Namazı qısaltmaq kitabı

Günəşin batmağa meyl etməsindən qabaq yola çıxdıqda Zöhr namazını Əsr namazına qədər gecikdirmək

حَدَّثَنَا حَسَّانُ الْوَاسِطِىُّ قَالَ حَدَّثَنَا الْمُفَضَّلُ بْنُ فَضَالَةَ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا ارْتَحَلَ قَبْلَ أَنْ تَزِيغَ الشَّمْسُ أَخَّرَ الظُّهْرَ إِلَى وَقْتِ الْعَصْرِ ، ثُمَّ يَجْمَعُ بَيْنَهُمَا ، وَإِذَا زَاغَتْ صَلَّى الظُّهْرَ ثُمَّ رَكِبَ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ günəş batmağa meyl etməzdən əvvəl yola çıxardısa Zöhr namazını Əsr vaxtına qədər təxirə salar, sonra namazlarını birləşdirərək qılardı. Əgər günəş batmağa meyl etdikdən sonra yola çıxardısa, Zöhr namazını qılar, sonra miniyinə minərdi”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Buxari, 1111 (Qəsr, 32)

Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı