Namazı qısaltmaq haqda və səfərdə namazları hansı müddətə qədər qısaltmaq haqda nə rəvayət edilib?
حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ عَاصِمٍ وَحُصَيْنٍ عَنْ عِكْرِمَةَ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ أَقَامَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تِسْعَةَ عَشَرَ يَقْصُرُ ، فَنَحْنُ إِذَا سَافَرْنَا تِسْعَةَ عَشَرَ قَصَرْنَا ، وَإِنْ زِدْنَا أَتْمَمْنَا .
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ on doqquz gün səfərdə qaldı və bu əsnada namazları qısaltdı”. Biz də on doqquz gün səfərdə qaldıqda namazları qısaldar, bundan artıq qaldıqda isə tam qılardıq”.”
İbn Abbas
Səhihİstinad
Buxari, 1080 (Qəsr, 1)
Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı