Namazı qısaltmaq kitabı

Namazı qısaltmaq haqda və səfərdə namazları hansı müddətə qədər qısaltmaq haqda nə rəvayət edilib?

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ أَبِى إِسْحَاقَ قَالَ سَمِعْتُ أَنَسًا يَقُولُ خَرَجْنَا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْمَدِينَةِ إِلَى مَكَّةَ ، فَكَانَ يُصَلِّى رَكْعَتَيْنِ رَكْعَتَيْنِ حَتَّى رَجَعْنَا إِلَى الْمَدِينَةِ . قُلْتُ أَقَمْتُمْ بِمَكَّةَ شَيْئًا قَالَ أَقَمْنَا بِهَا عَشْرًا .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə Mədinədən Məkkəyə yola düşdük. Peyğəmbər ﷺ Mədinəyə qayıdana qədər namazları iki rükət-iki rükət qıldı”. (Ravi Yəhya ibn İshaq deyir): “Mən Ənəsdən soruşdum: “Siz Məkkədə nə qədər qaldınız?” O dedi: “Biz orada on gün qaldıq”.”

Ənəs
Səhih

İstinad

Buxari, 1081 (Qəsr, 2)

Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı