Namazı qısaltmaq kitabı

Oturaq halda namaz qıla bilməyən kəs, onu uzanan yerdə qıla bilər

حَدَّثَنَا عَبْدَانُ عَنْ عَبْدِ اللَّهِ عَنْ إِبْرَاهِيمَ بْنِ طَهْمَانَ قَالَ حَدَّثَنِى الْحُسَيْنُ الْمُكْتِبُ عَنِ ابْنِ بُرَيْدَةَ عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَتْ بِى بَوَاسِيرُ فَسَأَلْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الصَّلاَةِ فَقَالَ « صَلِّ قَائِمًا ، فَإِنْ لَمْ تَسْتَطِعْ فَقَاعِدًا ، فَإِنْ لَمْ تَسْتَطِعْ فَعَلَى جَنْبٍ » .

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Mən babasil xəstəliyinə tutulmuşdum. Ona görə Peyğəmbərdən ﷺ bu vəziyyətdə namaz qılmaq haqda soruşdum. O buyurdu: “Namazı ayaqüstə qıl, bacarmırsansa oturan yerdə qıl, bunu da bacarmırsansa uzanan yerdə qıl”.”

İmran ibn Husayn
Səhih

İstinad

Buxari, 1117 (Qəsr, 38)

Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı