Oturaq halda namaz qılmaq
حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ عَنْ مَالِكٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّهَا قَالَتْ صَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَيْتِهِ وَهْوَ شَاكٍ ، فَصَلَّى جَالِسًا وَصَلَّى وَرَاءَهُ قَوْمٌ قِيَامًا ، فَأَشَارَ إِلَيْهِمْ أَنِ اجْلِسُوا ، فَلَمَّا انْصَرَفَ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا رَفَعَ فَارْفَعُوا » .
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələndiyi zamanı namazı öz evində oturmuş vəziyyətdə qıldı, arxasındakı camaat isə namazı ayaq üstə qıldı. Peyğəmbər ﷺ onlara əli ilə oturmaları üçün işarə etdi. Namazı qılıb qurtardıqdan sonra isə belə buyurdu: “İmam arxasında namaz qılanların ona tabe olmaları üçün təyin olunmuşdur. O, rukuya gedəndə siz də rukuya gedin, o, (başını) qaldıranda, siz də (başınızı) qaldırın”.”
İstinad
Buxari, 1113 (Qəsr, 34)
Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı