيْتَ حَظِّى مِنْ أَرْبَعِ رَكَعَاتٍ رَكْعَتَانِ مُتَقَبَّلَتَانِ .

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Yəzid ﵀ demişdir: “Osman ibn Əffan ﵁ Minada bizə dörd rükət namaz qıldırdı”. Bunu Abdullah ibn Məsuda ﵁ dedikdə, o təəccüb edib: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”- dedikdən sonra buyurdu: “Mən Peyğəmbərlə ﷺ birlikdə Minada iki rükət namaz qılmışam, Əbu Bəkrlə ﵁ birlikdə Minada iki rükət namaz qılmışam, Ömər ibn əl-Xattabla ﵁ birlikdə Minada iki rükət namaz qılmışam. Dörd rükət qılmaqdansa, qəbul ounmuş iki rükət namaz qılmaq mənim üçün daha xoşdur”.”

Abdur-Rahmən ibn Yəzid
SəhihBuxari, 1084 (Qəsr, 5)

Fəsil 3

Peyğəmbər ﷺ Həcc etdikdə Məkkədə nə qədər qaldı?

باب كَمْ أَقَامَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى حَجَّتِهِ

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا وُهَيْبٌ قَالَ حَدَّثَنَا أَيُّوبُ عَنْ أَبِى الْعَالِيَةِ الْبَرَّاءِ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ قَدِمَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَصْحَابُهُ لِصُبْحِ رَابِعَةٍ يُلَبُّونَ بِالْحَجِّ ، فَأَمَرَهُمْ أَنْ يَجْعَلُوهَا عُمْرَةً إِلاَّ مَنْ مَعَهُ الْهَدْىُ . تَابَعَهُ عَطَاءٌ عَنْ جَابِرٍ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ və səhabələri təlbiyə edərək Zil-Hiccə ayının dördüncü gününün səhəri (Həcc etmək üçün Məkkəyə) gəldilər. Peyğəmbər ﷺ qurbanlıq heyvanlarını gətirənlərdən başqa hamının Həclərini Ümrəyə çevirmələrini əmr etdi”.”

İbn Abbas
SəhihBuxari, 1085 (Qəsr, 6)

Fəsil 4

Nə qədər məsafə qət etdikdən sonra namazlar qısaldılır?

باب فِى كَمْ يَقْصُرُ الصَّلاَةَ

وَسَمَّى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا وَلَيْلَةً سَفَرًا . وَكَانَ ابْنُ عُمَرَ وَابْنُ عَبَّاسٍ - رضى الله عنهم - يَقْصُرَانِ وَيُفْطِرَانِ فِى أَرْبَعَةِ بُرُدٍ وَهْىَ سِتَّةَ عَشَرَ فَرْسَخًا .

Peyğəmbər ﷺ bir gün və bir gecəlik gedilən vaxta səfər namazı adını vermişdir. İbn Ömər və İbn Abbas ﵃ dörd “burud” gedilən məsafədə namazı qısaldar, orucu da tutmazdılar. Dörd “burud” on altı fərsəxdir.

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ قَالَ قُلْتُ لأَبِى أُسَامَةَ حَدَّثَكُمْ عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ تُسَافِرِ الْمَرْأَةُ ثَلاَثَةَ أَيَّامٍ إِلاَّ مَعَ ذِى مَحْرَمٍ » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qadın üç gündən artıq məhrəmi yanında olmadan səfərə çıxa bilməz”.”

İbn Ömər
SəhihBuxari, 1086 (Qəsr, 7)

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ تُسَافِرِ الْمَرْأَةُ ثَلاَثًا إِلاَّ مَعَ ذِى مَحْرَمٍ » . تَابَعَهُ أَحْمَدُ عَنِ ابْنِ الْمُبَارَكِ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qadın məhrəmi olmadan üç gündən artıq səfərə çıxa bilməz”.”

İbn Ömər
SəhihBuxari, 1087 (Qəsr, 8)

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ قَالَ حَدَّثَنَا سَعِيدٌ الْمَقْبُرِىُّ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يَحِلُّ لاِمْرَأَةٍ تُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ أَنْ تُسَافِرَ مَسِيرَةَ يَوْمٍ وَلَيْلَةٍ لَيْسَ مَعَهَا حُرْمَةٌ » . تَابَعَهُ يَحْيَى بْنُ أَبِى كَثِيرٍ وَسُهَيْلٌ وَمَالِكٌ عَنِ الْمَقْبُرِىِّ عَنْ أَبِى هُرَيْرَةَ - رضى الله عنه .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Allaha və Axirət gününə iman gətirən qadına yanında bir məhrəmi olmadan bir gün və bir gecəlik səfərə çıxmaq halal deyil”.”

Əbu Hureyra
SəhihBuxari, 1088 (Qəsr, 9)

Fəsil 5

Evdən çıxdıqdan sonra namazlar qısaldılır

باب يَقْصُرُ إِذَا خَرَجَ مِنْ مَوْضِعِهِ

وَخَرَجَ عَلِىٌّ - عَلَيْهِ السَّلاَمُ - فَقَصَرَ وَهْوَ يَرَى الْبُيُوتَ فَلَمَّا رَجَعَ قِيلَ لَهُ هَذِهِ الْكُوفَةُ . قَالَ لاَ حَتَّى نَدْخُلَهَا .

Əli ﵇ səfərə çıxdı və Kufənin evləri hələ göründüyü halda namazları qısaltdı. Bu səfərdən qayıtdıqda ona deyildi: “Kufənin evləri artıq görünür (namazı tam qılacağıq?)”. Əli dedi: “Kufəyə girənə qədər namazları birləşdirəcəyik”.

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ وَإِبْرَاهِيمَ بْنِ مَيْسَرَةَ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّيْتُ الظُّهْرَ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمَدِينَةِ أَرْبَعًا ، وَبِذِى الْحُلَيْفَةِ رَكْعَتَيْنِ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mədinədə Peyğəmbərlə ﷺ birlikdə Zöhr namazını dörd rükət, Zul-Huleyfədə isə iki rükət qıldım”.”

Ənəs
SəhihBuxari, 1089 (Qəsr, 10)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتِ الصَّلاَةُ أَوَّلُ مَا فُرِضَتْ رَكْعَتَيْنِ فَأُقِرَّتْ صَلاَةُ السَّفَرِ ، وَأُتِمَّتْ صَلاَةُ الْحَضَرِ . قَالَ الزُّهْرِىُّ فَقُلْتُ لِعُرْوَةَ مَا بَالُ عَائِشَةَ تُتِمُّ قَالَ تَأَوَّلَتْ مَا تَأَوَّلَ عُثْمَانُ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Namaz ilk vaxtlar iki rükət olmaqla vacib edilmişdi. (Hicrətdən sonra isə) səfər namazı olduğu kimi qaldı, evdə qılınan namaz isə dörd rükət olaraq tamamlandı”. Ravi əz-Zuhri deyir: “Mən Urvaya dedim: “Bəs nə üçün Aişə səfərdə namazları dörd rükət qılardı”. O dedi: “Aişə də Osmanın yozduğu kimi yozmuşdu”.”

Aişə
SəhihBuxari, 1090 (Qəsr, 11)

Fəsil 6

Səfərdə Məğrib namazı üç rükət qılınmalıdır

باب يُصَلِّى الْمَغْرِبَ ثَلاَثًا فِى السَّفَرِ

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى سَالِمٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَعْجَلَهُ السَّيْرُ فِى السَّفَرِ يُؤَخِّرُ الْمَغْرِبَ حَتَّى يَجْمَعَ بَيْنَهَا وَبَيْنَ الْعِشَاءِ . قَالَ سَالِمٌ وَكَانَ عَبْدُ اللَّهِ يَفْعَلُهُ إِذَا أَعْجَلَهُ السَّيْرُ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ səfərdə tələsik bir işi olduqda Məğrib namazını gecikdirər və İşa namazı ilə birlikdə qılardı”. İbn Ömərin oğlu Səlim dedi: “Abdullah səfərdə tələsik işi olanda belə edərdi”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 1091 (Qəsr, 12)

وَزَادَ اللَّيْثُ قَالَ حَدَّثَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ سَالِمٌ كَانَ ابْنُ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا يَجْمَعُ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ بِالْمُزْدَلِفَةِ . قَالَ سَالِمٌ وَأَخَّرَ ابْنُ عُمَرَ الْمَغْرِبَ ، وَكَانَ اسْتُصْرِخَ عَلَى امْرَأَتِهِ صَفِيَّةَ بِنْتِ أَبِى عُبَيْدٍ فَقُلْتُ لَهُ الصَّلاَةُ . فَقَالَ سِرْ . فَقُلْتُ الصَّلاَةُ . فَقَالَ سِرْ . حَتَّى سَارَ مِيلَيْنِ أَوْ ثَلاَثَةً ثُمَّ نَزَلَ فَصَلَّى ثُمَّ قَالَ هَكَذَا رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى إِذَا أَعْجَلَهُ السَّيْرُ . وَقَالَ عَبْدُ اللَّهِ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَعْجَلَهُ السَّيْرُ يُؤَخِّرُ الْمَغْرِبَ ، فَيُصَلِّيهَا ثَلاَثًا ثُمَّ يُسَلِّمُ ، ثُمَّ قَلَّمَا يَلْبَثُ حَتَّى يُقِيمَ الْعِشَاءَ فَيُصَلِّيَهَا رَكْعَتَيْنِ ثُمَّ يُسَلِّمُ ، وَلاَ يُسَبِّحُ بَعْدَ الْعِشَاءِ حَتَّى يَقُومَ مِنْ جَوْفِ اللَّيْلِ .

“Rəvayət edilir ki, Səlim ﵀ demişdir: “İbn Ömər ﵄ Müzdəlifədə Məğrib ilə İşa namazını birləşdirib qıldı”. Səlim deyir: “Məğrib namazını gecikdirdi. İbn Ömərin zövcəsi Safiyyə bint Əbu Ubeydin ölüm xəbəri ona çatdıqda, mən ona namazı xatırlatdım. Məni: “Get irəli!” dedi. Mən yenə: “Namaz!” dedim. Mənə yenə: “İrəli get!” dedi. İki və ya üç mil getdikdən sonra miniyindən düşdü və namazlarını qıldı. Sonra dedi: “Mən Peyğəmbərin ﷺ tələsik bir işi olduqda belə etdiyini görmüşəm”. Abdullah demişdir: “Peyğəmbər ﷺ (səfərdə) tələsik bir işi olduqda Məğrib namazını gecikdirər, sonra da onu üç rükət qılıb salam verərdi, sonra o, İşa namazını qılanadək bir qədər gözləyər və qalxıb bu namazı iki rükət qılıb salam verərdi. Peyğəmbər ﷺ İşa namazını qıldıqdan sonra gecə yarısı namaza duranadək namaz qılmazdı”.”

Səlim
SəhihBuxari, 1092 (Qəsr, 13)

Fəsil 7

Minik üstündə və miniyin yönəltdiyi tərəfə nafilə namazı qılmaq

باب صَلاَةِ التَّطَوُّعِ عَلَى الدَّوَابِّ وَحَيْثُمَا تَوَجَّهَتْ بِهِ

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا عَبْدُ الأَعْلَى قَالَ حَدَّثَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَامِرٍ عَنْ أَبِيهِ قَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى عَلَى رَاحِلَتِهِ حَيْثُ تَوَجَّهَتْ بِهِ .

“Abdullah ibn Amir atasının ﵄ belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ miniyinin üstündə miniyin yönəltdiyi tərəfə namaz qıldığını görmüşəm”.”

Abdullah ibn Amir atasından
SəhihBuxari, 1093 (Qəsr, 14)

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ أَخْبَرَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى التَّطَوُّعَ وَهْوَ رَاكِبٌ فِى غَيْرِ الْقِبْلَةِ .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Bəzən Peyğəmbər ﷺ nafilə namazlarını minik üzərində qibləyə tərəf deyil, miniyin getdiyi istiqamətə tərəf üz tutub qılardı”.”

Cabir ibn Abdullah
SəhihBuxari, 1094 (Qəsr, 15)

حَدَّثَنَا عَبْدُ الأَعْلَى بْنُ حَمَّادٍ قَالَ حَدَّثَنَا وُهَيْبٌ قَالَ حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ عَنْ نَافِعٍ قَالَ وَكَانَ ابْنُ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا يُصَلِّى عَلَى رَاحِلَتِهِ وَيُوتِرُ عَلَيْهَا ، وَيُخْبِرُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَفْعَلُهُ .

“Rəvayət edilir ki, Nafi ﵀ demişdir: “Bəzən İbn Ömər ﵄ nafilə namazlarını minik üzərində qılar, Vitr namazını da minik üzərində qılar və Peyğəmbərin ﷺ də belə etdiyini deyərdi”.”

Nafi
SəhihBuxari, 1095 (Qəsr, 16)

Fəsil 8

Minik heyvanı üstündə işarə edərək namaz qılmaq

باب الإِيمَاءِ عَلَى الدَّابَّةِ

حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُسْلِمٍ قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ دِينَارٍ قَالَ كَانَ عَبْدُ اللَّهِ بْنُ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا يُصَلِّى فِى السَّفَرِ عَلَى رَاحِلَتِهِ ، أَيْنَمَا تَوَجَّهَتْ يُومِئُ . وَذَكَرَ عَبْدُ اللَّهِ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَفْعَلُهُ .

“Rəvayət edilir ki, Abdullah ibn Dinar ﵀ demişdir: “Abdullah ibn Ömər ﵄ səfərdə minik üzərində miniyin getdiyi istiqamətə tərəf işarə edərək namaz qılar və Peyğəmbərin ﷺ də belə etdiyini deyərdi”.”

Abdullah ibn Dinar
SəhihBuxari, 1096 (Qəsr, 17)

Fəsil 9

Fərz namazlarını minikdən düşüb yerdə qılmaq

باب يَنْزِلُ لِلْمَكْتُوبَةِ

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَامِرِ بْنِ رَبِيعَةَ أَنَّ عَامِرَ بْنَ رَبِيعَةَ أَخْبَرَهُ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ عَلَى الرَّاحِلَةِ يُسَبِّحُ ، يُومِئُ بِرَأْسِهِ قِبَلَ أَىِّ وَجْهٍ تَوَجَّهَ ، وَلَمْ يَكُنْ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ ذَلِكَ فِى الصَّلاَةِ الْمَكْتُوبَةِ .

“Rəvayət edilir ki, Amir ibn Rabia ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ minik üzərində miniyin getdiyi istiqamətə tərəf üz tutub nafilə namazlarını qıldığını görmüşəm. Allah Elçisi ﷺ fərz namazlarını minikdə qılmazdı”.”

Amir ibn Rabia
SəhihBuxari, 1097 (Qəsr, 18)

وَقَالَ اللَّيْثُ حَدَّثَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ قَالَ سَالِمٌ كَانَ عَبْدُ اللَّهِ يُصَلِّى عَلَى دَابَّتِهِ مِنَ اللَّيْلِ وَهْوَ مُسَافِرٌ ، مَا يُبَالِى حَيْثُ مَا كَانَ وَجْهُهُ . قَالَ ابْنُ عُمَرَ وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُسَبِّحُ عَلَى الرَّاحِلَةِ قِبَلَ أَىِّ وَجْهٍ تَوَجَّهَ ، وَيُوتِرُ عَلَيْهَا ، غَيْرَ أَنَّهُ لاَ يُصَلِّى عَلَيْهَا الْمَكْتُوبَةَ .

“Rəvayət edilir ki, Səlim ﵀ demişdir: “Abdullah ibn Ömər səfərdə olarkən gecə vaxtı namazını miniyinin üzərində qılar və miniyinin hansı istiqamətə getdiyinə əhəmiyyət verməzdi”. İbn Ömər demişdir: “Allah Elçisi ﷺ miniyinin üzərində hansı tərəfə gedirsə-getsin namaz qılar, Vitr namazını da bu şəkildə yerinə yetirərdi. Lakin fərz namazlarını minikdə qılmazdı”.”

Səlim
SəhihBuxari, 1098 (Qəsr, 19)

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ ثَوْبَانَ قَالَ حَدَّثَنِى جَابِرُ بْنُ عَبْدِ اللَّهِ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى عَلَى رَاحِلَتِهِ نَحْوَ الْمَشْرِقِ فَإِذَا أَرَادَ أَنْ يُصَلِّىَ الْمَكْتُوبَةَ نَزَلَ فَاسْتَقْبَلَ الْقِبْلَةَ .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ minik üzərində olarkən şərqə tərəf nafilə namazlarını qılardı. Fərz namazlarını qılmaq istədikdə isə miniyindən düşüb qibləyə yönələrək namazı qılardı.”

Cabir ibn Abdullah
SəhihBuxari, 1099 (Qəsr, 20)

Fəsil 10

Səfərdə uzunqulaq üzərində gedərkən nafilə namaz qılmaq

باب صَلاَةِ التَّطَوُّعِ عَلَى الْحِمَارِ

حَدَّثَنَا أَحْمَدُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا حَبَّانُ قَالَ حَدَّثَنَا هَمَّامٌ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ سِيرِينَ قَالَ اسْتَقْبَلْنَا أَنَسًا حِينَ قَدِمَ مِنَ الشَّأْمِ ، فَلَقِينَاهُ بِعَيْنِ التَّمْرِ ، فَرَأَيْتُهُ يُصَلِّى عَلَى حِمَارٍ وَوَجْهُهُ مِنْ ذَا الْجَانِبِ ، يَعْنِى عَنْ يَسَارِ الْقِبْلَةِ . فَقُلْتُ رَأَيْتُكَ تُصَلِّى لِغَيْرِ الْقِبْلَةِ . فَقَالَ لَوْلاَ أَنِّى رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَعَلَهُ لَمْ أَفْعَلْهُ . رَوَاهُ ابْنُ طَهْمَانَ عَنْ حَجَّاجٍ عَنْ أَنَسِ بْنِ سِيرِينَ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Ənəs ibn Sirin ﵀ demişdir: “Ənəs ﵁ Şamdan qayıdanda “Aynut-Təmr” adlı yerdə onunla qarşılaşdıq. Gördüm ki, uzunqulağın üzərində əli ilə işarə edərək qiblənin sol tərəfinə doğru namaz qılır. Mən dedim: “Səni qiblənin başqa tərəfinə namaz qılan görürəm”. O dedi: “Mən Allah Elçisinin ﷺ belə etdiyini görməsəydim, belə etməzdim”.”

Ənəs ibn Sirin
SəhihBuxari, 1100 (Qəsr, 21)

Fəsil 11

Səfərdə qıldığı vacib namazlardan əvvəl və sonra nafilə namazı qılmayan

باب مَنْ لَمْ يَتَطَوَّعْ فِى السَّفَرِ دُبُرَ الصَّلاَةِ وَقَبْلَهَا

حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنِى ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنِى عُمَرُ بْنُ مُحَمَّدٍ أَنَّ حَفْصَ بْنَ عَاصِمٍ حَدَّثَهُ قَالَ سَافَرَ ابْنُ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا فَقَالَ صَحِبْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمْ أَرَهُ يُسَبِّحُ فِى السَّفَرِ ، وَقَالَ اللَّهُ جَلَّ ذِكْرُهُ { لَقَدْ كَانَ لَكُمْ فِى رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ } .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Peyğəmbərlə ﷺ yol yoldaşı olmuşam və onun səfərdə (nafilə) namazı qıldığını görməmişəm. Zikri izzətli olan Allah buyurur: “Allahın elçisi sizə gözəl nümunədir”. (əl-Əhzab, 21)”.”

İbn Ömər
SəhihBuxari, 1101 (Qəsr, 22)

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عِيسَى بْنِ حَفْصِ بْنِ عَاصِمٍ قَالَ حَدَّثَنِى أَبِى أَنَّهُ سَمِعَ ابْنَ عُمَرَ يَقُولُ صَحِبْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَكَانَ لاَ يَزِيدُ فِى السَّفَرِ عَلَى رَكْعَتَيْنِ ، وَأَبَا بَكْرٍ وَعُمَرَ وَعُثْمَانَ كَذَلِكَ - رضى الله عنهم .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisi ﷺ ilə yol yoldaşı olmuşam və onun səfərdə iki rükətdən çox namaz qıldığını görməmişəm. Əbu Bəkr, Ömər və Osman ﵃ da belə etmişlər”.”

İbn Ömər
SəhihBuxari, 1102 (Qəsr, 23)

Fəsil 12

Səfərdə vacib namazların vaxtlarından başqa vaxtlarda nafilə namazı qılan

باب مَنْ تَطَوَّعَ فِى السَّفَرِ فِى غَيْرِ دُبُرِ الصَّلَوَاتِ وَقَبْلَهَا

وَرَكَعَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَىِ الْفَجْرِ فِى السَّفَرِ .

Peyğəmbər ﷺ səfərdə Sübh namazının sünnəsini qılmışdır.

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَمْرٍو عَنِ ابْنِ أَبِى لَيْلَى قَالَ مَا أَنْبَأَ أَحَدٌ أَنَّهُ رَأَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الضُّحَى غَيْرُ أُمِّ هَانِئٍ ذَكَرَتْ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ فَتْحِ مَكَّةَ اغْتَسَلَ فِى بَيْتِهَا ، فَصَلَّى ثَمَانِ رَكَعَاتٍ ، فَمَا رَأَيْتُهُ صَلَّى صَلاَةً أَخَفَّ مِنْهَا ، غَيْرَ أَنَّهُ يُتِمُّ الرُّكُوعَ وَالسُّجُودَ .

“Rəvayət edilir ki, İbn Əbu Leyla ﵀ demişdir: “Bizə Ummu Hanidən başqa heç kim Peyğəmbərin ﷺ Duha namazını qıldığını xəbər verməmişdir. O, Peyğəmbər ﷺ Məkkənin Fəthi günü evində qüsl alıb səkkiz rükət namaz qıldığını rəvayət edərək dedi: “Peyğəmbərin ﷺ rukularını və səcdələrini tamamlayaraq bu namazdan daha yüngül namaz qıldığını görmədim”.”

İbn Əbu Leyla
SəhihBuxari, 1103 (Qəsr, 24)

وَقَالَ اللَّيْثُ حَدَّثَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ عَامِرٍ أَنَّ أَبَاهُ أَخْبَرَهُ أَنَّهُ رَأَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى السُّبْحَةَ بِاللَّيْلِ فِى السَّفَرِ عَلَى ظَهْرِ رَاحِلَتِهِ حَيْثُ تَوَجَّهَتْ بِهِ .

“Abdullah ibn Amir ﵀ rəvayət edir ki, atası Peyğəmbərin ﷺ səfərdə ikən dəvəsinin üstündə getdiyi istiqamətə tərəf üz tutub gecə (nafilə) namazı qıldığını görmüşdür.”

Abdullah ibn Amir
SəhihBuxari, 1104 (Qəsr, 25)

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى سَالِمُ بْنُ عَبْدِ اللَّهِ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُسَبِّحُ عَلَى ظَهْرِ رَاحِلَتِهِ حَيْثُ كَانَ وَجْهُهُ ، يُومِئُ بِرَأْسِهِ ، وَكَانَ ابْنُ عُمَرَ يَفْعَلُهُ .

“Səlim ibn Abdullah ﵁ rəvayət edir ki, İbn Ömər ﵄ Allah Elçisi ﷺ miniyinin belində olarkən miniyinin getdiyi istiqamətdə başı ilə işarə edərək (nafilə) namaz qıldığını xəbər vermişdir. İbn Ömər də belə edərdi.”

Səlim ibn Abdullah
SəhihBuxari, 1105 (Qəsr, 26)

Fəsil 13

Səfərdə Məğrib və İşa namazlarını birləşdirmək

باب الْجَمْعِ فِى السَّفَرِ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ سَمِعْتُ الزُّهْرِىَّ عَنْ سَالِمٍ عَنْ أَبِيهِ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَجْمَعُ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ إِذَا جَدَّ بِهِ السَّيْرُ .

“Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ səfərdə tələsəndə Məğrib ilə İşa namazlarını birləşdirərdi”.”

Səlim atasından
SəhihBuxari, 1106 (Qəsr, 27)

وَقَالَ إِبْرَاهِيمُ بْنُ طَهْمَانَ عَنِ الْحُسَيْنِ الْمُعَلِّمِ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عِكْرِمَةَ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَجْمَعُ بَيْنَ صَلاَةِ الظُّهْرِ وَالْعَصْرِ إِذَا كَانَ عَلَى ظَهْرِ سَيْرٍ ، وَيَجْمَعُ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ səfərdə olarkən Zöhrlə Əsr namazlarını, Məğrib ilə İşa namazlarını birləşdirərdi”.”

İbn Abbas
SəhihBuxari, 1107 (Qəsr, 28)

وَعَنْ حُسَيْنٍ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ حَفْصِ بْنِ عُبَيْدِ اللَّهِ بْنِ أَنَسٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَجْمَعُ بَيْنَ صَلاَةِ الْمَغْرِبِ وَالْعِشَاءِ فِى السَّفَرِ . وَتَابَعَهُ عَلِىُّ بْنُ الْمُبَارَكِ وَحَرْبٌ عَنْ يَحْيَى عَنْ حَفْصٍ عَنْ أَنَسٍ جَمَعَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ səfərdə olarkən Məğrib ilə İşa namazlarını birləşdirərdi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 1108 (Qəsr, 29)

Fəsil 14

Səfərdə Məğrib və İşa namazlarını birləşdirən azan və ya iqamə verməlidirmi?

باب هَلْ يُؤَذِّنُ أَوْ يُقِيمُ إِذَا جَمَعَ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى سَالِمٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَعْجَلَهُ السَّيْرُ فِى السَّفَرِ يُؤَخِّرُ صَلاَةَ الْمَغْرِبِ ، حَتَّى يَجْمَعَ بَيْنَهَا وَبَيْنَ الْعِشَاءِ . قَالَ سَالِمٌ وَكَانَ عَبْدُ اللَّهِ يَفْعَلُهُ إِذَا أَعْجَلَهُ السَّيْرُ ، وَيُقِيمُ الْمَغْرِبَ فَيُصَلِّيهَا ثَلاَثًا ، ثُمَّ يُسَلِّمُ ، ثُمَّ قَلَّمَا يَلْبَثُ حَتَّى يُقِيمَ الْعِشَاءَ ، فَيُصَلِّيهَا رَكْعَتَيْنِ ، ثُمَّ يُسَلِّمُ وَلاَ يُسَبِّحُ بَيْنَهَا بِرَكْعَةٍ ، وَلاَ بَعْدَ الْعِشَاءِ بِسَجْدَةٍ حَتَّى يَقُومَ مِنْ جَوْفِ اللَّيْلِ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ səfərdə tələsəndə Məğrib namazını gecikdirib İşa namazı ilə birləşdirdiyini gördüm”. Səlim deyir: “Abdullah ibn Ömər tələsəndə belə edərdi. O, Məğrib namazı üçün iqamə verər və namazı üç rükət qılar, sonra salam verərdi. Qısa müddətdən sonra iqamə verərək İşa namazını iki rükət qılar, sonra salam verərdi. Bu namazların arasında zikr etməz, İşa namazından sonra da gecənin dərinliklərinə qədər namaz qılmazdı”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 1109 (Qəsr, 30)

حَدَّثَنَا إِسْحَاقُ حَدَّثَنَا عَبْدُ الصَّمَدِ حَدَّثَنَا حَرْبٌ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنِى حَفْصُ بْنُ عُبَيْدِ اللَّهِ بْنِ أَنَسٍ أَنَّ أَنَسًا رَضِيَ اللَّهُ عَنْهُ حَدَّثَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَجْمَعُ بَيْنَ هَاتَيْنِ الصَّلاَتَيْنِ فِى السَّفَرِ . يَعْنِى الْمَغْرِبَ وَالْعِشَاءَ .

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bu iki namazı səfərdə birləşdirərdi... Yəni Məğrib və İşa namazlarını.”

Ənəs
SəhihBuxari, 1110 (Qəsr, 31)

Fəsil 15

Günəşin batmağa meyl etməsindən qabaq yola çıxdıqda Zöhr namazını Əsr namazına qədər gecikdirmək

باب يُؤَخِّرُ الظُّهْرَ إِلَى الْعَصْرِ إِذَا ارْتَحَلَ قَبْلَ أَنْ تَزِيغَ الشَّمْسُ

فِيهِ ابْنُ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

Bunu İbn Abbas ﵄ Peyğəmbərdən ﷺ rəvayət etmişdir.

حَدَّثَنَا حَسَّانُ الْوَاسِطِىُّ قَالَ حَدَّثَنَا الْمُفَضَّلُ بْنُ فَضَالَةَ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا ارْتَحَلَ قَبْلَ أَنْ تَزِيغَ الشَّمْسُ أَخَّرَ الظُّهْرَ إِلَى وَقْتِ الْعَصْرِ ، ثُمَّ يَجْمَعُ بَيْنَهُمَا ، وَإِذَا زَاغَتْ صَلَّى الظُّهْرَ ثُمَّ رَكِبَ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ günəş batmağa meyl etməzdən əvvəl yola çıxardısa Zöhr namazını Əsr vaxtına qədər təxirə salar, sonra namazlarını birləşdirərək qılardı. Əgər günəş batmağa meyl etdikdən sonra yola çıxardısa, Zöhr namazını qılar, sonra miniyinə minərdi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 1111 (Qəsr, 32)

Fəsil 16

Günəşin batmağa meyl etməsindən sonra yola çıxdıqda Zöhr namazını qılmaq, sonra miniyə minmək

باب إِذَا ارْتَحَلَ بَعْدَ مَا زَاغَتِ الشَّمْسُ صَلَّى الظُّهْرَ ثُمَّ رَكِبَ

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا الْمُفَضَّلُ بْنُ فَضَالَةَ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا ارْتَحَلَ قَبْلَ أَنْ تَزِيغَ الشَّمْسُ أَخَّرَ الظُّهْرَ إِلَى وَقْتِ الْعَصْرِ ، ثُمَّ نَزَلَ فَجَمَعَ بَيْنَهُمَا ، فَإِنْ زَاغَتِ الشَّمْسُ قَبْلَ أَنْ يَرْتَحِلَ صَلَّى الظُّهْرَ ثُمَّ رَكِبَ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ günəş batmağa meyl etməzdən əvvəl yola çıxardısa Zöhr namazını Əsr vaxtına qədər təxirə salar, sonra miniyindən düşüb namazlarını birləşdirərək qılardı. Əgər yola çıxmazdan qabaq günəş batmağa meyl edərdisə, Zöhr namazını qılar, sonra miniyinə minərdi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 1112 (Qəsr, 33)

Fəsil 17

Oturaq halda namaz qılmaq

باب صَلاَةِ الْقَاعِدِ

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ عَنْ مَالِكٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّهَا قَالَتْ صَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَيْتِهِ وَهْوَ شَاكٍ ، فَصَلَّى جَالِسًا وَصَلَّى وَرَاءَهُ قَوْمٌ قِيَامًا ، فَأَشَارَ إِلَيْهِمْ أَنِ اجْلِسُوا ، فَلَمَّا انْصَرَفَ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا رَفَعَ فَارْفَعُوا » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələndiyi zamanı namazı öz evində oturmuş vəziyyətdə qıldı, arxasındakı camaat isə namazı ayaq üstə qıldı. Peyğəmbər ﷺ onlara əli ilə oturmaları üçün işarə etdi. Namazı qılıb qurtardıqdan sonra isə belə buyurdu: “İmam arxasında namaz qılanların ona tabe olmaları üçün təyin olunmuşdur. O, rukuya gedəndə siz də rukuya gedin, o, (başını) qaldıranda, siz də (başınızı) qaldırın”.”

Aişə
SəhihBuxari, 1113 (Qəsr, 34)

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ سَقَطَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ فَرَسٍ فَخُدِشَ - أَوْ فَجُحِشَ - شِقُّهُ الأَيْمَنُ ، فَدَخَلْنَا عَلَيْهِ نَعُودُهُ ، فَحَضَرَتِ الصَّلاَةُ فَصَلَّى قَاعِدًا فَصَلَّيْنَا قُعُودًا وَقَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا وَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا رَفَعَ فَارْفَعُوا ، وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَقُولُوا رَبَّنَا وَلَكَ الْحَمْدُ » .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ bir atdan yıxılıb sağ tərəfini əzmişdi. Biz onun yanına ona xəstəliyi səbəbi ilə ziyarr üçün qayıtdıqda namazın vaxtı girdi. O, oturaraq namaz qıldı, biz də namazı oturaraq qıldıqda buyurdu: “İmam ona tabe olunmaq üçün təyin edilmişdir. O, təkbir etdikdə siz də təkbir edin. O, rukuya getdikdə, siz də ruku edin. O, dikəldikdə siz də dikəlin. O, səcdə etdikdə siz də səcdə edin. O, “Səmi Allahu limən həmidəh” dedikdə siz “Rabbənə və ləkəl-həmd” deyin”.”

Ənəs
SəhihBuxari, 1114 (Qəsr, 35)

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ قَالَ أَخْبَرَنَا رَوْحُ بْنُ عُبَادَةَ أَخْبَرَنَا حُسَيْنٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ بُرَيْدَةَ عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّهُ سَأَلَ نَبِىَّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . أَخْبَرَنَا إِسْحَاقُ قَالَ أَخْبَرَنَا عَبْدُ الصَّمَدِ قَالَ سَمِعْتُ أَبِى قَالَ حَدَّثَنَا الْحُسَيْنُ عَنِ ابْنِ بُرَيْدَةَ قَالَ حَدَّثَنِى عِمْرَانُ بْنُ حُصَيْنٍ - وَكَانَ مَبْسُورًا - قَالَ سَأَلْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ صَلاَةِ الرَّجُلِ قَاعِدًا فَقَالَ « إِنْ صَلَّى قَائِمًا فَهْوَ أَفْضَلُ ، وَمَنْ صَلَّى قَاعِدًا فَلَهُ نِصْفُ أَجْرِ الْقَائِمِ ، وَمَنْ صَلَّى نَائِمًا فَلَهُ نِصْفُ أَجْرِ الْقَاعِدِ » .

“Rəvayət edilir ki, babasil xəstəliyinə tutulan İmran ibn Husayn ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ oturaraq namaz qılan adam haqda soruşdum. O buyurdu: “Namazı ayaq üstə qılmaq daha fəzilətlidir. Kim oturaraq namaz qılarsa, ayaq üstə namaz qılanın savabının yarısını qazanır. Kim də uzanaraq namaz qılarsa, oturaraq namaz qılanın savabının yarısını qazanır”.”

İmran ibn Husayn
SəhihBuxari, 1115 (Qəsr, 36)

Fəsil 18

Oturaraq işarə ilə namaz qılmaq

باب صَلاَةِ الْقَاعِدِ بِالإِيمَاءِ

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ عَنْ عَبْدِ اللَّهِ بْنِ بُرَيْدَةَ أَنَّ عِمْرَانَ بْنَ حُصَيْنٍ - وَكَانَ رَجُلاً مَبْسُورًا - وَقَالَ أَبُو مَعْمَرٍ مَرَّةً عَنْ عِمْرَانَ قَالَ سَأَلْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ صَلاَةِ الرَّجُلِ وَهْوَ قَاعِدٌ فَقَالَ « مَنْ صَلَّى قَائِمًا فَهْوَ أَفْضَلُ ، وَمَنْ صَلَّى قَاعِدًا فَلَهُ نِصْفُ أَجْرِ الْقَائِمِ ، وَمَنْ صَلَّى نَائِمًا فَلَهُ نِصْفُ أَجْرِ الْقَاعِدِ » . قَالَ أَبُو عَبْدِ اللَّهِ نَائِمًا عِنْدِى مُضْطَجِعًا هَا هُنَا .

“Rəvayət edilir ki, babasil xəstəsi olan İmran ibn Husayn ﵁ demişdir: “Mən Peyğəmbərdən ﷺ oturaraq namaz qılan adam haqda soruşdum. O buyurdu: “Kim namazı ayaq üstə qılarsa, bu, daha fəzilətlidir. Kim namazı oturaraq qılarsa, ayaq üstə namaz qılanın savabının yarısını qazanır. Kim də namazı uzanaraq qılarsa, oturaraq namaz qılanın savabının yarısını qazanır”. Əbu Abdullah əl-Buxari ﵀ deyir: “Mənə görə “nə:imən” - “yatan” burada “mudtəciən” - “uzanan” mənasında işlənmişdir”.”

İmran ibn Husayn
SəhihBuxari, 1116 (Qəsr, 37)

Fəsil 19

Oturaq halda namaz qıla bilməyən kəs, onu uzanan yerdə qıla bilər

باب إِذَا لَمْ يُطِقْ قَاعِدًا صَلَّى عَلَى جَنْبٍ

وَقَالَ عَطَاءٌ إِنْ لَمْ يَقْدِرْ أَنْ يَتَحَوَّلَ إِلَى الْقِبْلَةِ صَلَّى حَيْثُ كَانَ وَجْهُهُ .

Əta ﵀ demişdir: “Qibləyə doğru yönəlməyə gücü çatmayan üzü hansı tərəfədirsə, o tərəfə namaz qılır”.

حَدَّثَنَا عَبْدَانُ عَنْ عَبْدِ اللَّهِ عَنْ إِبْرَاهِيمَ بْنِ طَهْمَانَ قَالَ حَدَّثَنِى الْحُسَيْنُ الْمُكْتِبُ عَنِ ابْنِ بُرَيْدَةَ عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَتْ بِى بَوَاسِيرُ فَسَأَلْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الصَّلاَةِ فَقَالَ « صَلِّ قَائِمًا ، فَإِنْ لَمْ تَسْتَطِعْ فَقَاعِدًا ، فَإِنْ لَمْ تَسْتَطِعْ فَعَلَى جَنْبٍ » .

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Mən babasil xəstəliyinə tutulmuşdum. Ona görə Peyğəmbərdən ﷺ bu vəziyyətdə namaz qılmaq haqda soruşdum. O buyurdu: “Namazı ayaqüstə qıl, bacarmırsansa oturan yerdə qıl, bunu da bacarmırsansa uzanan yerdə qıl”.”

İmran ibn Husayn
SəhihBuxari, 1117 (Qəsr, 38)

Fəsil 20

Kim halsız olduğuna görə oturduğu yerdə namaza başladıqdan sonra halının yaxşılaşdığını və ya yüngülləşdiyini hiss etsə, namazı ayaq üstə tamamlamalıdır

باب إِذَا صَلَّى قَاعِدًا ثُمَّ صَحَّ أَوْ وَجَدَ خِفَّةً تَمَّمَ مَا بَقِىَ

وَقَالَ الْحَسَنُ إِنْ شَاءَ الْمَرِيضُ صَلَّى رَكْعَتَيْنِ قَائِمًا وَرَكْعَتَيْنِ قَاعِدًا .

Həsən əl-Bəsri ﵀ demişdir: “Xəstə olan adam istəsə namazın iki rükətini ayaq üstə, iki rükətini də oturaraq qıla bilər”.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أُمِّ الْمُؤْمِنِينَ أَنَّهَا أَخْبَرَتْهُ أَنَّهَا لَمْ تَرَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى صَلاَةَ اللَّيْلِ قَاعِدًا قَطُّ حَتَّى أَسَنَّ ، فَكَانَ يَقْرَأُ قَاعِدًا حَتَّى إِذَا أَرَادَ أَنْ يَرْكَعَ قَامَ ، فَقَرَأَ نَحْوًا مِنْ ثَلاَثِينَ آيَةً أَوْ أَرْبَعِينَ آيَةً ، ثُمَّ رَكَعَ .

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ Allah Elçisinin ﷺ gecə namazını yaşlaşanadək oturduğu vəziyyətdə qıldığını görməmişdir. Yaşlandıqda isə o, oturmuş vəziyyətdə namaza başlayıb surələri oxuyar və ruku etmək istədikdə, ayağa qalxıb otuz və ya qırx ayə oxuduqdan sonra ruku edərdi.”

Aişə
SəhihBuxari, 1118 (Qəsr, 39)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ يَزِيدَ وَأَبِى النَّضْرِ مَوْلَى عُمَرَ بْنِ عُبَيْدِ اللَّهِ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى جَالِسًا فَيَقْرَأُ وَهْوَ جَالِسٌ ، فَإِذَا بَقِىَ مِنْ قِرَاءَتِهِ نَحْوٌ مِنْ ثَلاَثِينَ أَوْ أَرْبَعِينَ آيَةً قَامَ فَقَرَأَهَا وَهْوَ قَائِمٌ ، ثُمَّ يَرْكَعُ ثُمَّ يَسْجُدُ ، يَفْعَلُ فِى الرَّكْعَةِ الثَّانِيَةِ مِثْلَ ذَلِكَ ، فَإِذَا قَضَى صَلاَتَهُ نَظَرَ ، فَإِنْ كُنْتُ يَقْظَى تَحَدَّثَ مَعِى ، وَإِنْ كُنْتُ نَائِمَةً اضْطَجَعَ .

“Möminlərin anası Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ oturaraq namaz qılar, qiraəti də oturduğu halda edərdi. Qiraətindən otuz və ya qırx ayə qaldıqda ayağa qalxar, ayaq üstə həmin ayələri oxuyar, sonra ruku edər, sonra da səcdə edərdi. Sonra ikinci rükətdə birinci rükətdə etdiklərini eyni ilə təkrar edərdi, namazı bitirdikdən sonra (mənə tərəf) baxardı, mən oyaq olsaydım, mənimlə söhbət edər, yatmış olsaydım, o da uzanıb yatardı.”

Aişə
SəhihBuxari, 1119 (Qəsr, 40)