Namazı qısaltmaq kitabı

Səfərdə Məğrib və İşa namazlarını birləşdirən azan və ya iqamə verməlidirmi?

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى سَالِمٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَعْجَلَهُ السَّيْرُ فِى السَّفَرِ يُؤَخِّرُ صَلاَةَ الْمَغْرِبِ ، حَتَّى يَجْمَعَ بَيْنَهَا وَبَيْنَ الْعِشَاءِ . قَالَ سَالِمٌ وَكَانَ عَبْدُ اللَّهِ يَفْعَلُهُ إِذَا أَعْجَلَهُ السَّيْرُ ، وَيُقِيمُ الْمَغْرِبَ فَيُصَلِّيهَا ثَلاَثًا ، ثُمَّ يُسَلِّمُ ، ثُمَّ قَلَّمَا يَلْبَثُ حَتَّى يُقِيمَ الْعِشَاءَ ، فَيُصَلِّيهَا رَكْعَتَيْنِ ، ثُمَّ يُسَلِّمُ وَلاَ يُسَبِّحُ بَيْنَهَا بِرَكْعَةٍ ، وَلاَ بَعْدَ الْعِشَاءِ بِسَجْدَةٍ حَتَّى يَقُومَ مِنْ جَوْفِ اللَّيْلِ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ səfərdə tələsəndə Məğrib namazını gecikdirib İşa namazı ilə birləşdirdiyini gördüm”. Səlim deyir: “Abdullah ibn Ömər tələsəndə belə edərdi. O, Məğrib namazı üçün iqamə verər və namazı üç rükət qılar, sonra salam verərdi. Qısa müddətdən sonra iqamə verərək İşa namazını iki rükət qılar, sonra salam verərdi. Bu namazların arasında zikr etməz, İşa namazından sonra da gecənin dərinliklərinə qədər namaz qılmazdı”.”

Abdullah ibn Ömər
Səhih

İstinad

Buxari, 1109 (Qəsr, 30)

Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı