Namazı qısaltmaq kitabı

Günəşin batmağa meyl etməsindən sonra yola çıxdıqda Zöhr namazını qılmaq, sonra miniyə minmək

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا الْمُفَضَّلُ بْنُ فَضَالَةَ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا ارْتَحَلَ قَبْلَ أَنْ تَزِيغَ الشَّمْسُ أَخَّرَ الظُّهْرَ إِلَى وَقْتِ الْعَصْرِ ، ثُمَّ نَزَلَ فَجَمَعَ بَيْنَهُمَا ، فَإِنْ زَاغَتِ الشَّمْسُ قَبْلَ أَنْ يَرْتَحِلَ صَلَّى الظُّهْرَ ثُمَّ رَكِبَ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ günəş batmağa meyl etməzdən əvvəl yola çıxardısa Zöhr namazını Əsr vaxtına qədər təxirə salar, sonra miniyindən düşüb namazlarını birləşdirərək qılardı. Əgər yola çıxmazdan qabaq günəş batmağa meyl edərdisə, Zöhr namazını qılar, sonra miniyinə minərdi”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Buxari, 1112 (Qəsr, 33)

Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı