Namazı qısaltmaq kitabı

Peyğəmbər ﷺ Həcc etdikdə Məkkədə nə qədər qaldı?

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا وُهَيْبٌ قَالَ حَدَّثَنَا أَيُّوبُ عَنْ أَبِى الْعَالِيَةِ الْبَرَّاءِ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ قَدِمَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَصْحَابُهُ لِصُبْحِ رَابِعَةٍ يُلَبُّونَ بِالْحَجِّ ، فَأَمَرَهُمْ أَنْ يَجْعَلُوهَا عُمْرَةً إِلاَّ مَنْ مَعَهُ الْهَدْىُ . تَابَعَهُ عَطَاءٌ عَنْ جَابِرٍ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ və səhabələri təlbiyə edərək Zil-Hiccə ayının dördüncü gününün səhəri (Həcc etmək üçün Məkkəyə) gəldilər. Peyğəmbər ﷺ qurbanlıq heyvanlarını gətirənlərdən başqa hamının Həclərini Ümrəyə çevirmələrini əmr etdi”.”

İbn Abbas
Səhih

İstinad

Buxari, 1085 (Qəsr, 6)

Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı