Xəstənin gecə namazı qılmaması
حَدَّثَنَا مُحَمَّدُ بْنُ كَثِيرٍ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنِ الأَسْوَدِ بْنِ قَيْسٍ عَنْ جُنْدَبِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ احْتَبَسَ جِبْرِيلُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتِ امْرَأَةٌ مِنْ قُرَيْشٍ أَبْطَأَ عَلَيْهِ شَيْطَانُهُ . فَنَزَلَتْ { وَالضُّحَى * وَاللَّيْلِ إِذَا سَجَى * مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى } .
“Rəvayət edilir ki, Cundəb ibn Abdullah ﵁ demişdir: “Cəbrail bir müddət Peyğəmbərin ﷺ yanına gəlmədi. Qureyşdən olan bir qadın da: “Onun şeytanı gecikir” dedi və bu ayə nazil oldu: “And olsun səhərə! And olsun sakitləşən gecəyə! Rəbbin nə səni tərk etdi, nə də sənə acığı tutdu”. (əd-Duha, 1-3)”.”
İstinad
Buxari, 1125 (Təhəccüd, 6)
Səhih əl-Buxari — Təhəccüd kitabı