Səfərdə vacib namazların vaxtlarından başqa vaxtlarda nafilə namazı qılan
حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَمْرٍو عَنِ ابْنِ أَبِى لَيْلَى قَالَ مَا أَنْبَأَ أَحَدٌ أَنَّهُ رَأَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الضُّحَى غَيْرُ أُمِّ هَانِئٍ ذَكَرَتْ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ فَتْحِ مَكَّةَ اغْتَسَلَ فِى بَيْتِهَا ، فَصَلَّى ثَمَانِ رَكَعَاتٍ ، فَمَا رَأَيْتُهُ صَلَّى صَلاَةً أَخَفَّ مِنْهَا ، غَيْرَ أَنَّهُ يُتِمُّ الرُّكُوعَ وَالسُّجُودَ .
“Rəvayət edilir ki, İbn Əbu Leyla ﵀ demişdir: “Bizə Ummu Hanidən başqa heç kim Peyğəmbərin ﷺ Duha namazını qıldığını xəbər verməmişdir. O, Peyğəmbər ﷺ Məkkənin Fəthi günü evində qüsl alıb səkkiz rükət namaz qıldığını rəvayət edərək dedi: “Peyğəmbərin ﷺ rukularını və səcdələrini tamamlayaraq bu namazdan daha yüngül namaz qıldığını görmədim”.”
İstinad
Buxari, 1103 (Qəsr, 24)
Səhih əl-Buxari — Namazı qısaltmaq kitabı