Namazı qısaltmaq kitabı

Minada qılınan namazlar

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ عَنِ الأَعْمَشِ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ قَالَ سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ يَزِيدَ يَقُولُ صَلَّى بِنَا عُثْمَانُ بْنُ عَفَّانَ رَضِيَ اللَّهُ عَنْهُ بِمِنًى أَرْبَعَ رَكَعَاتٍ ، فَقِيلَ ذَلِكَ لِعَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ فَاسْتَرْجَعَ ثُمَّ قَالَ صَلَّيْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِمِنًى رَكْعَتَيْنِ ، وَصَلَّيْتُ مَعَ أَبِى بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ بِمِنًى رَكْعَتَيْنِ ، وَصَلَّيْتُ مَعَ عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ بِمِنًى رَكْعَتَيْنِ ، فَلَيْتَ حَظِّى مِنْ أَرْبَعِ رَكَعَاتٍ رَكْعَتَانِ مُتَقَبَّلَتَانِ .

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Yəzid ﵀ demişdir: “Osman ibn Əffan ﵁ Minada bizə dörd rükət namaz qıldırdı”. Bunu Abdullah ibn Məsuda ﵁ dedikdə, o təəccüb edib: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”- dedikdən sonra buyurdu: “Mən Peyğəmbərlə ﷺ birlikdə Minada iki rükət namaz qılmışam, Əbu Bəkrlə ﵁ birlikdə Minada iki rükət namaz qılmışam, Ömər ibn əl-Xattabla ﵁ birlikdə Minada iki rükət namaz qılmışam. Dörd rükət qılmaqdansa, qəbul ounmuş iki rükət namaz qılmaq mənim üçün daha xoşdur”.”

Abdur-Rahmən ibn Yəzid
Səhih

İstinad

Buxari, 1084 (Qəsr, 5)

Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı