Namazı qısaltmaq kitabı

Səfərdə Məğrib namazı üç rükət qılınmalıdır

وَزَادَ اللَّيْثُ قَالَ حَدَّثَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ سَالِمٌ كَانَ ابْنُ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا يَجْمَعُ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ بِالْمُزْدَلِفَةِ . قَالَ سَالِمٌ وَأَخَّرَ ابْنُ عُمَرَ الْمَغْرِبَ ، وَكَانَ اسْتُصْرِخَ عَلَى امْرَأَتِهِ صَفِيَّةَ بِنْتِ أَبِى عُبَيْدٍ فَقُلْتُ لَهُ الصَّلاَةُ . فَقَالَ سِرْ . فَقُلْتُ الصَّلاَةُ . فَقَالَ سِرْ . حَتَّى سَارَ مِيلَيْنِ أَوْ ثَلاَثَةً ثُمَّ نَزَلَ فَصَلَّى ثُمَّ قَالَ هَكَذَا رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى إِذَا أَعْجَلَهُ السَّيْرُ . وَقَالَ عَبْدُ اللَّهِ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَعْجَلَهُ السَّيْرُ يُؤَخِّرُ الْمَغْرِبَ ، فَيُصَلِّيهَا ثَلاَثًا ثُمَّ يُسَلِّمُ ، ثُمَّ قَلَّمَا يَلْبَثُ حَتَّى يُقِيمَ الْعِشَاءَ فَيُصَلِّيَهَا رَكْعَتَيْنِ ثُمَّ يُسَلِّمُ ، وَلاَ يُسَبِّحُ بَعْدَ الْعِشَاءِ حَتَّى يَقُومَ مِنْ جَوْفِ اللَّيْلِ .

“Rəvayət edilir ki, Səlim ﵀ demişdir: “İbn Ömər ﵄ Müzdəlifədə Məğrib ilə İşa namazını birləşdirib qıldı”. Səlim deyir: “Məğrib namazını gecikdirdi. İbn Ömərin zövcəsi Safiyyə bint Əbu Ubeydin ölüm xəbəri ona çatdıqda, mən ona namazı xatırlatdım. Məni: “Get irəli!” dedi. Mən yenə: “Namaz!” dedim. Mənə yenə: “İrəli get!” dedi. İki və ya üç mil getdikdən sonra miniyindən düşdü və namazlarını qıldı. Sonra dedi: “Mən Peyğəmbərin ﷺ tələsik bir işi olduqda belə etdiyini görmüşəm”. Abdullah demişdir: “Peyğəmbər ﷺ (səfərdə) tələsik bir işi olduqda Məğrib namazını gecikdirər, sonra da onu üç rükət qılıb salam verərdi, sonra o, İşa namazını qılanadək bir qədər gözləyər və qalxıb bu namazı iki rükət qılıb salam verərdi. Peyğəmbər ﷺ İşa namazını qıldıqdan sonra gecə yarısı namaza duranadək namaz qılmazdı”.”

Səlim
Səhih

İstinad

Buxari, 1092 (Qəsr, 13)

Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı