Səhih əl-BuxariTəhəccüd kitabı

Kitab 19

Təhəccüd kitabı

كِتَابُ التَّهَجُّدِ

68

hədis

Fəsil 1

Gecə vaxtı oyanıb əlavə namaz qılmaq

باب التَّهَجُّدِ بِاللَّيْلِ

وَقَوْلِهِ عَزَّ وَجَلَّ { وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ } .

Və Uca Allahın bu kəlamı: “Gecənin bir vaxtı oyanıb, sənə nafilə olaraq buyurulmuş təhəccüd namazını qıl...” (əl-İsra, 79).

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ أَبِى مُسْلِمٍ عَنْ طَاوُسٍ سَمِعَ ابْنَ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنَ اللَّيْلِ يَتَهَجَّدُ قَالَ « اللَّهُمَّ لَكَ الْحَمْدُ أَنْتَ قَيِّمُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ وَلَكَ الْحَمْدُ ، لَكَ مُلْكُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ ، وَلَكَ الْحَمْدُ أَنْتَ نُورُ السَّمَوَاتِ وَالأَرْضِ ، وَلَكَ الْحَمْدُ أَنْتَ الْحَقُّ ، وَوَعْدُكَ الْحَقُّ ، وَلِقَاؤُكَ حَقٌّ ، وَقَوْلُكَ حَقٌّ ، وَالْجَنَّةُ حَقٌّ ، وَالنَّارُ حَقٌّ ، وَالنَّبِيُّونَ حَقٌّ ، وَمُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَقٌّ ، وَالسَّاعَةُ حَقٌّ ، اللَّهُمَّ لَكَ أَسْلَمْتُ ، وَبِكَ آمَنْتُ وَعَلَيْكَ تَوَكَّلْتُ ، وَإِلَيْكَ أَنَبْتُ ، وَبِكَ خَاصَمْتُ ، وَإِلَيْكَ حَاكَمْتُ ، فَاغْفِرْ لِى مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ ، أَنْتَ الْمُقَدِّمُ وَأَنْتَ الْمُؤَخِّرُ ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ - أَوْ لاَ إِلَهَ غَيْرُكَ - » . قَالَ سُفْيَانُ وَزَادَ عَبْدُ الْكَرِيمِ أَبُو أُمَيَّةَ « وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ » . قَالَ سُفْيَانُ قَالَ سُلَيْمَانُ بْنُ أَبِى مُسْلِمٍ سَمِعَهُ مِنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ gecə oyanaraq nafilə namazı qıldıqda belə deyərdi: “Allahım, həmd yalnız Sənədir. Sən göylərin, yerin və onlarda olanların Hamisisən. Həmd yalnız Sənədir. Göylərin, yerin və onlarda olanların səltənəti Sənə məxsusdur. Həmd yalnız Sənədir. Sən göylərin, yerin və onlarda olanların nurusan. Həmd yalnız Sənədir. Sən göylərin və yerin Hökmdarısan. Həmd yalnız Sənədir. Sən Haqsan, verdiyin vəd haqdır, Sənə qovuşmaq haqdır. Dediyin söz haqdır, Cənnət haqdır, Cəhənnəm haqdır. Peyğəmbərlər haqdır. Muhəmməd ﷺ haqdır. (Qiyamət) Saatı haqdır. Allahım! Sənə təslim oldum, Sənə iman gətirdim, Sənə təvəkkül etdim, tövbə edib Sənə döndüm, Sənin uğrunda mübarizə apardım və Sənin hökmünə üz tutdum. Əvvəl etdiyim, sonra edəcəyim, gizlin saxladığım və üzə çıxartdığım (pis) əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən. İbadətə layiq olan məbud yalnız Sənsən (və ya Səndən başqa ibadətə layiq olan məbud yoxdur)”. Ravi Abdul-Kərim Əbu Umeyyə “Güc və qüvvət yalnız Allahdadır” kəlməsini əlavə etdi”.”

İbn Abbas
SəhihBuxari, 1120 (Təhəccüd, 1)

Fəsil 2

Gecə namazının fəziləti

باب فَضْلِ قِيَامِ اللَّيْلِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ أَخْبَرَنَا مَعْمَرٌ . وَحَدَّثَنِى مَحْمُودٌ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنْ سَالِمٍ عَنْ أَبِيهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَ الرَّجُلُ فِى حَيَاةِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا رَأَى رُؤْيَا قَصَّهَا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَتَمَنَّيْتُ أَنْ أَرَى رُؤْيَا فَأَقُصَّهَا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَكُنْتُ غُلاَمًا شَابًّا ، وَكُنْتُ أَنَامُ فِى الْمَسْجِدِ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَرَأَيْتُ فِى النَّوْمِ كَأَنَّ مَلَكَيْنِ أَخَذَانِى فَذَهَبَا بِى إِلَى النَّارِ فَإِذَا هِىَ مَطْوِيَّةٌ كَطَىِّ الْبِئْرِ ، وَإِذَا لَهَا قَرْنَانِ ، وَإِذَا فِيهَا أُنَاسٌ قَدْ عَرَفْتُهُمْ فَجَعَلْتُ أَقُولُ أَعُوذُ بِاللَّهِ مِنَ النَّارِ - قَالَ - فَلَقِيَنَا مَلَكٌ آخَرُ فَقَالَ لِى لَمْ تُرَعْ .

“Rəvayət edilir ki, Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Peyğəmbərin ﷺ sağlığında yuxu görən onu Allah Elçisinə ﷺ danışardı. Mən də istəyirdim ki, bir yuxu görüm və onu Allah Elçisinə ﷺ danışım. Allah Elçisinin ﷺ dövründə mən məsciddə yatırdım, özüm də cavan oğlan idim. Bir dəfə mən yuxuda iki mələyin məni tutub Cəhənnəmə tərəf apardıqlarını gördüm. Baxdım ki, Cəhənnəmin ətrafı (daşdan tikilmiş) su quyusu kimi hörülmüşdür. Bununla yanaşı onun iki dirəyi də var idi. Birdən mən onun içində tanıdığım adamları gördüm və: “Cəhənnəm odundan Allaha sığınıram!”– deməyə başladım. Bu vaxt qarşımıza bir mələk çıxıb mənə: “Qorxma!”– dedi...”

Səlim atasından
SəhihBuxari, 1121 (Təhəccüd, 2)

فَقَصَصْتُهَا عَلَى حَفْصَةَ فَقَصَّتْهَا حَفْصَةُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « نِعْمَ الرَّجُلُ عَبْدُ اللَّهِ ، لَوْ كَانَ يُصَلِّى مِنَ اللَّيْلِ » . فَكَانَ بَعْدُ لاَ يَنَامُ مِنَ اللَّيْلِ إِلاَّ قَلِيلاً .

“Mən bu yuxunu Həfsaya danışdım, Həfsa da onu Allah Elçisinə ﷺ danışdı. Peyğəmbər buyurdu: “Nə gözəl insandır Abdullah! Kaş ki, gecələr namaz qılaydı”. Səlim ibn Abdullah deyir ki, bundan sonra o, gecələr çox az yatardı.”

Səlim atasından
SəhihBuxari, 1122 (Təhəccüd, 3)

Fəsil 3

Gecə namazında səcdələri uzun etmək

باب طُولِ السُّجُودِ فِى قِيَامِ اللَّيْلِ

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُرْوَةُ أَنَّ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَخْبَرَتْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى إِحْدَى عَشْرَةَ رَكْعَةً ، كَانَتْ تِلْكَ صَلاَتَهُ ، يَسْجُدُ السَّجْدَةَ مِنْ ذَلِكَ قَدْرَ مَا يَقْرَأُ أَحَدُكُمْ خَمْسِينَ آيَةً قَبْلَ أَنْ يَرْفَعَ رَأْسَهُ ، وَيَرْكَعُ رَكْعَتَيْنِ قَبْلَ صَلاَةِ الْفَجْرِ ، ثُمَّ يَضْطَجِعُ عَلَى شِقِّهِ الأَيْمَنِ حَتَّى يَأْتِيَهُ الْمُنَادِى لِلصَّلاَةِ .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ gecə namazını on bir rükət qılardı, bu namazlarda qıldığı hər bir səcdəni o qədər uzadardı ki, həmin vaxt ərzində sizin hər biriniz əlli ayə oxuya bilərdi və yalnız bundan sonra başını səcdədən qaldırardı. Həmçinin Sübh namazından əvvəl iki rükət namaz qılar və müəzzin gəlib onu namaza çağıranadək sağ böyrü üstə uzanardı.”

Aişə
SəhihBuxari, 1123 (Təhəccüd, 4)

Fəsil 4

Xəstənin gecə namazı qılmaması

باب تَرْكِ الْقِيَامِ لِلْمَرِيضِ

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنِ الأَسْوَدِ قَالَ سَمِعْتُ جُنْدَبًا يَقُولُ اشْتَكَى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمْ يَقُمْ لَيْلَةً أَوْ لَيْلَتَيْنِ .

“Rəvayət edilir ki, Cundəb ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ xəstələndi və buna görə də bir və ya iki gecə namaza durmadı”.”

Cundəb
SəhihBuxari, 1124 (Təhəccüd, 5)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ كَثِيرٍ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنِ الأَسْوَدِ بْنِ قَيْسٍ عَنْ جُنْدَبِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ احْتَبَسَ جِبْرِيلُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتِ امْرَأَةٌ مِنْ قُرَيْشٍ أَبْطَأَ عَلَيْهِ شَيْطَانُهُ . فَنَزَلَتْ { وَالضُّحَى * وَاللَّيْلِ إِذَا سَجَى * مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى } .

“Rəvayət edilir ki, Cundəb ibn Abdullah ﵁ demişdir: “Cəbrail bir müddət Peyğəmbərin ﷺ yanına gəlmədi. Qureyşdən olan bir qadın da: “Onun şeytanı gecikir” dedi və bu ayə nazil oldu: “And olsun səhərə! And olsun sakitləşən gecəyə! Rəbbin nə səni tərk etdi, nə də sənə acığı tutdu”. (əd-Duha, 1-3)”.”

Cundəb ibn Abdullah
SəhihBuxari, 1125 (Təhəccüd, 6)

Fəsil 5

Peyğəmbərin ﷺ gecə namazını və digər nafilə namazlarını qılmağa təşviq etməsi, lakin vacib buyurmaması

باب تَحْرِيضِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى صَلاَةِ اللَّيْلِ وَالنَّوَافِلِ مِنْ غَيْرِ إِيجَابٍ

وَطَرَقَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَاطِمَةَ وَعَلِيًّا - عليهما السلام - لَيْلَةً لِلصَّلاَةِ .

Peyğəmbər ﷺ Fatiməni və Əlini ﵇ gecə namazına təşviq etmək üçün yanlarına getmişdir.

حَدَّثَنَا ابْنُ مُقَاتِلٍ أَخْبَرَنَا عَبْدُ اللَّهِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنْ هِنْدٍ بِنْتِ الْحَارِثِ عَنْ أُمِّ سَلَمَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ اسْتَيْقَظَ لَيْلَةً فَقَالَ « سُبْحَانَ اللَّهِ مَاذَا أُنْزِلَ اللَّيْلَةَ مِنَ الْفِتْنَةِ ، مَاذَا أُنْزِلَ مِنَ الْخَزَائِنِ مَنْ يُوقِظُ صَوَاحِبَ الْحُجُرَاتِ ، يَا رُبَّ كَاسِيَةٍ فِى الدُّنْيَا عَارِيَةٍ فِى الآخِرَةِ » .

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Bir gecə Peyğəmbər ﷺ oyanıb belə buyurdu: “Subhən-Allah! Bu gecə necə fitnələr nazil oldu, necə xəzinələr endirildi! Hücrələrin sahiblərini kim oyadacaq? Bu dünyada əynində paltarı olan neçə-neçə qadınlar var ki, Axirətdə lüt olacaqlar”.”

Ummu Sələmə
SəhihBuxari, 1126 (Təhəccüd, 7)

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عَلِىُّ بْنُ حُسَيْنٍ أَنَّ حُسَيْنَ بْنَ عَلِىٍّ أَخْبَرَهُ أَنَّ عَلِىَّ بْنَ أَبِى طَالِبٍ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ طَرَقَهُ وَفَاطِمَةَ بِنْتَ النَّبِىِّ - عَلَيْهِ السَّلاَمُ - لَيْلَةً فَقَالَ « أَلاَ تُصَلِّيَانِ » . فَقُلْتُ يَا رَسُولَ اللَّهِ ، أَنْفُسُنَا بِيَدِ اللَّهِ ، فَإِذَا شَاءَ أَنْ يَبْعَثَنَا بَعَثَنَا . فَانْصَرَفَ حِينَ قُلْنَا ذَلِكَ وَلَمْ يَرْجِعْ إِلَىَّ شَيْئًا . ثُمَّ سَمِعْتُهُ وَهْوَ مُوَلٍّ يَضْرِبُ فَخِذَهُ وَهْوَ يَقُولُ « { وَكَانَ الإِنْسَانُ أَكْثَرَ شَىْءٍ جَدَلاً } » .

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Bir dəfə gecə Allah Elçisi ﷺ mənim və Peyğəmbərin ﷺ qızı Fatimənin yanına gəlib dedi: “Siz namaz qılmırsınızmı?” Mən dedim: “Ey Allahın Elçisi, bizim canımız Allahın Əlindədir. Əgər bizi oyatmaq istəsə, oyadar”. Belə deyəndə o mənə heç nə deməyib çıxıb getdi. Sonra mən onun dönüb gedərkən ombasına vura-vura belə dediyini eşitdim: “İnsan necə də çox mübahisə edərmiş!” (əl-Kəhf, 54)”.”

Əli ibn Əbu Talib
SəhihBuxari, 1127 (Təhəccüd, 8)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ إِنْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَيَدَعُ الْعَمَلَ وَهْوَ يُحِبُّ أَنْ يَعْمَلَ بِهِ خَشْيَةَ أَنْ يَعْمَلَ بِهِ النَّاسُ فَيُفْرَضَ عَلَيْهِمْ ، وَمَا سَبَّحَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُبْحَةَ الضُّحَى قَطُّ ، وَإِنِّى لأُسَبِّحُهَا .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ yerinə yetirmək istədiyi elə əməllər var idi ki, o, insanların bu əməlləri yerinə yetirdikdən sonra bunun onlara da vacib buyurulacağından ehtiyat etdiyindən həmin əməlləri tərk edərdi. Allah Elçisi ﷺ heç vaxt Duha namazını qılmamışdır, mən isə bu namazı qılıram”.”

Aişə
SəhihBuxari, 1128 (Təhəccüd, 9)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى ذَاتَ لَيْلَةٍ فِى الْمَسْجِدِ فَصَلَّى بِصَلاَتِهِ نَاسٌ ، ثُمَّ صَلَّى مِنَ الْقَابِلَةِ فَكَثُرَ النَّاسُ ، ثُمَّ اجْتَمَعُوا مِنَ اللَّيْلَةِ الثَّالِثَةِ أَوِ الرَّابِعَةِ ، فَلَمْ يَخْرُجْ إِلَيْهِمْ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا أَصْبَحَ قَالَ « قَدْ رَأَيْتُ الَّذِى صَنَعْتُمْ وَلَمْ يَمْنَعْنِى مِنَ الْخُرُوجِ إِلَيْكُمْ إِلاَّ أَنِّى خَشِيتُ أَنْ تُفْرَضَ عَلَيْكُمْ » ، وَذَلِكَ فِى رَمَضَانَ . « إِنِّى خَشِيتُ أَنْ تُكْتَبَ عَلَيْكُمْ صَلاَةُ اللَّيْلِ » .

“Möminlərin anası Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ bir gecə məsciddə namaz qıldı, camaat da namaz qıldı. Növbəti gecə o yenə namaza durdu və camaat da ona qoşulub namaz qılmağa başladı. Bu hal üç və ya dörd gecə davam etdi. Sonra isə vaxt yetişdikdə o, camaatın yanına çıxmadı və səhər olduqda belə buyurdu: “Etdiyinizi gördüm, lakin mənim sizin yanınıza çıxmağıma mane olan səbəb, bu namazın sizin üzərinizə vacib olunmasından qorxmağım idi”. Bu, Ramazan ayında olmuşdur”.”

Aişə
SəhihBuxari, 1129 (Təhəccüd, 10)

Fəsil 6

Peyğəmbər ﷺ ayaqları şişənə qədər gecə namazında durardı

باب قِيَامِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى تَرِمَ قَدَمَاهُ

وَقَالَتْ عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا حَتَّى تَفَطَّرَ قَدَمَاهُ . وَالْفُطُورُ الشُّقُوقُ ، { انْفَطَرَتْ } انْشَقَّتْ .

Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ ayaqları şişənə qədər (namazda) durardı”.

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا مِسْعَرٌ عَنْ زِيَادٍ قَالَ سَمِعْتُ الْمُغِيرَةَ رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ إِنْ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَيَقُومُ لِيُصَلِّىَ حَتَّى تَرِمُ قَدَمَاهُ أَوْ سَاقَاهُ ، فَيُقَالُ لَهُ فَيَقُولُ « أَفَلاَ أَكُونُ عَبْدًا شَكُورًا » .

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Peyğəmbər ﷺ gecə namazlarını qılarkən ayaqları və ya baldırları şişənə qədər ayaq üstə durardı. Ona (nə üçün özünə bu qədər əziyyət verirsən) deyildikdə belə buyurardı: “Bəs mən şükür edən bir qul olmayımmı?!””

Muğira
SəhihBuxari, 1130 (Təhəccüd, 11)

Fəsil 7

Gecənin axırında yatan

باب مَنْ نَامَ عِنْدَ السَّحَرِ

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا عَمْرُو بْنُ دِينَارٍ أَنَّ عَمْرَو بْنَ أَوْسٍ أَخْبَرَهُ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عَمْرِو بْنِ الْعَاصِ رَضِىَ اللهُ عَنْهُمَا أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَهُ « أَحَبُّ الصَّلاَةِ إِلَى اللَّهِ صَلاَةُ دَاوُدَ - عَلَيْهِ السَّلاَمُ - وَأَحَبُّ الصِّيَامِ إِلَى اللَّهِ صِيَامُ دَاوُدَ ، وَكَانَ يَنَامُ نِصْفَ اللَّيْلِ وَيَقُومُ ثُلُثَهُ وَيَنَامُ سُدُسَهُ ، وَيَصُومُ يَوْمًا وَيُفْطِرُ يَوْمًا » .

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ ona belə dedi: “Allahın ən çox xoşladığı namaz Davudun ﵇ qıldığı namaz, ən çox xoşladığı oruc isə Davudun tutduğu orucdur. Davud gecənin yarısını yatar, sonra qalxıb onun üçdə birini namaz qılar, sonra da qalan altıda birini yatardı. Orucu isə günaşırı tutardı”.”

Abdullah ibn Amr ibn əl-As
SəhihBuxari, 1131 (Təhəccüd, 12)

حَدَّثَنِى عَبْدَانُ قَالَ أَخْبَرَنِى أَبِى عَنْ شُعْبَةَ عَنْ أَشْعَثَ سَمِعْتُ أَبِى قَالَ سَمِعْتُ مَسْرُوقًا قَالَ سَأَلْتُ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَىُّ الْعَمَلِ كَانَ أَحَبَّ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتِ الدَّائِمُ . قُلْتُ مَتَى كَانَ يَقُومُ قَالَتْ يَقُومُ إِذَا سَمِعَ الصَّارِخَ . حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلاَمٍ قَالَ أَخْبَرَنَا أَبُو الأَحْوَصِ عَنِ الأَشْعَثِ قَالَ إِذَا سَمِعَ الصَّارِخَ قَامَ فَصَلَّى .

“Rəvayət edilir ki, Məsruq ﵀ demişdir: “Mən Aişədən ﵂ soruşdum: “Peyğəmbərin ﷺ ən çox sevdiyi əməl hansı əməl idi?” O: “Davamlı olan”– deyə cavab verdi. Mən soruşdum: “(O, gecə namazını qılmaq üçün) nə vaxt oyanardı?” Aişə dedi: “Xoruzun səsini eşidəndə (yuxudan) durardı”. Ravi əl-Əşas deyir: “Xoruzun səsini eşitdikdə durub namaz qılardı”.”

Məsruq
SəhihBuxari, 1132 (Təhəccüd, 13)

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ قَالَ ذَكَرَ أَبِى عَنْ أَبِى سَلَمَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ مَا أَلْفَاهُ السَّحَرُ عِنْدِى إِلاَّ نَائِمًا . تَعْنِى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “O mənim yanımda yatmış ikən səhər açılardı”. Ravi deyir ki, bu sözü ilə o, Peyğəmbəri ﷺ qəsd edirdi.”

Aişə
SəhihBuxari, 1133 (Təhəccüd, 14)

Fəsil 8

Səhur yeməyini yeyib Sübh namazının qılana qədər yatmayan

باب مَنْ تَسَحَّرَ فَلَمْ يَنَمْ حَتَّى صَلَّى الصُّبْحَ

حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا رَوْحٌ قَالَ حَدَّثَنَا سَعِيدٌ عَنْ قَتَادَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَزَيْدَ بْنَ ثَابِتٍ رَضِيَ اللَّهُ عَنْهُ تَسَحَّرَا ، فَلَمَّا فَرَغَا مِنْ سَحُورِهِمَا قَامَ نَبِىُّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الصَّلاَةِ فَصَلَّى . قُلْنَا لأَنَسٍ كَمْ كَانَ بَيْنَ فَرَاغِهِمَا مِنْ سَحُورِهِمَا وَدُخُولِهِمَا فِى الصَّلاَةِ قَالَ كَقَدْرِ مَا يَقْرَأُ الرَّجُلُ خَمْسِينَ آيَةً .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ və Zeyd ibn Sabit ﵁ səhur etdilər. Səhur etməyi qurtardıqdan sonra Allahın Peyğəmbəri ﷺ ayağa durdu və namazı qıldırdı. Biz Ənəsə dedik: “Səhur etdikdən sonra namazı başlayana qədər nə qədər vaxt var idi?” O dedi: “Bir kişi bu vaxt ərzində əlli ayə oxuyardı”.”

Ənəs ibn Malik
SəhihBuxari, 1134 (Təhəccüd, 15)

Fəsil 9

Gecə namazında qiyamı uzatmaq

باب طُولِ الْقِيَامِ فِى صَلاَةِ اللَّيْلِ

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الأَعْمَشِ عَنْ أَبِى وَائِلٍ عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّيْتُ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً ، فَلَمْ يَزَلْ قَائِمًا حَتَّى هَمَمْتُ بِأَمْرِ سَوْءٍ . قُلْنَا وَمَا هَمَمْتَ قَالَ هَمَمْتَ أَنْ أَقْعُدَ وَأَذَرَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Bir gecə mən Peyğəmbərlə ﷺ birlikdə namaz qıldım. O, qiyamı o qədər uzatdı ki, mən pis bir iş görmək istədim”. Biz soruşduq: “O nə iş idi ki?” O dedi: “Peyğəmbəri ﷺ ayaq üstə buraxaraq yerə oturmaq istədim”.”

Abdullah
SəhihBuxari, 1135 (Təhəccüd, 16)

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا خَالِدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ حُصَيْنٍ عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا قَامَ لِلتَّهَجُّدِ مِنَ اللَّيْلِ يَشُوصُ فَاهُ بِالسِّوَاكِ .

“Huzeyfə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ təhəccüd namazını qılmaq üçün gecə yuxudan oyandıqda ağzını misvakla təmizləyərdi.”

Huzeyfə
SəhihBuxari, 1136 (Təhəccüd, 17)

Fəsil 10

Peyğəmbər ﷺ gecə namazını necə və neçə rükət qılardı?

باب كَيْفَ كَانَ صَلاَةُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَكَمْ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى مِنَ اللَّيْلِ

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى سَالِمُ بْنُ عَبْدِ اللَّهِ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ إِنَّ رَجُلاً قَالَ يَا رَسُولَ اللَّهِ ، كَيْفَ صَلاَةُ اللَّيْلِ قَالَ « مَثْنَى مَثْنَى ، فَإِذَا خِفْتَ الصُّبْحَ فَأَوْتِرْ بِوَاحِدَةٍ » .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Bir kişi dedi: “Ey Allahın Elçisi, gecə namazı necə qılınır?” Peyğəmbər ﷺ buyurdu: “İki-iki qılınır, dan yerinin sökülməsindən ehtiyat etdikdə isə bir rükət də qıl”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 1137 (Təhəccüd, 18)

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ شُعْبَةَ قَالَ حَدَّثَنِى أَبُو جَمْرَةَ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ صَلاَةُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثَلاَثَ عَشْرَةَ رَكْعَةً . يَعْنِى بِاللَّيْلِ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbərin ﷺ namazı on üç rükət olardı”. Bu söz ilə İbn Abbas gecə qılınan nafilə namazlarını nəzərdə tuturdu.”

İbn Abbas
SəhihBuxari, 1138 (Təhəccüd, 19)

حَدَّثَنَا إِسْحَاقُ قَالَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا إِسْرَائِيلُ عَنْ أَبِى حَصِينٍ عَنْ يَحْيَى بْنِ وَثَّابٍ عَنْ مَسْرُوقٍ قَالَ سَأَلْتُ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا عَنْ صَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِاللَّيْلِ . فَقَالَتْ سَبْعٌ وَتِسْعٌ وَإِحْدَى عَشْرَةَ سِوَى رَكْعَتَىِ الْفَجْرِ .

“Rəvayət edilir ki, Məsruq ﵀ demişdir: “Mən Aişədən ﵂ Allah Elçisinin ﷺ gecə namazı haqda soruşdum. O dedi: “Sübh namazının iki rükət sünnəsindən başqa gah yeddi, gah doqquz, gah da on bir rükət qılardı”.”

Məsruq
SəhihBuxari, 1139 (Təhəccüd, 20)

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى قَالَ أَخْبَرَنَا حَنْظَلَةُ عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى مِنَ اللَّيْلِ ثَلاَثَ عَشْرَةَ رَكْعَةً مِنْهَا الْوِتْرُ وَرَكْعَتَا الْفَجْرِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Vitr namazı və Sübh namazının sünnəsi ilə birlikdə Peyğəmbər ﷺ gecə on üç rükət namaz qılardı”.”

Aişə
SəhihBuxari, 1140 (Təhəccüd, 21)

Fəsil 11

Peyğəmbərin ﷺ gecə namazına qalxması, yatması və gecə namazının hökmünün nəsx (ləğv) olunması

باب قِيَامِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِاللَّيْلِ وَنَوْمِهِ وَمَا نُسِخَ مِنْ قِيَامِ اللَّيْلِ

وَقَوْلِهِ تَعَالَى { يَا أَيُّهَا الْمُزَّمِّلُ * قُمِ اللَّيْلَ إِلاَّ قَلِيلاً * نِصْفَهُ أَوِ انْقُصْ مِنْهُ قَلِيلاً * أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلاً * إِنَّا سَنُلْقِى عَلَيْكَ قَوْلاً ثَقِيلاً * إِنَّ نَاشِئَةَ اللَّيْلِ هِىَ أَشَدُّ وِطَاءً وَأَقْوَمُ قِيلاً * إِنَّ لَكَ فِى النَّهَارِ سَبْحًا طَوِيلاً } وَقَوْلِهِ { عَلِمَ أَنْ لَنْ تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ عَلِمَ أَنْ سَيَكُونُ مِنْكُمْ مَرْضَى وَآخَرُونَ يَضْرِبُونَ فِى الأَرْضِ يَبْتَغُونَ مِنْ فَضْلِ اللَّهِ وَآخَرُونَ يُقَاتِلُونَ فِى سَبِيلِ اللَّهِ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنْهُ وَأَقِيمُوا الصَّلاَةَ وَآتُوا الزَّكَاةَ وَأَقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا وَمَا تُقَدِّمُوا لأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا } . قَالَ ابْنُ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا نَشَأَ قَامَ بِالْحَبَشِيَّةِ ، وِطَاءً قَالَ مُوَاطَأَةَ الْقُرْآنِ أَشَدُّ مُوَافَقَةً لِسَمْعِهِ وَبَصَرِهِ وَقَلْبِهِ { لِيُوَاطِئُوا } لِيُوَافِقُوا .

Və Uca Allahın bu kəlamları: “Ey libasına bürünmüş peyğəmbər! Az bir hissəsi istisna olmaqla gecələr namaza dur! Gecənin yarısını, yaxud ondan bir az əskilt və ya ona artır. Quranı da aramla oxu! Həqiqətən, Biz sənə ağır bir Söz – Quran vəhy edəcəyik. Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir. Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər var”. (əl-Muzzəmmil, 1-7); “Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan səhabələrin bir qismi bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi bildiyi üçün, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!” (əl-Muzzəmmil, 20). İbn Abbas ﵄ bələ demişdir: “Nəşəə” sözü Həbəş dilində “qa:mə” qalxdi (ayaq üstdə durdu) mənasındadır”. Yenə İbn Abbas ﵄ “vita:ə” kəliməsini təfsir edərək belə demişdir: “Quranın muvə:taası” – “gecə oxunan Quranın gündüzdən daha çox eşitməyə, gözə və qəlbə (nüfuz etmə) uyğunluğu var”. Sonra bu təfsiri “li-yuvə:tiu” – “li-yuvə:fiqu” – “uygunlaşsınlar (müvafiq olsunlar)” (ət-Tövbə 37) ilə təsdiq etmişdir.

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنِى مُحَمَّدُ بْنُ جَعْفَرٍ عَنْ حُمَيْدٍ أَنَّهُ سَمِعَ أَنَسًا رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُفْطِرُ مِنَ الشَّهْرِ حَتَّى نَظُنَّ أَنْ لاَ يَصُومَ مِنْهُ ، وَيَصُومُ حَتَّى نَظُنَّ أَنْ لاَ يُفْطِرَ مِنْهُ شَيْئًا ، وَكَانَ لاَ تَشَاءُ أَنْ تَرَاهُ مِنَ اللَّيْلِ مُصَلِّيًا إِلاَّ رَأَيْتَهُ وَلاَ نَائِمًا إِلاَّ رَأَيْتَهُ . تَابَعَهُ سُلَيْمَانُ وَأَبُو خَالِدٍ الأَحْمَرُ عَنْ حُمَيْدٍ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ bir ay ərzində o vaxta qədər oruc tutmazdı ki, biz onun həmin ay oruc tutmayacağını zənn edərdik. Həmçinin bir ay ərzində o qədər oruc tutardı ki, biz onun həmin ay ardıcıl oruc tutacağını güman edərdik. Gecələr onun namaz qıldığını görmək istəsəydin, mütləq görərdin, həmçinin onun yatdığını görmək istəsəydin, mütləq görərdin”.”

Ənəs
SəhihBuxari, 1141 (Təhəccüd, 22)

Fəsil 12

Şeytan gecə namazını qılmayanın boynunun arxasına düyünlər vurar

باب عَقْدِ الشَّيْطَانِ عَلَى قَافِيَةِ الرَّأْسِ إِذَا لَمْ يُصَلِّ بِاللَّيْلِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَعْقِدُ الشَّيْطَانُ عَلَى قَافِيَةِ رَأْسِ أَحَدِكُمْ إِذَا هُوَ نَامَ ثَلاَثَ عُقَدٍ ، يَضْرِبُ كُلَّ عُقْدَةٍ عَلَيْكَ لَيْلٌ طَوِيلٌ فَارْقُدْ ، فَإِنِ اسْتَيْقَظَ فَذَكَرَ اللَّهَ انْحَلَّتْ عُقْدَةٌ ، فَإِنْ تَوَضَّأَ انْحَلَّتْ عُقْدَةٌ ، فَإِنْ صَلَّى انْحَلَّتْ عُقْدَةٌ فَأَصْبَحَ نَشِيطًا طَيِّبَ النَّفْسِ ، وَإِلاَّ أَصْبَحَ خَبِيثَ النَّفْسِ كَسْلاَنَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri yatdıqda şeytan onun boynunun arxasına üç düyün vurur və hər düyün vurduqca: “Gecə uzundur, yat!”– (deyir). Əgər o adam oyanıb Allahı zikr etsə, düyünlərdən biri açılar, dəstəmaz alsa, ikincisi açılar, namaz qılsa, üçüncüsü açılar və beləliklə də o adam səhər gümrah və əhvalı yaxşı olduğu halda yuxudan oyanar. Əks halda isə o, əhvalı çox pis, özü də əzgin halda yuxudan oyanar”.”

Əbu Hureyra
SəhihBuxari, 1142 (Təhəccüd, 23)

حَدَّثَنَا مُؤَمَّلُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنَا عَوْفٌ قَالَ حَدَّثَنَا أَبُو رَجَاءٍ قَالَ حَدَّثَنَا سَمُرَةُ بْنُ جُنْدَبٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الرُّؤْيَا قَالَ « أَمَّا الَّذِى يُثْلَغُ رَأْسُهُ بِالْحَجَرِ فَإِنَّهُ يَأْخُذُ الْقُرْآنَ فَيَرْفِضُهُ وَيَنَامُ عَنِ الصَّلاَةِ الْمَكْتُوبَةِ » .

“Səmura ibn Cundəb ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ (qəbir əzabı haqda gördüyü) yuxu haqda belə buyurmuşdur: “Başı daş ilə əzilən adamı gördüyünə gəlincə, bu adam Quranı götürüb əzbərləməyi tərk edən və fərz namazları qılmayıb yatan adamdır”.”

Səmura ibn Cundəb
SəhihBuxari, 1143 (Təhəccüd, 24)

Fəsil 13

Namaza yatıb qılanın qulağına şeytan sidik ifraz edər

باب إِذَا نَامَ وَلَمْ يُصَلِّ بَالَ الشَّيْطَانُ فِى أُذُنِهِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا أَبُو الأَحْوَصِ قَالَ حَدَّثَنَا مَنْصُورٌ عَنْ أَبِى وَائِلٍ عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ ذُكِرَ عِنْدَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ فَقِيلَ مَا زَالَ نَائِمًا حَتَّى أَصْبَحَ مَا قَامَ إِلَى الصَّلاَةِ . فَقَالَ « بَالَ الشَّيْطَانُ فِى أُذُنِهِ » .

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Peyğəmbərin ﷺ yanında bir adam haqqında: “O, səhərə qədər yatıb, heç namaza da qalxmayıb” deyilərək söhbət açıldı. Peyğəmbər ﷺ də buyurdu: “Şeytan onun qulağına sidik ifraz etmişdir”.”

Abdullah
SəhihBuxari, 1144 (Təhəccüd, 25)

Fəsil 14

Gecənin sonunda dua etmək və namaz qılmaq

باب الدُّعَاءِ وَالصَّلاَةِ مِنْ آخِرِ اللَّيْلِ

وَقَالَ { كَانُوا قَلِيلاً مِنَ اللَّيْلِ مَا يَهْجَعُونَ } أَىْ مَا يَنَامُونَ { وَبِالأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ } .

Uca Allah buyurur: “Onlar gecələr ibadət edib az yatırdılar. Sübh çağı isə bağışlanma diləyirdilər” (əz-Zariyaat, 17-18).

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى سَلَمَةَ وَأَبِى عَبْدِ اللَّهِ الأَغَرِّ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَنْزِلُ رَبُّنَا تَبَارَكَ وَتَعَالَى كُلَّ لَيْلَةٍ إِلَى السَّمَاءِ الدُّنْيَا حِينَ يَبْقَى ثُلُثُ اللَّيْلِ الآخِرُ يَقُولُ مَنْ يَدْعُونِى فَأَسْتَجِيبَ لَهُ مَنْ يَسْأَلُنِى فَأُعْطِيَهُ مَنْ يَسْتَغْفِرُنِى فَأَغْفِرَ لَهُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bərəkəti bol və Uca Rəbbimiz hər gecənin axır üçdəbirində dünya səmasına enir və buyurur: “Kim Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən istəyir ki, Mən də ona istədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu bağışlayım?!””

Əbu Hureyra
SəhihBuxari, 1145 (Təhəccüd, 26)

Fəsil 15

Gecənin əvvəlini yatıb axırını oyaq qalan

باب مَنْ نَامَ أَوَّلَ اللَّيْلِ وَأَحْيَا آخِرَهُ

وَقَالَ سَلْمَانُ لأَبِى الدَّرْدَاءِ رَضِىَ اللهُ عَنْهُمَا نَمْ . فَلَمَّا كَانَ مِنْ آخِرِ اللَّيْلِ قَالَ قُمْ . قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « صَدَقَ سَلْمَانُ » .

Salman əl-Farisi ﵁ gecənin əvvəlində Əbu əd-Dərdəyə “Yat!”, gecənin sonunda isə “Qalx!” demişdir. Peyğəmbər ﷺ buyurdu: “Salman doğru söyləmişdir”.

حَدَّثَنَا أَبُو الْوَلِيدِ حَدَّثَنَا شُعْبَةُ . وَحَدَّثَنِى سُلَيْمَانُ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى إِسْحَاقَ عَنِ الأَسْوَدِ قَالَ سَأَلْتُ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا كَيْفَ صَلاَةُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِاللَّيْلِ قَالَتْ كَانَ يَنَامُ أَوَّلَهُ وَيَقُومُ آخِرَهُ ، فَيُصَلِّى ثُمَّ يَرْجِعُ إِلَى فِرَاشِهِ ، فَإِذَا أَذَّنَ الْمُؤَذِّنُ وَثَبَ ، فَإِنْ كَانَ بِهِ حَاجَةٌ اغْتَسَلَ ، وَإِلاَّ تَوَضَّأَ وَخَرَجَ .

“Rəvayət edilir ki, əl-Əsvəd demişdir: “Mən Aişədən ﵂ soruşdum: “Peyğəmbər ﷺ gecə namazını necə qılardı?” Aişə dedi: “Gecənin əvvəlində yatar, axırında qalxıb namaz qılar, sonra yenidən yatağına uzanardı. Müəzzin azan verdiyi zaman qalxar və lazım gələrdisə qüsl edər, yoxsa dəstəmaz alıb namaz qılmağa gedərdi”.”

əl-Əsvəd
SəhihBuxari, 1146 (Təhəccüd, 27)

Fəsil 16

Peyğəmbərin ﷺ Ramazan və başqa aylarda qıldığı gecə namazları

باب قِيَامِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِاللَّيْلِ فِى رَمَضَانَ وَغَيْرِهِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ سَعِيدِ بْنِ أَبِى سَعِيدٍ الْمَقْبُرِىِّ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ أَنَّهُ أَخْبَرَهُ أَنَّهُ سَأَلَ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا كَيْفَ كَانَتْ صَلاَةُ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى رَمَضَانَ فَقَالَتْ مَا كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَزِيدُ فِى رَمَضَانَ وَلاَ فِى غَيْرِهِ عَلَى إِحْدَى عَشْرَةَ رَكْعَةً ، يُصَلِّى أَرْبَعًا فَلاَ تَسَلْ عَنْ حُسْنِهِنَّ وَطُولِهِنَّ ، ثُمَّ يُصَلِّى أَرْبَعًا فَلاَ تَسَلْ عَنْ حُسْنِهِنَّ وَطُولِهِنَّ ، ثُمَّ يُصَلِّى ثَلاَثًا ، قَالَتْ عَائِشَةُ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ أَتَنَامُ قَبْلَ أَنْ تُوتِرَ . فَقَالَ « يَا عَائِشَةُ ، إِنَّ عَيْنَىَّ تَنَامَانِ وَلاَ يَنَامُ قَلْبِى » .

“Rəvayət edilir ki, bir dəfə Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ Aişədən ﵂ soruşdu: “Allah Elçisi ﷺ Ramazan ayında necə namaz qılardı?” O dedi: “Allah Elçisi ﷺ nə Ramazanda, nə də başqa bir ayda gecələr on bir rükətdən artıq namaz qılmazdı. O, əvvəlcə dörd rükət qılardı ki, bu rükətlərin necə gözəl və nə qədər uzun olduğu barədə heç soruşma. Sonra yenə dörd rükət qılardı ki, bu rükətlərin necə gözəl və nə qədər uzun olduğu barədə heç soruşma. Sonra da üç rükət qılardı”. Aişə deyir: “Mən dedim: “Ey Allahın Elçisi, vitr namazını qılmamış yatırsan?” O buyurdu: “Ey Aişə, mənim gözlərim yatsa da, qəlbim yatmır”.”

Əbu Sələmə ibn Abdur-Rahmən
SəhihBuxari, 1147 (Təhəccüd, 28)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنْ هِشَامٍ قَالَ أَخْبَرَنِى أَبِى عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ مَا رَأَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِى شَىْءٍ مِنْ صَلاَةِ اللَّيْلِ جَالِسًا ، حَتَّى إِذَا كَبِرَ قَرَأَ جَالِسًا ، فَإِذَا بَقِىَ عَلَيْهِ مِنَ السُّورَةِ ثَلاَثُونَ أَوْ أَرْبَعُونَ آيَةً قَامَ فَقَرَأَهُنَّ ثُمَّ رَكَعَ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Peyğəmbərin ﷺ yaşlanana qədər gecə namazını qılarkən oturaraq nə isə oxuduğunu görmədim. Yaşlandıqda isə oxuduğu surədən otuz və qırx ayə qaldıqda ayağa qalxar, o ayələri oxuyar, sonra ruku edərdi”.”

Aişə
SəhihBuxari, 1148 (Təhəccüd, 29)

Fəsil 17

Gecə və gündüz təmizlənməyin fəziləti, həmçinin gecə və gündüz dəstəmazdan sonra namaz qılmağın fəziləti

باب فَضْلِ الطُّهُورِ بِاللَّيْلِ وَالنَّهَارِ وَفَضْلِ الصَّلاَةِ بَعْدَ الْوُضُوءِ بِاللَّيْلِ وَالنَّهَارِ

حَدَّثَنَا إِسْحَاقُ بْنُ نَصْرٍ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ أَبِى حَيَّانَ عَنْ أَبِى زُرْعَةَ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لِبِلاَلٍ عِنْدَ صَلاَةِ الْفَجْرِ « يَا بِلاَلُ حَدِّثْنِى بِأَرْجَى عَمَلٍ عَمِلْتَهُ فِى الإِسْلاَمِ ، فَإِنِّى سَمِعْتُ دَفَّ نَعْلَيْكَ بَيْنَ يَدَىَّ فِى الْجَنَّةِ » . قَالَ مَا عَمِلْتُ عَمَلاً أَرْجَى عِنْدِى أَنِّى لَمْ أَتَطَهَّرْ طُهُورًا فِى سَاعَةِ لَيْلٍ أَوْ نَهَارٍ إِلاَّ صَلَّيْتُ بِذَلِكَ الطُّهُورِ مَا كُتِبَ لِى أَنْ أُصَلِّىَ . قَالَ أَبُو عَبْدِ اللَّهِ دَفَّ نَعْلَيْكَ يَعْنِى تَحْرِيكَ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Sübh namazı vaxtı Bilala belə buyurdu: “Ey Bilal, İslamda etdiyin və sənin nəzdində ən ümid etdiyin əməl haqda mənə danış, çünki mən bu gecə Cənnətdə qarşımda sənin ayaqqabılarının səsini eşitdim”. Bilal dedi: “Mənim nəzdimdə bundan daha çox ümid etdiyim əməl etmədim: gecənin və ya gündüzün hansı saatında təmizləndimsə, qədərimə yazılan qədər namaz qıldım”. Əbu Abdullah əl-Buxari dedi: “Dəffə nə:leyk” - “ayaqqabıların hərəkət etdirilməsi” deməkdir”.”

Əbu Hureyra
SəhihBuxari, 1149 (Təhəccüd, 30)

Fəsil 18

Əldən düşənədək ibadət etməyin bəyənilməməsi

باب مَا يُكْرَهُ مِنَ التَّشْدِيدِ فِى الْعِبَادَةِ

حَدَّثَنَا أَبُو مَعْمَرٍ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ دَخَلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَإِذَا حَبْلٌ مَمْدُودٌ بَيْنَ السَّارِيَتَيْنِ فَقَالَ « مَا هَذَا الْحَبْلُ » . قَالُوا هَذَا حَبْلٌ لِزَيْنَبَ فَإِذَا فَتَرَتْ تَعَلَّقَتْ . فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ ، حُلُّوهُ ، لِيُصَلِّ أَحَدُكُمْ نَشَاطَهُ ، فَإِذَا فَتَرَ فَلْيَقْعُدْ » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ məscidə gəlib, iki dirək arasında çəkilmiş bir ip gördü və soruşdu: “Bu nə ipdir?” Oradakılar dedilər: “Bu, Zeynəbin ipidir, namaz qılıb yorulduqda, ondan tutur”. Peyğəmbər ﷺ buyurdu: “Yox, açın onu! Sizdən biri özünü gümrah hiss etdikcə namazını qılsın, yorulduqda isə otursun”.”

Ənəs ibn Malik
SəhihBuxari, 1150 (Təhəccüd, 31)

قَالَ وَقَالَ عَبْدُ اللَّهِ بْنِ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كَانَتْ عِنْدِى امْرَأَةٌ مِنْ بَنِى أَسَدٍ فَدَخَلَ عَلَىَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « مَنْ هَذِهِ » . قُلْتُ فُلاَنَةُ لاَ تَنَامُ بِاللَّيْلِ . فَذُكِرَ مِنْ صَلاَتِهَا فَقَالَ « مَهْ عَلَيْكُمْ مَا تُطِيقُونَ مِنَ الأَعْمَالِ ، فَإِنَّ اللَّهَ لاَ يَمَلُّ حَتَّى تَمَلُّوا » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Bəni Əsəd tayfasından bir qadın mənim yanımda ikən Allah Elçisi ﷺ içəri daxil oldu və: “Bu kimdir?”– deyə soruşdu. Mən: “Filankəsdir, o, gecə yatmır”– deyib onun namaz qılmağından danışdım. Peyğəmbər ﷺ buyurdu: “Bəsdir, siz bacardığınız əməlləri yerinə yetirməlisiniz. Həqiqətən, siz usanmadıqca, Allah usanmaz”.”

Aişə
SəhihBuxari, 1151 (Təhəccüd, 32)

Fəsil 19

Daim gecə namazlarını qılan kimsənin bunu tərk etməsinin bəyənilməməsi

باب مَا يُكْرَهُ مِنْ تَرْكِ قِيَامِ اللَّيْلِ لِمَنْ كَانَ يَقُومُهُ

حَدَّثَنَا عَبَّاسُ بْنُ الْحُسَيْنِ حَدَّثَنَا مُبَشِّرٌ عَنِ الأَوْزَاعِىِّ . وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ مُقَاتِلٍ أَبُو الْحَسَنِ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ أَخْبَرَنَا الأَوْزَاعِىُّ قَالَ حَدَّثَنِى يَحْيَى بْنُ أَبِى كَثِيرٍ قَالَ حَدَّثَنِى أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ قَالَ حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ عَمْرِو بْنِ الْعَاصِ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ قَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « يَا عَبْدَ اللَّهِ ، لاَ تَكُنْ مِثْلَ فُلاَنٍ ، كَانَ يَقُومُ اللَّيْلَ فَتَرَكَ قِيَامَ اللَّيْلِ » .

“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Allah Elçisi ﷺ mənə belə buyurdu: “Ey Abdullah, sən filankəs kimi olma! O, gecələr namaza durardı, sonra isə gecə namazını tərk etdi”.”

Abdullah ibn Amr ibn əl-As
SəhihBuxari, 1152 (Təhəccüd, 33)

Fəsil 20

Fəsil

باب

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرٍو عَنْ أَبِى الْعَبَّاسِ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ عَمْرٍو رَضِىَ اللهُ عَنْهُمَا قَالَ لِى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَلَمْ أُخْبَرْ أَنَّكَ تَقُومُ اللَّيْلَ وَتَصُومُ النَّهَارَ » قُلْتُ إِنِّى أَفْعَلُ ذَلِكَ . قَالَ « فَإِنَّكَ إِذَا فَعَلْتَ ذَلِكَ هَجَمَتْ عَيْنُكَ وَنَفِهَتْ نَفْسُكَ ، وَإِنَّ لِنَفْسِكَ حَقٌّ ، وَلأَهْلِكَ حَقٌّ ، فَصُمْ وَأَفْطِرْ ، وَقُمْ وَنَمْ » .

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Peyğəmbər ﷺ mənə belə dedi: “Məgər sənin gecələr namaz qılmağın, gündüzlər oruc tutmağın mənə xəbər verilməyibmi?!” Mən dedim: “Bəli, mən belə edirəm”. Peyğəmbər ﷺ buyurdu: “Şübhəsiz, sən belə etdikdə gözlərin çuxura düşər, nəfsin isə yorular. Sənin nəfsinin də sənin üzərində haqqı var, ailənin də sənin üzərində haqqı var. Ona görə bəzən (nafilə) orucları tut, bəzən tutma, bəzi (gecələri) namaz qıl, bəzi (gecələri) yat!””

Abdullah ibn Amr
SəhihBuxari, 1153 (Təhəccüd, 34)

Fəsil 21

Gecə yuxudan oyanaraq namaz qılanın fəziləti

باب فَضْلِ مَنْ تَعَارَّ مِنَ اللَّيْلِ فَصَلَّى

حَدَّثَنَا صَدَقَةُ بْنُ الْفَضْلِ أَخْبَرَنَا الْوَلِيدُ عَنِ الأَوْزَاعِىِّ قَالَ حَدَّثَنِى عُمَيْرُ بْنُ هَانِئٍ قَالَ حَدَّثَنِى جُنَادَةُ بْنُ أَبِى أُمَيَّةَ حَدَّثَنِى عُبَادَةُ بْنُ الصَّامِتِ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ تَعَارَّ مِنَ اللَّيْلِ فَقَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ ، وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ . الْحَمْدُ لِلَّهِ ، وَسُبْحَانَ اللَّهِ ، وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَاللَّهُ أَكْبَرُ ، وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ . ثُمَّ قَالَ اللَّهُمَّ اغْفِرْ لِى . أَوْ دَعَا اسْتُجِيبَ ، فَإِنْ تَوَضَّأَ وَصَلَّى قُبِلَتْ صَلاَتُهُ » .

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim gecə oyanarkən: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur, həmd Onadır və O hər şeyə Qadirdir. Həmd Allahadır. Allah pak və müqəddəsdir. Allahdan başqa məbud yoxdur. Allah ən Böyükdür. Qüdrət və güc yalnız Allahdadir!”– deyə (zikr etdikdən) sonra: “Ya Rəbb, məni bağışla!”– desə və ya dua etsə, ona cavab verilər, qalxıb dəstəmaz aldıqdan sonra namaz qılsa, namazı qəbul olunar”.”

Ubadə ibn əs-Samit
SəhihBuxari, 1154 (Təhəccüd, 35)

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ يُونُسَ عَنِ ابْنِ شِهَابٍ أَخْبَرَنِى الْهَيْثَمُ بْنُ أَبِى سِنَانٍ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ وَهُوَ يَقْصُصُ فِى قَصَصِهِ وَهُوَ يَذْكُرُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ أَخًا لَكُمْ لاَ يَقُولُ الرَّفَثَ . يَعْنِى بِذَلِكَ عَبْدَ اللَّهِ بْنَ رَوَاحَةَ وَفِينَا رَسُولُ اللَّهِ يَتْلُو كِتَابَهُ إِذَا انْشَقَّ مَعْرُوفٌ مِنَ الْفَجْرِ سَاطِعُ أَرَانَا الْهُدَى بَعْدَ الْعَمَى فَقُلُوبُنَا بِهِ مُوقِنَاتٌ أَنَّ مَا قَالَ وَاقِعُ يَبِيتُ يُجَافِى جَنْبَهُ عَنْ فِرَاشِهِ إِذَا اسْتَثْقَلَتْ بِالْمُشْرِكِينَ الْمَضَاجِعُ تَابَعَهُ عُقَيْلٌ . وَقَالَ الزُّبَيْدِىُّ أَخْبَرَنِى الزُّهْرِىُّ عَنْ سَعِيدٍ وَالأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ - رضى الله عنه .

“Əbu Hureyra ﵁ öz rəvayətlərindən birində (insanlara) xatırlatmışdır ki, Allah Elçisi ﷺ belə demişdir: “Həqiqətən, sizin qardaşınız pis söz deməmişdir”. Bununla o, Abdullah ibn Ravahanı (və onun söylədiyi bu şeiri) qəsd etmişdir: “Sübh çağı yetişəndə, dan yeri ağaranda, Allahın Elçisi Quran oxuyur aramızda. Gözlərimiz kor ikən, o bizə yol göstərdi, Sözünün gerçəyini qəlbimiz yəqin etdi. Gecələr böyrünü yatağından qaldırır, müşriklərsə həmin vaxt, dərin yuxuya dalır”.”

Əbu Hureyra
SəhihBuxari, 1155 (Təhəccüd, 36)

حَدَّثَنَا أَبُو النُّعْمَانِ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ رضى الله عنهما قَالَ رَأَيْتُ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَأَنَّ بِيَدِى قِطْعَةَ إِسْتَبْرَقٍ ، فَكَأَنِّى لاَ أُرِيدُ مَكَانًا مِنَ الْجَنَّةِ إِلاَّ طَارَتْ إِلَيْهِ ، وَرَأَيْتُ كَأَنَّ اثْنَيْنِ أَتَيَانِى أَرَادَا أَنْ يَذْهَبَا بِى إِلَى النَّارِ فَتَلَقَّاهُمَا مَلَكٌ فَقَالَ لَمْ تُرَعْ خَلِّيَا عَنْهُ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbərin ﷺ dövründə mən yuxuda sanki əlimdə bir parça ipək olduğunu və Cənnətdə hansı bir yeri istəyirəmsə, bu parçanın mənimlə oraya uçduğunu gördüm. Həmçinin iki mələyin də gəlib məni Cəhənnəmə tərəf aparmaq istədiyini gördüm. Bu vaxt qarşımıza bir mələk çıxıb mənə: “Qorxma!”, onlara isə: “Buraxın onu!”– deyə əmr etdi”.”

İbn Ömər
SəhihBuxari, 1156 (Təhəccüd, 37)

فَقَصَّتْ حَفْصَةُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِحْدَى رُؤْيَاىَ فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « نِعْمَ الرَّجُلُ عَبْدُ اللَّهِ لَوْ كَانَ يُصَلِّى مِنَ اللَّيْلِ » . فَكَانَ عَبْدُ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ يُصَلِّى مِنَ اللَّيْلِ .

“Həfsa mənim bu yuxumu Peyğəmbərə ﷺ danışdı. O da buyurdu: “Nə gözəl insandır Abdullah! Kaş ki, gecələr namaz qılaydı”. Ravi deyir: “Bundan sonra Abdullah ﵁ gecələr namaz qılardı”.”

Abdullah
SəhihBuxari, 1157 (Təhəccüd, 38)

وَكَانُوا لاَ يَزَالُونَ يَقُصُّونَ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الرُّؤْيَا أَنَّهَا فِى اللَّيْلَةِ السَّابِعَةِ مِنَ الْعَشْرِ الأَوَاخِرِ ، فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَرَى رُؤْيَاكُمْ قَدْ تَوَاطَتْ فِى الْعَشْرِ الأَوَاخِرِ ، فَمَنْ كَانَ مُتَحَرِّيْهَا فَلْيَتَحَرَّهَا مِنَ الْعَشْرِ الأَوَاخِرِ » .

“Səhabələr Peyğəmbərə ﷺ Qədr gecəsinin Ramazan ayının iyirmi yeddinci gecəsində olduğuna dair gördükləri yuxularını danışırdılar. Peyğəmbər ﷺ onlara buyurdu: “Mən sizin yuxularınızın Ramazan ayının son on gününə uyğun olduğunu görürəm. Kim Qədr gecəsini axtararsa, onu Ramazan ayının son on günündə axtarsın”.”

İbn Ömər
SəhihBuxari, 1158 (Təhəccüd, 39)

Fəsil 22

Sübh namazının iki rükət sünnəsini davamlı qılmaq

باب الْمُدَاوَمَةِ عَلَى رَكْعَتَىِ الْفَجْرِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ حَدَّثَنَا سَعِيدٌ - هُوَ ابْنُ أَبِى أَيُّوبَ - قَالَ حَدَّثَنِى جَعْفَرُ بْنُ رَبِيعَةَ عَنْ عِرَاكِ بْنِ مَالِكٍ عَنْ أَبِى سَلَمَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ صَلَّى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاءَ ثُمَّ صَلَّى ثَمَانَ رَكَعَاتٍ وَرَكْعَتَيْنِ جَالِسًا وَرَكْعَتَيْنِ بَيْنَ النِّدَاءَيْنِ ، وَلَمْ يَكُنْ يَدَعُهُمَا أَبَدًا .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ İşa namazını qıldı, sonra səkkiz rükət qıldı. Sonra iki rükət oturaraq namaz qıldı. Sübh namazının azanı ilə iqaməsi arasında da iki rükət namaz qıldı. Peyğəmbər ﷺ bu iki rükəti heç vaxt tərk etmədi”.”

Aişə
SəhihBuxari, 1159 (Təhəccüd, 40)

Fəsil 23

Sübh namazının iki rükət sünnəsindən sonra sağ böyrü üstə uzanmaq

باب الضِّجْعَةِ عَلَى الشِّقِّ الأَيْمَنِ بَعْدَ رَكْعَتَىِ الْفَجْرِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى أَيُّوبَ قَالَ حَدَّثَنِى أَبُو الأَسْوَدِ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا صَلَّى رَكْعَتَىِ الْفَجْرِ اضْطَجَعَ عَلَى شِقِّهِ الأَيْمَنِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ Sübh namazının iki rükət sünnəsini qıldıqdan sonra sonra sağ böyrü üstə uzanardı”.”

Aişə
SəhihBuxari, 1160 (Təhəccüd, 41)

Fəsil 24

Sübh namazının iki rükət sünnəsini qıldıqdan sonra uzanmayıb söhbət edən

باب مَنْ تَحَدَّثَ بَعْدَ الرَّكْعَتَيْنِ وَلَمْ يَضْطَجِعْ

حَدَّثَنَا بِشْرُ بْنُ الْحَكَمِ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنِى سَالِمٌ أَبُو النَّضْرِ عَنْ أَبِى سَلَمَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا صَلَّى { سُنَّةَ الْفَجْرِ } فَإِنْ كُنْتُ مُسْتَيْقِظَةً حَدَّثَنِى وَإِلاَّ اضْطَجَعَ حَتَّى يُؤْذَنَ بِالصَّلاَةِ .

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ Sübh namazının iki rükət sünnəsini qıldıqda, əgər mən oyaq olardımsa mənimlə söhbət edərdi. Yox, oyaq olmazdımsa, namaza çağırılana qədər sağ tərəfi üztə uzanardı.”

Aişə
SəhihBuxari, 1161 (Təhəccüd, 42)

Fəsil 25

Nafilə namazların iki rükət-iki rükət qılınması haqda nə rəvayət edilmişdir?

باب مَا جَاءَ فِى التَّطَوُّعِ مَثْنَى مَثْنَى

وَيُذْكَرُ ذَلِكَ عَنْ عَمَّارٍ وَأَبِى ذَرٍّ وَأَنَسٍ وَجَابِرِ بْنِ زَيْدٍ وَعِكْرِمَةَ وَالزُّهْرِىِّ - رضى الله عنهم - . وَقَالَ يَحْيَى بْنُ سَعِيدٍ الأَنْصَارِىُّ مَا أَدْرَكْتُ فُقَهَاءَ أَرْضِنَا إِلاَّ يُسَلِّمُونَ فِى كُلِّ اثْنَتَيْنِ مِنَ النَّهَارِ .

Bu haqda Əmmardan, Əbu Zərdən, Ənəsdən, Cabir ibn Zeyddən, İkrimədən və əz-Zuridən ﵃ rəvayətlər edilmişdir. Yəhya ibn Səid əl-Ənsari ﵀ demişdir: “Bizim yerlərin fəqihləri gündüz qılınan nafilələrdə hər iki rükətdən sonra salam verirdilər”.

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِى الْمَوَالِى عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُنَا الاِسْتِخَارَةَ فِى الأُمُورِ كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ يَقُولُ « إِذَا هَمَّ أَحَدُكُمْ بِالأَمْرِ فَلْيَرْكَعْ رَكْعَتَيْنِ مِنْ غَيْرِ الْفَرِيضَةِ ثُمَّ لِيَقُلِ اللَّهُمَّ إِنِّى أَسْتَخِيرُكَ بِعِلْمِكَ وَأَسْتَقْدِرُكَ بِقُدْرَتِكَ ، وَأَسْأَلُكَ مِنْ فَضْلِكَ الْعَظِيمِ ، فَإِنَّكَ تَقْدِرُ وَلاَ أَقْدِرُ وَتَعْلَمُ وَلاَ أَعْلَمُ وَأَنْتَ عَلاَّمُ الْغُيُوبِ ، اللَّهُمَّ إِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا الأَمْرَ خَيْرٌ لِى فِى دِينِى وَمَعَاشِى وَعَاقِبَةِ أَمْرِى - أَوْ قَالَ عَاجِلِ أَمْرِى وَآجِلِهِ - فَاقْدُرْهُ لِى وَيَسِّرْهُ لِى ثُمَّ بَارِكْ لِى فِيهِ ، وَإِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا الأَمْرَ شَرٌّ لِى فِى دِينِى وَمَعَاشِى وَعَاقِبَةِ أَمْرِى - أَوْ قَالَ فِى عَاجِلِ أَمْرِى وَآجِلِهِ - فَاصْرِفْهُ عَنِّى وَاصْرِفْنِى عَنْهُ ، وَاقْدُرْ لِى الْخَيْرَ حَيْثُ كَانَ ثُمَّ أَرْضِنِى - قَالَ - وَيُسَمِّى حَاجَتَهُ » .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: “Sizdən biriniz bir işi görməyə qərar verdikdə vacib olan namazlardan əlavə iki rükət namaz qılıb desin: “Allahım, Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən Sənin böyük lütfünü diləyirəm. Şübhəsiz ki, Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım, bu işin (işin adını çəkir) mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – xeyirli olduğunu məsləhət bilirsənsə, onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – zərərli olduğunu məsləhət bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olursa-olsun, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!””

Cabir ibn Abdullah
SəhihBuxari, 1162 (Təhəccüd, 43)

حَدَّثَنَا الْمَكِّىُّ بْنُ إِبْرَاهِيمَ عَنْ عَبْدِ اللَّهِ بْنِ سَعِيدٍ عَنْ عَامِرِ بْنِ عَبْدِ اللَّهِ بْنِ الزُّبَيْرِ عَنْ عَمْرِو بْنِ سُلَيْمٍ الزُّرَقِىِّ سَمِعَ أَبَا قَتَادَةَ بْنَ رِبْعِىٍّ الأَنْصَارِىَّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ فَلاَ يَجْلِسْ حَتَّى يُصَلِّىَ رَكْعَتَيْنِ » .

“Rəvayət edilir ki, Əbu Qatədə ibn Ribi əl-Ənsari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri məscidə daxil olduğu zaman oturmamışdan əvvəl iki rükət namaz qılsın”.”

Əbu Qatədə ibn Ribi əl-Ənsari
SəhihBuxari, 1163 (Təhəccüd, 44)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّى لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَيْنِ ثُمَّ انْصَرَفَ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə iki rükət namaz qıldırdı, sonra da bizə tərəf çevrildi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 1164 (Təhəccüd, 45)

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى سَالِمٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ صَلَّيْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَيْنِ قَبْلَ الظُّهْرِ ، وَرَكْعَتَيْنِ بَعْدَ الظُّهْرِ ، وَرَكْعَتَيْنِ بَعْدَ الْجُمُعَةِ ، وَرَكْعَتَيْنِ بَعْدَ الْمَغْرِبِ ، وَرَكْعَتَيْنِ بَعْدَ الْعِشَاءِ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Allah Elçisi ﷺ ilə Zöhr namazından əvvəl və sonra iki, Cümə namazından sonra iki, Məğrib namazından sonra iki və İşa namazından sonra iki rükət namaz qıldım”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 1165 (Təhəccüd, 46)

حَدَّثَنَا آدَمُ قَالَ أَخْبَرَنَا شُعْبَةُ أَخْبَرَنَا عَمْرُو بْنُ دِينَارٍ قَالَ سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يَخْطُبُ « إِذَا جَاءَ أَحَدُكُمْ وَالإِمَامُ يَخْطُبُ - أَوْ قَدْ خَرَجَ - فَلْيُصَلِّ رَكْعَتَيْنِ »

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ xütbə verərkən belə buyurdu: “İmam xütbə verərkən (və ya xütbə vermək üçün çıxarkən) biriniz gəlsə, iki rükət namaz qılsın”.”

Cabir ibn Abdullah
SəhihBuxari, 1166 (Təhəccüd, 47)

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا سَيْفُ بْنُ سُلَيْمَانَ الْمَكِّىُّ سَمِعْتُ مُجَاهِدًا يَقُولُ أُتِىَ ابْنُ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا فِى مَنْزِلِهِ فَقِيلَ لَهُ هَذَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ دَخَلَ الْكَعْبَةَ قَالَ فَأَقْبَلْتُ فَأَجِدُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ خَرَجَ ، وَأَجِدُ بِلاَلاً عِنْدَ الْبَابِ قَائِمًا فَقُلْتُ يَا بِلاَلُ ، صَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْكَعْبَةِ قَالَ نَعَمْ . قُلْتُ فَأَيْنَ قَالَ بَيْنَ هَاتَيْنِ الأُسْطُوَانَتَيْنِ . ثُمَّ خَرَجَ فَصَلَّى رَكْعَتَيْنِ فِى وَجْهِ الْكَعْبَةِ . قَالَ أَبُو عَبْدِ اللَّهِ قَالَ أَبُو هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَوْصَانِى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِرَكْعَتَىِ الضُّحَى . وَقَالَ عِتْبَانُ غَدَا عَلَىَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ بَعْدَ مَا امْتَدَّ النَّهَارُ وَصَفَفْنَا وَرَاءَهُ فَرَكَعَ رَكْعَتَيْنِ .

“Rəvayət edilir ki, Mücahid ﵀ demişdir: “İbn Ömər ﵄ evində olarkən yanına bir nəfər gəldi və dedi: “Allah Elçisi ﷺ Kəbəyə giribmi?” İbn Ömər dedi: “Mən Allah Elçisi ﷺ Kəbədən çıxanda ora gəldim və Kəbənin qapısının yanında Bilalın dayandığını gördüm və soruşdum: “Ey Bilal, Allah Elçisi ﷺ Kəbədə namaz qıldımı?” O: “Bəli” dedikdə mən: “Hansı tərəfində?” deyə soruşdum. Bilal dedi: “Bu iki sütunun arasında namaz qıldı, sonra bayıra çıxdı və Kəbəyə doğru iki rükət namaz qıldı”. Əbu Abdullah əl-Buxari ﵀ deyir: “Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ mənə iki rükət Duha namazını qılmağı tövsiyyə etmişdir”. İtban ibn Malik ﵁ demişdir: “Günəş yüksəldikdən sonra Allah Elçisi ﷺ və Əbu Bəkr ﵁ yanıma gəldilər. Biz Allah Elçisinin ﷺ arxasında cərgəyə düzüldük, o da bizə iki rükət namaz qıldırdı”.”

Mücahid
SəhihBuxari, 1167 (Təhəccüd, 48)

Fəsil 26

Sübh namazının iki rükət sünnəsindən sonra danışmaq

باب الْحَدِيثِ ، يَعْنِى بَعْدَ رَكْعَتَىِ الْفَجْرِ

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ حَدَّثَنَا سُفْيَانُ قَالَ أَبُو النَّضْرِ عَنْ أَبِى سَلَمَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى رَكْعَتَيْنِ فَإِنْ كُنْتُ مُسْتَيْقِظَةً حَدَّثَنِى وَإِلاَّ اضْطَجَعَ . قُلْتُ لِسُفْيَانَ فَإِنَّ بَعْضَهُمْ يَرْوِيهِ رَكْعَتَىِ الْفَجْرِ . قَالَ سُفْيَانُ هُوَ ذَاكَ .

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ Sübh namazının iki rükət sünnəsini qılar, mən oyaq olduqda mənimlə söhbət edər, oyaq olmasaydım böyrü üstə uzanardı”.”

Aişə
SəhihBuxari, 1168 (Təhəccüd, 49)

Fəsil 27

Sübh namazından qabaq qılınan iki rükət namazın davamiyyətli qılınması və bu iki rükətin könüllü olması

باب تَعَاهُدِ رَكْعَتَىِ الْفَجْرِ وَمَنْ سَمَّاهُمَا تَطَوُّعًا

حَدَّثَنَا بَيَانُ بْنُ عَمْرٍو حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ حَدَّثَنَا ابْنُ جُرَيْجٍ عَنْ عَطَاءٍ عَنْ عُبَيْدِ بْنِ عُمَيْرٍ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ لَمْ يَكُنِ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى شَىْءٍ مِنَ النَّوَافِلِ أَشَدَّ مِنْهُ تَعَاهُدًا عَلَى رَكْعَتَىِ الْفَجْرِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ nafilə namazlarından heç birini Sübh namazının sünnəsi kimi davamiyyətli qılmamışdır”.”

Aişə
SəhihBuxari, 1169 (Təhəccüd, 50)

Fəsil 28

Sübh namazının iki rükət sünnəsində nə oxunur?

باب مَا يُقْرَأُ فِى رَكْعَتَىِ الْفَجْرِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِاللَّيْلِ ثَلاَثَ عَشْرَةَ رَكْعَةً ، ثُمَّ يُصَلِّى إِذَا سَمِعَ النِّدَاءَ بِالصُّبْحِ رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ gecə namazını on üç rükət qılardı. Sonra (Sübh namazının) azanını eşitdikdə iki rükət qısa namaz qılardı”.”

Aişə
SəhihBuxari, 1170 (Təhəccüd, 51)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَمَّتِهِ عَمْرَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ح وَحَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ حَدَّثَنَا زُهَيْرٌ حَدَّثَنَا يَحْيَى - هُوَ ابْنُ سَعِيدٍ - عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَمْرَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُخَفِّفُ الرَّكْعَتَيْنِ اللَّتَيْنِ قَبْلَ صَلاَةِ الصُّبْحِ حَتَّى إِنِّى لأَقُولُ هَلْ قَرَأَ بِأُمِّ الْكِتَابِ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ Sübh namazından əvvəl qıldığı iki rükət sünnə namazını o qədər qısa qılardı ki, mən öz-özümə deyərdim: “Görəsən “əl-Fatihə” surəsini oxudumu?””

Aişə
SəhihBuxari, 1171 (Təhəccüd, 52)

Fəsil 29

Fərz namazlardan sonra qılınan nafilə namaz

باب التَّطَوُّعِ بَعْدَ الْمَكْتُوبَةِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنْ عُبَيْدِ اللَّهِ قَالَ أَخْبَرَنَا نَافِعٌ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ صَلَّيْتُ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَجْدَتَيْنِ قَبْلَ الظُّهْرِ ، وَسَجْدَتَيْنِ بَعْدَ الظُّهْرِ ، وَسَجْدَتَيْنِ بَعْدَ الْمَغْرِبِ ، وَسَجْدَتَيْنِ بَعْدَ الْعِشَاءِ ، وَسَجْدَتَيْنِ بَعْدَ الْجُمُعَةِ ، فَأَمَّا الْمَغْرِبُ وَالْعِشَاءُ فَفِى بَيْتِهِ . قَالَ ابْنُ أَبِى الزِّنَادِ عَنْ مُوسَى بْنِ عُقْبَةَ عَنْ نَافِعٍ بَعْدَ الْعِشَاءِ فِى أَهْلِهِ . تَابَعَهُ كَثِيرُ بْنُ فَرْقَدٍ وَأَيُّوبُ عَنْ نَافِعٍ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə Zöhrdən həm əvvəl, həm də sonra iki rükət, Məğrib namazından sonra iki rükət, İşa namazından sonra iki rükət, Cümə namazından sonra iki rükət namaz qıldım. Məğrib və İşa namazlarına gəlincə, onlar Peyğəmbərin ﷺ evində qılındı”. Nafi deyir ki, İşa namazından sonrakı iki rükəti ailəsi ilə qılardı.”

İbn Ömər
SəhihBuxari, 1172 (Təhəccüd, 53)

وَحَدَّثَتْنِى أُخْتِى حَفْصَةُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى سَجْدَتَيْنِ خَفِيفَتَيْنِ بَعْدَ مَا يَطْلُعُ الْفَجْرُ ، وَكَانَتْ سَاعَةً لاَ أَدْخُلُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيهَا . تَابَعَهُ كَثِيرُ بْنُ فَرْقَدٍ وَأَيُّوبُ عَنْ نَافِعٍ . وَقَالَ ابْنُ أَبِى الزِّنَادِ عَنْ مُوسَى بْنِ عُقْبَةَ عَنْ نَافِعٍ بَعْدَ الْعِشَاءِ فِى أَهْلِهِ .

“Həfsanın ﵂ qardaşı İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ Sübh namazının vaxtı girdikdən sonra iki qısa rükət qılardı, çünki bu, Sübh namazından əvvəlki vaxt mənim Peyğəmbərin ﷺ yanına girmədiyim vaxt idi”.”

Həfsa
SəhihBuxari, 1173 (Təhəccüd, 54)

Fəsil 30

Fərz namazlardan sonra nafilə qılmayan

باب مَنْ لَمْ يَتَطَوَّعْ بَعْدَ الْمَكْتُوبَةِ

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرٍو قَالَ سَمِعْتُ أَبَا الشَّعْثَاءِ جَابِرًا قَالَ سَمِعْتُ ابْنَ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّيْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثَمَانِيًا جَمِيعًا وَسَبْعًا جَمِيعًا . قُلْتُ يَا أَبَا الشَّعْثَاءِ أَظُنُّهُ أَخَّرَ الظُّهْرَ وَعَجَّلَ الْعَصْرَ وَعَجَّلَ الْعِشَاءَ وَأَخَّرَ الْمَغْرِبَ . قَالَ وَأَنَا أَظُنُّهُ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə namazları birləşdirərək yeddi və səkkiz rükət qıldım”. Ravi digər raviyə dedi: “Mən dedim: “Ey Əbu əş-Şə'səi, elə zənn edirəm ki, Allah Elçisi ﷺ Zöhr namazını təxirə salaraq Əsr namazını isə əvvələ çəkərək, Məğrib namazını da təxirə salaraq İşa namazı ilə İşanın ilk vaxtında qıldı”. O dedi: “Mən də elə zənn edirəm”.”

İbn Abbas
SəhihBuxari, 1174 (Təhəccüd, 55)

Fəsil 31

Səfərdə Duha namazını qılmaq

باب صَلاَةِ الضُّحَى فِى السَّفَرِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ شُعْبَةَ عَنْ تَوْبَةَ عَنْ مُوَرِّقٍ قَالَ قُلْتُ لاِبْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا أَتُصَلِّى الضُّحَى قَالَ لاَ . قُلْتُ فَعُمَرُ . قَالَ لاَ . قُلْتُ فَأَبُو بَكْرٍ . قَالَ لاَ . قُلْتُ فَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لاَ إِخَالُهُ .

“Rəvayət edilir ki, Muvarriq ﵀ demişdir: “Mən İbn Ömərə ﵄ dedim: “Sən Duha namazını qılırsan?” O dedi: “Xeyr”. Mən dedim: “Ömər qılardı?” O dedi: “Xeyr”. Mən dedim: “Əbu Bəkr qılardı?” O dedi: “Xeyr”. Mən dedim: “Bəs Peyğəmbər ﷺ qılrdı?” O dedi: “Peyğəmbərin ﷺ qıldığını bilmirəm”.”

Muvarriq
SəhihBuxari, 1175 (Təhəccüd, 56)

حَدَّثَنَا آدَمُ حَدَّثَنَا شُعْبَةُ حَدَّثَنَا عَمْرُو بْنُ مُرَّةَ قَالَ سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ أَبِى لَيْلَى يَقُولُ مَا حَدَّثَنَا أَحَدٌ أَنَّهُ رَأَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الضُّحَى غَيْرَ أُمِّ هَانِئٍ فَإِنَّهَا قَالَتْ إِنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ بَيْتَهَا يَوْمَ فَتْحِ مَكَّةَ فَاغْتَسَلَ وَصَلَّى ثَمَانِىَ رَكَعَاتٍ فَلَمْ أَرَ صَلاَةً قَطُّ أَخَفَّ مِنْهَا ، غَيْرَ أَنَّهُ يُتِمُّ الرُّكُوعَ وَالسُّجُودَ .

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbu Leyla ﵀ demişdir: “Bizə Ummu Hanidən başqa heç kim Peyğəmbərin ﷺ Duha namazını qılarkən gördüyünü deməmişdir. Ummu Hani deyir: “Peyğəmbər ﷺ Məkkənin fəthi günü evinə girdi, qüsl alıb səkkiz rükət namaz qıldı. Bu namazdan daha qısa namaz görmədim, lakin Peyğəmbər ﷺ rukuları və səcdələri tam edirdi.”

Abdur-Rahmən ibn Əbu Leyla
SəhihBuxari, 1176 (Təhəccüd, 57)

Fəsil 32

Duha namazını qılmayan və bunu mübah görən

باب مَنْ لَمْ يُصَلِّ الضُّحَى وَرَآهُ وَاسِعًا

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ مَا رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَبَّحَ سُبْحَةَ الضُّحَى ، وَإِنِّى لأُسَبِّحُهَا .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ Duha namazını qıldığını görməmişəm, lakin özüm onu qılıram”.”

Aişə
SəhihBuxari, 1177 (Təhəccüd, 58)

Fəsil 33

Daim yaşadığı yerdə Duha namazını qılmaq

باب صَلاَةِ الضُّحَى فِى الْحَضَرِ

قَالَهُ عِتْبَانُ بْنُ مَالِكٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

Bunu İtban ibn Malik ﵁ Peyğəmbərdən ﷺ rəvayət etmişdir.

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا شُعْبَةُ حَدَّثَنَا عَبَّاسٌ الْجُرَيْرِىُّ - هُوَ ابْنُ فَرُّوخَ - عَنْ أَبِى عُثْمَانَ النَّهْدِىِّ عَنْ أَبِى هُرَيْرَةَ رضى الله عنه قَالَ أَوْصَانِى خَلِيلِى بِثَلاَثٍ لاَ أَدَعُهُنَّ حَتَّى أَمُوتَ صَوْمِ ثَلاَثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ ، وَصَلاَةِ الضُّحَى ، وَنَوْمٍ عَلَى وِتْرٍ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Əziz dostum (Peyğəmbər ﷺ) mənə üç şeyi nəsihət etmişdir ki, mən ölənədək onları tərk edən deyiləm: hər ayın üç gününü oruc tutmaq, Duha namazını qılmaq və Vitr namazını qılıb yatmaq”.”

Əbu Hureyra
SəhihBuxari, 1178 (Təhəccüd, 59)

حَدَّثَنَا عَلِىُّ بْنُ الْجَعْدِ أَخْبَرَنَا شُعْبَةُ عَنْ أَنَسِ بْنِ سِيرِينَ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ الأَنْصَارِىَّ قَالَ قَالَ رَجُلٌ مِنَ الأَنْصَارِ - وَكَانَ ضَخْمًا - لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنِّى لاَ أَسْتَطِيعُ الصَّلاَةَ مَعَكَ . فَصَنَعَ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ طَعَامًا ، فَدَعَاهُ إِلَى بَيْتِهِ ، وَنَضَحَ لَهُ طَرَفَ حَصِيرٍ بِمَاءٍ فَصَلَّى عَلَيْهِ رَكْعَتَيْنِ . وَقَالَ فُلاَنُ بْنُ فُلاَنِ بْنِ جَارُودٍ لأَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ أَكَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الضُّحَى فَقَالَ مَا رَأَيْتُهُ صَلَّى غَيْرَ ذَلِكَ الْيَوْمِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik əl-Ənsari ﵁ demişdir: “Ənsardan olan kök bir kişi dedi: “Mən səninlə birlikdə (məsciddə) namaz qıla bilmirəm”. Sonra gedib Peyğəmbər ﷺ üçün yemək hazırladı, onu mənzilinə dəvət etdi, onun üçün yerə həsir saldı, həsirin kənar hissələrinə su səpdi və Peyğəmbər ﷺ də bu həsirin üstündə iki rükət namaz qıldı”. Carud nəslindən olan bir kişi Ənəsdən soruşdu: “Peyğəmbər ﷺ (hər gün) Duha namazını qılardımı?” Ənəs dedi: “Mən onun bu gündən başqa nə vaxtsa bu namazı qıldığını görmədim”.”

Ənəs ibn Malik əl-Ənsari
SəhihBuxari, 1179 (Təhəccüd, 60)

Fəsil 34

Zöhr namazından əvvəl qılınan iki rükət sünnə namazı

باب الرَّكْعَتَيْنِ قَبْلَ الظُّهْرِ

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ حَفِظْتُ مِنَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَشْرَ رَكَعَاتٍ رَكْعَتَيْنِ قَبْلَ الظُّهْرِ ، وَرَكْعَتَيْنِ بَعْدَهَا ، وَرَكْعَتَيْنِ بَعْدَ الْمَغْرِبِ فِى بَيْتِهِ ، وَرَكْعَتَيْنِ بَعْدَ الْعِشَاءِ فِى بَيْتِهِ ، وَرَكْعَتَيْنِ قَبْلَ صَلاَةِ الصُّبْحِ ، وَكَانَتْ سَاعَةً لاَ يُدْخَلُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيهَا .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Peyğəmbərdən ﷺ on rükət namazı yadımda saxladım. Bunlar Zöhr namazından əvvəl və sonra iki rükət, Məğrib namazından sonra evində iki rükət, İşa namazından sonra evində iki rükət və Sübh namazından qabaq iki rükət namaz idi. (Sübh namazından qabaq) mən onun evinə daxil olmadığım vaxt idi”.”

İbn Ömər
SəhihBuxari, 1180 (Təhəccüd, 61)

حَدَّثَتْنِى حَفْصَةُ أَنَّهُ كَانَ إِذَا أَذَّنَ الْمُؤَذِّنُ وَطَلَعَ الْفَجْرُ صَلَّى رَكْعَتَيْنِ .

“Həfsa ﵂ deyir ki, müəzzin azan oxuyub Sübh namazının vaxtı girdikdə Peyğəmbər ﷺ iki rükət nafilə qılardı.”

Həfsa
SəhihBuxari, 1181 (Təhəccüd, 62)

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ شُعْبَةَ عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ الْمُنْتَشِرِ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ لاَ يَدَعُ أَرْبَعًا قَبْلَ الظُّهْرِ وَرَكْعَتَيْنِ قَبْلَ الْغَدَاةِ . تَابَعَهُ ابْنُ أَبِى عَدِىٍّ وَعَمْرٌو عَنْ شُعْبَةَ .

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ Zöhr namazından əvvəl qıldığı dörd və Sübh namazından əvvəl qıldığı iki rükət nafilə namazlarını heç vaxt tərk etməzdi.”

Aişə
SəhihBuxari, 1182 (Təhəccüd, 63)

Fəsil 35

Məğrib namazından əvvəl namaz qılmaq

باب الصَّلاَةِ قَبْلَ الْمَغْرِبِ

حَدَّثَنَا أَبُو مَعْمَرٍ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنِ الْحُسَيْنِ عَنِ ابْنِ بُرَيْدَةَ قَالَ حَدَّثَنِى عَبْدُ اللَّهِ الْمُزَنِىُّ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « صَلُّوا قَبْلَ صَلاَةِ الْمَغْرِبِ » . - قَالَ فِى الثَّالِثَةِ - لِمَنْ شَاءَ كَرَاهِيَةَ أَنْ يَتَّخِذَهَا النَّاسُ سُنَّةً .

“Abdullah əl-Muzəni ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ: “Məğribdən qabaq namaz qılın!”– deyərək bunu üç dəfə təkrar etdi və üçüncü dəfə: “Kim istəsə”– dedi ki, insanlar bunu sünnə kimi qəbul etməsinlər.”

Abdullah əl-Muzəni
SəhihBuxari, 1183 (Təhəccüd, 64)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ قَالَ حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى أَيُّوبَ قَالَ حَدَّثَنِى يَزِيدُ بْنُ أَبِى حَبِيبٍ قَالَ سَمِعْتُ مَرْثَدَ بْنَ عَبْدِ اللَّهِ الْيَزَنِىَّ قَالَ أَتَيْتُ عُقْبَةَ بْنَ عَامِرٍ الْجُهَنِىَّ فَقُلْتُ أَلاَ أُعْجِبُكَ مِنْ أَبِى تَمِيمٍ يَرْكَعُ رَكْعَتَيْنِ قَبْلَ صَلاَةِ الْمَغْرِبِ . فَقَالَ عُقْبَةُ إِنَّا كُنَّا نَفْعَلُهُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . قُلْتُ فَمَا يَمْنَعُكَ الآنَ قَالَ الشُّغْلُ .

“Rəvayət edilir ki, Mərsəd ibn Abdullah əl-Muzəni ﵀ demişdir: “Mən Uqbə ibn Amir əl-Cuhəninin yanına gəldim və dedim: “Səni Əbu Təmimin etdiyinə görə heyrətə salımmı? Əbu Təmim Məğrib namazından əvvəl iki rükət namaz qılır”. Uqbə dedi: “Biz Allah Elçisinin ﷺ zamanında belə edərdik”. Mən dedim: “Bəs indi etməyə nə mane olur?” O dedi: “Məşğuliyyətin çox olması”.”

Mərsəd ibn Abdullah əl-Yəzəni
SəhihBuxari, 1184 (Təhəccüd, 65)

Fəsil 36

Nafilə namazlarını camaatla qılmaq

باب صَلاَةِ النَّوَافِلِ جَمَاعَةً

ذَكَرَهُ أَنَسٌ وَعَائِشَةُ رَضِىَ اللهُ عَنْهُمَا عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

Bunu Ənəs və Aişə ﵄ Peyğəmbərdən ﷺ rəvayət etmişlər.

حَدَّثَنِى إِسْحَاقُ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ حَدَّثَنَا أَبِى عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى مَحْمُودُ بْنُ الرَّبِيعِ الأَنْصَارِىُّ أَنَّهُ عَقَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، وَعَقَلَ مَجَّةً مَجَّهَا فِى وَجْهِهِ مِنْ بِئْرٍ كَانَتْ فِى دَارِهِمْ .

“Rəvayət edilir ki, Mahmud ibn Rabi əl-Ənsari ﵁ Peyğəmbərin ﷺ onların evlərində olan su quyusundan (ağzına su alıb) onun üzünə püskürtdüyünü yadında saxlamışdır.”

Mahmud ibn Rabi əl-Ənsari
SəhihBuxari, 1185 (Təhəccüd, 66)

فَزَعَمَ مَحْمُودٌ أَنَّهُ سَمِعَ عِتْبَانَ بْنَ مَالِكٍ الأَنْصَارِىَّ رَضِيَ اللَّهُ عَنْهُ وَكَانَ مِمَّنْ شَهِدَ بَدْرًا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ كُنْتُ أُصَلِّى لِقَوْمِى بِبَنِى سَالِمٍ ، وَكَانَ يَحُولُ بَيْنِى وَبَيْنَهُمْ وَادٍ إِذَا جَاءَتِ الأَمْطَارُ فَيَشُقُّ عَلَىَّ اجْتِيَازُهُ قِبَلَ مَسْجِدِهِمْ ، فَجِئْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ لَهُ إِنِّى أَنْكَرْتُ بَصَرِى ، وَإِنَّ الْوَادِىَ الَّذِى بَيْنِى وَبَيْنَ قَوْمِى يَسِيلُ إِذَا جَاءَتِ الأَمْطَارُ فَيَشُقُّ عَلَىَّ اجْتِيَازُهُ ، فَوَدِدْتُ أَنَّكَ تَأْتِى فَتُصَلِّى مِنْ بَيْتِى مَكَانًا أَتَّخِذُهُ مُصَلًّى . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « سَأَفْعَلُ » . فَغَدَا عَلَىَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ بَعْدَ مَا اشْتَدَّ النَّهَارُ فَاسْتَأْذَنَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَذِنْتُ لَهُ فَلَمْ يَجْلِسْ حَتَّى قَالَ « أَيْنَ تُحِبُّ أَنْ أُصَلِّىَ مِنْ بَيْتِكَ » . فَأَشَرْتُ لَهُ إِلَى الْمَكَانِ الَّذِى أُحِبُّ أَنْ أُصَلِّىَ فِيهِ ، فَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَكَبَّرَ وَصَفَفْنَا وَرَاءَهُ ، فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ وَسَلَّمْنَا حِينَ سَلَّمَ ، فَحَبَسْتُهُ عَلَى خَزِيرٍ يُصْنَعُ لَهُ فَسَمِعَ أَهْلُ الدَّارِ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَيْتِى فَثَابَ رِجَالٌ مِنْهُمْ حَتَّى كَثُرَ الرِّجَالُ فِى الْبَيْتِ . فَقَالَ رَجُلٌ مِنْهُمْ مَا فَعَلَ مَالِكٌ لاَ أَرَاهُ . فَقَالَ رَجُلٌ مِنْهُمْ ذَاكَ مُنَافِقٌ لاَ يُحِبُّ اللَّهَ وَرَسُولَهُ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَقُلْ ذَاكَ أَلاَ تَرَاهُ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . يَبْتَغِى بِذَلِكَ وَجْهَ اللَّهِ » . فَقَالَ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ . أَمَّا نَحْنُ فَوَاللَّهِ لاَ نَرَى وُدَّهُ وَلاَ حَدِيثَهُ إِلاَّ إِلَى الْمُنَافِقِينَ . قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « فَإِنَّ اللَّهَ قَدْ حَرَّمَ عَلَى النَّارِ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . يَبْتَغِى بِذَلِكَ وَجْهَ اللَّهِ » . قَالَ مَحْمُودٌ فَحَدَّثْتُهَا قَوْمًا فِيهِمْ أَبُو أَيُّوبَ صَاحِبُ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى غَزْوَتِهِ الَّتِى تُوُفِّىَ فِيهَا وَيَزِيدُ بْنُ مُعَاوِيَةَ عَلَيْهِمْ بِأَرْضِ الرُّومِ ، فَأَنْكَرَهَا عَلَىَّ أَبُو أَيُّوبَ قَالَ وَاللَّهِ مَا أَظُنُّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَا قُلْتَ قَطُّ . فَكَبُرَ ذَلِكَ عَلَىَّ فَجَعَلْتُ لِلَّهِ عَلَىَّ إِنْ سَلَّمَنِى حَتَّى أَقْفُلَ مِنْ غَزْوَتِى أَنْ أَسْأَلَ عَنْهَا عِتْبَانَ بْنَ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ إِنْ وَجَدْتُهُ حَيًّا فِى مَسْجِدِ قَوْمِهِ ، فَقَفَلْتُ فَأَهْلَلْتُ بِحَجَّةٍ أَوْ بِعُمْرَةٍ ، ثُمَّ سِرْتُ حَتَّى قَدِمْتُ الْمَدِينَةَ فَأَتَيْتُ بَنِى سَالِمٍ ، فَإِذَا عِتْبَانُ شَيْخٌ أَعْمَى يُصَلِّى لِقَوْمِهِ فَلَمَّا سَلَّمَ مِنَ الصَّلاَةِ سَلَّمْتُ عَلَيْهِ وَأَخْبَرْتُهُ مَنْ أَنَا ، ثُمَّ سَأَلْتُهُ عَنْ ذَلِكَ الْحَدِيثِ فَحَدَّثَنِيهِ كَمَا حَدَّثَنِيهِ أَوَّلَ مَرَّةٍ .

“Mahmud ibn ər-Rabi əl-Ənsari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ilə birlikdə Bədr döyüşündə iştirak etmiş İtban ibn Malik ﵁ dedi: “Mən qövmüm olan Bəni Səlim tayfasına namaz qıldırırdım. Yağış yağdığı zaman mənimlə onların arasında olan vadini su basır deyə, məscidlərinə gedib onlara namaz qıldıra bilmirdim. Ona görə Allah Elçisinin ﷺ yanına gəlib dedim: “Mənim gözlərim zəifləyib. Yağış yağdığı zaman mənimlə onların arasında olan vadini su basır deyə, məscidlərinə gedib onlara namaz qıldıra bilmirəm. Mən istəyirəm ki, sən bizim evə gəlib orada namaz qılasan, mən də həmin yeri namazgah edim”. Allah Elçisi ﷺ ona: “Allahın izni ilə, mən bunu edərəm!”– dedi. Ertəsi gün günortadan sonra Allah Elçisi ﷺ Əbu Bəkrlə ﵁ birlikdə bizə gəldilər. Allah Elçisi ﷺ evə girməyə izin istədi, mən də ona izin verdim. Evə girdikdə oturmadan dərhal soruşdu: “Evinin harasında namaz qılmağımı istəyirsən?” Mən ona evimdə bir yer göstərdim. Allah Elçisi ﷺ orada durub təkbir etdi və biz də onun arxasında cərgəyə durduq. O, iki rükət namaz qıldı və salam verdi, biz də o, salam verəndə salam verdik. Biz Allah Elçisini ﷺ bir qədər yubatdıq ki, onun üçün hazırladığımız xəzirəni yeyə bilsin. Bu yerin əhalisindən bir çoxları Allah Elçisinin ﷺ gəlişindən xəbər tutan kimi gəlib evə doluşdular. Onlardan biri soruşdu: “Nəyə görə Maliki görmürəm?” Oradakılardan biri dedi: “O, münafiqdir, Allahı və Onun Elçisini sevmir”. Allah Elçisi ﷺ dedi: “Belə demə! Məgər sən bilmirsən ki, o, Allahın Üzünü diləyərək “Lə iləhə illəllah”– demişdir?” O adam dedi: “Allah və Onun Elçisi daha yaxşı bilər!” Bizə qaldıqda, Allaha and olsun ki, onun münafiqlərə qarşı mehriban mövqedə olduğunu və əsasən münafiqlərlə söhbət etdiyini görürük”. Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, Allah, Onun Üzünü diləyərək “Lə iləhə illəllah” deyən kimsəyə, Cəhənnəm odunun toxunmasını haram etmişdir”. Mahmud deyir: “Mən bunu aralarında Allah Elçisinin ﷺ səhabəsi Əbu Əyyubun da olduğu bir qövmə danışdım. Əbu Əyyubun vəfat edəcəyi Rum torpaqlarındakı bu yürüşdə Müaviyənin oğlu Yəzid əmir idi. Əbu Əyyub mənim sözümü inkar etdi və dedi: “Vallahi, Allah Elçisinin ﷺ sənin söylədiyini dediyini zənn etmirəm”. Bu söz mənə ağır gəldi. Əgər Allah mənə salamatçılıq verərsə, bu yürüşdən sağ qayıdıb İtban ibn Maliki ﵁ öz camaatının məscidində taparamsa, bu hədisi ondan yenidən soruşmağımı üzərimə Allahın haqqı olsun”- deməyə başladım. Nəhayət, Bizans səfərindən qayıtdım. Həcc və ya Ümrə niyyətilə ehrama girdim. Sonra piyada gələrək Mədinəyə gəldim. Bəni Səlim tayfasının ərazisinə gəldim və bir də gördüm ki, İtban ibn Malik kor və çox qocalmış halda hələ də qövmünə namaz qıldırır. Namazı bitirib salam verdikdə ona salam verdim və kim olduğumu ona dedim. Sonra bu hədis haqda ondan soruşdum. O da ilk dəfə danışdığı kimi bu hədisi danışdı”.”

Mahmud
SəhihBuxari, 1186 (Təhəccüd, 67)

Fəsil 37

Evdə qılınan nafilə namazları

باب التَّطَوُّعِ فِى الْبَيْتِ

حَدَّثَنَا عَبْدُ الأَعْلَى بْنُ حَمَّادٍ حَدَّثَنَا وُهَيْبٌ عَنْ أَيُّوبَ وَعُبَيْدِ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « اجْعَلُوا فى بُيُوتِكُمْ مِنْ صَلاَتِكُمْ وَلاَ تَتَّخِذُوهَا قُبُورًا » . تَابَعَهُ عَبْدُ الْوَهَّابِ عَنْ أَيُّوبَ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namazlarınızın bir qismini öz evlərinizdə qılın, onları qəbirlərə çevirməyin”.”

İbn Ömər
SəhihBuxari, 1187 (Təhəccüd, 68)