Namazı qısaltmaq kitabı

Fərz namazlarını minikdən düşüb yerdə qılmaq

وَقَالَ اللَّيْثُ حَدَّثَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ قَالَ سَالِمٌ كَانَ عَبْدُ اللَّهِ يُصَلِّى عَلَى دَابَّتِهِ مِنَ اللَّيْلِ وَهْوَ مُسَافِرٌ ، مَا يُبَالِى حَيْثُ مَا كَانَ وَجْهُهُ . قَالَ ابْنُ عُمَرَ وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُسَبِّحُ عَلَى الرَّاحِلَةِ قِبَلَ أَىِّ وَجْهٍ تَوَجَّهَ ، وَيُوتِرُ عَلَيْهَا ، غَيْرَ أَنَّهُ لاَ يُصَلِّى عَلَيْهَا الْمَكْتُوبَةَ .

“Rəvayət edilir ki, Səlim ﵀ demişdir: “Abdullah ibn Ömər səfərdə olarkən gecə vaxtı namazını miniyinin üzərində qılar və miniyinin hansı istiqamətə getdiyinə əhəmiyyət verməzdi”. İbn Ömər demişdir: “Allah Elçisi ﷺ miniyinin üzərində hansı tərəfə gedirsə-getsin namaz qılar, Vitr namazını da bu şəkildə yerinə yetirərdi. Lakin fərz namazlarını minikdə qılmazdı”.”

Səlim
Səhih

İstinad

Buxari, 1098 (Qəsr, 19)

Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı