Oturaraq işarə ilə namaz qılmaq
حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ عَنْ عَبْدِ اللَّهِ بْنِ بُرَيْدَةَ أَنَّ عِمْرَانَ بْنَ حُصَيْنٍ - وَكَانَ رَجُلاً مَبْسُورًا - وَقَالَ أَبُو مَعْمَرٍ مَرَّةً عَنْ عِمْرَانَ قَالَ سَأَلْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ صَلاَةِ الرَّجُلِ وَهْوَ قَاعِدٌ فَقَالَ « مَنْ صَلَّى قَائِمًا فَهْوَ أَفْضَلُ ، وَمَنْ صَلَّى قَاعِدًا فَلَهُ نِصْفُ أَجْرِ الْقَائِمِ ، وَمَنْ صَلَّى نَائِمًا فَلَهُ نِصْفُ أَجْرِ الْقَاعِدِ » . قَالَ أَبُو عَبْدِ اللَّهِ نَائِمًا عِنْدِى مُضْطَجِعًا هَا هُنَا .
“Rəvayət edilir ki, babasil xəstəsi olan İmran ibn Husayn ﵁ demişdir: “Mən Peyğəmbərdən ﷺ oturaraq namaz qılan adam haqda soruşdum. O buyurdu: “Kim namazı ayaq üstə qılarsa, bu, daha fəzilətlidir. Kim namazı oturaraq qılarsa, ayaq üstə namaz qılanın savabının yarısını qazanır. Kim də namazı uzanaraq qılarsa, oturaraq namaz qılanın savabının yarısını qazanır”. Əbu Abdullah əl-Buxari ﵀ deyir: “Mənə görə “nə:imən” - “yatan” burada “mudtəciən” - “uzanan” mənasında işlənmişdir”.”
İstinad
Buxari, 1116 (Qəsr, 37)
Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı