Namazı qısaltmaq kitabı

Oturaq halda namaz qılmaq

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ سَقَطَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ فَرَسٍ فَخُدِشَ - أَوْ فَجُحِشَ - شِقُّهُ الأَيْمَنُ ، فَدَخَلْنَا عَلَيْهِ نَعُودُهُ ، فَحَضَرَتِ الصَّلاَةُ فَصَلَّى قَاعِدًا فَصَلَّيْنَا قُعُودًا وَقَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا وَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا رَفَعَ فَارْفَعُوا ، وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَقُولُوا رَبَّنَا وَلَكَ الْحَمْدُ » .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ bir atdan yıxılıb sağ tərəfini əzmişdi. Biz onun yanına ona xəstəliyi səbəbi ilə ziyarr üçün qayıtdıqda namazın vaxtı girdi. O, oturaraq namaz qıldı, biz də namazı oturaraq qıldıqda buyurdu: “İmam ona tabe olunmaq üçün təyin edilmişdir. O, təkbir etdikdə siz də təkbir edin. O, rukuya getdikdə, siz də ruku edin. O, dikəldikdə siz də dikəlin. O, səcdə etdikdə siz də səcdə edin. O, “Səmi Allahu limən həmidəh” dedikdə siz “Rabbənə və ləkəl-həmd” deyin”.”

Ənəs
Səhih

İstinad

Buxari, 1114 (Qəsr, 35)

Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı