Fərz namazlarını minikdən düşüb yerdə qılmaq
حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَامِرِ بْنِ رَبِيعَةَ أَنَّ عَامِرَ بْنَ رَبِيعَةَ أَخْبَرَهُ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ عَلَى الرَّاحِلَةِ يُسَبِّحُ ، يُومِئُ بِرَأْسِهِ قِبَلَ أَىِّ وَجْهٍ تَوَجَّهَ ، وَلَمْ يَكُنْ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ ذَلِكَ فِى الصَّلاَةِ الْمَكْتُوبَةِ .
“Rəvayət edilir ki, Amir ibn Rabia ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ minik üzərində miniyin getdiyi istiqamətə tərəf üz tutub nafilə namazlarını qıldığını görmüşəm. Allah Elçisi ﷺ fərz namazlarını minikdə qılmazdı”.”
İstinad
Buxari, 1097 (Qəsr, 18)
Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı