Kim halsız olduğuna görə oturduğu yerdə namaza başladıqdan sonra halının yaxşılaşdığını və ya yüngülləşdiyini hiss etsə, namazı ayaq üstə tamamlamalıdır
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ يَزِيدَ وَأَبِى النَّضْرِ مَوْلَى عُمَرَ بْنِ عُبَيْدِ اللَّهِ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى جَالِسًا فَيَقْرَأُ وَهْوَ جَالِسٌ ، فَإِذَا بَقِىَ مِنْ قِرَاءَتِهِ نَحْوٌ مِنْ ثَلاَثِينَ أَوْ أَرْبَعِينَ آيَةً قَامَ فَقَرَأَهَا وَهْوَ قَائِمٌ ، ثُمَّ يَرْكَعُ ثُمَّ يَسْجُدُ ، يَفْعَلُ فِى الرَّكْعَةِ الثَّانِيَةِ مِثْلَ ذَلِكَ ، فَإِذَا قَضَى صَلاَتَهُ نَظَرَ ، فَإِنْ كُنْتُ يَقْظَى تَحَدَّثَ مَعِى ، وَإِنْ كُنْتُ نَائِمَةً اضْطَجَعَ .
“Möminlərin anası Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ oturaraq namaz qılar, qiraəti də oturduğu halda edərdi. Qiraətindən otuz və ya qırx ayə qaldıqda ayağa qalxar, ayaq üstə həmin ayələri oxuyar, sonra ruku edər, sonra da səcdə edərdi. Sonra ikinci rükətdə birinci rükətdə etdiklərini eyni ilə təkrar edərdi, namazı bitirdikdən sonra (mənə tərəf) baxardı, mən oyaq olsaydım, mənimlə söhbət edər, yatmış olsaydım, o da uzanıb yatardı.”
İstinad
Buxari, 1119 (Qəsr, 40)
Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı