Namazı qısaltmaq kitabı

Kim halsız olduğuna görə oturduğu yerdə namaza başladıqdan sonra halının yaxşılaşdığını və ya yüngülləşdiyini hiss etsə, namazı ayaq üstə tamamlamalıdır

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أُمِّ الْمُؤْمِنِينَ أَنَّهَا أَخْبَرَتْهُ أَنَّهَا لَمْ تَرَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى صَلاَةَ اللَّيْلِ قَاعِدًا قَطُّ حَتَّى أَسَنَّ ، فَكَانَ يَقْرَأُ قَاعِدًا حَتَّى إِذَا أَرَادَ أَنْ يَرْكَعَ قَامَ ، فَقَرَأَ نَحْوًا مِنْ ثَلاَثِينَ آيَةً أَوْ أَرْبَعِينَ آيَةً ، ثُمَّ رَكَعَ .

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ Allah Elçisinin ﷺ gecə namazını yaşlaşanadək oturduğu vəziyyətdə qıldığını görməmişdir. Yaşlandıqda isə o, oturmuş vəziyyətdə namaza başlayıb surələri oxuyar və ruku etmək istədikdə, ayağa qalxıb otuz və ya qırx ayə oxuduqdan sonra ruku edərdi.”

Aişə
Səhih

İstinad

Buxari, 1118 (Qəsr, 39)

Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı