Təhəccüd kitabı

Əldən düşənədək ibadət etməyin bəyənilməməsi

قَالَ وَقَالَ عَبْدُ اللَّهِ بْنِ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كَانَتْ عِنْدِى امْرَأَةٌ مِنْ بَنِى أَسَدٍ فَدَخَلَ عَلَىَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « مَنْ هَذِهِ » . قُلْتُ فُلاَنَةُ لاَ تَنَامُ بِاللَّيْلِ . فَذُكِرَ مِنْ صَلاَتِهَا فَقَالَ « مَهْ عَلَيْكُمْ مَا تُطِيقُونَ مِنَ الأَعْمَالِ ، فَإِنَّ اللَّهَ لاَ يَمَلُّ حَتَّى تَمَلُّوا » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Bəni Əsəd tayfasından bir qadın mənim yanımda ikən Allah Elçisi ﷺ içəri daxil oldu və: “Bu kimdir?”– deyə soruşdu. Mən: “Filankəsdir, o, gecə yatmır”– deyib onun namaz qılmağından danışdım. Peyğəmbər ﷺ buyurdu: “Bəsdir, siz bacardığınız əməlləri yerinə yetirməlisiniz. Həqiqətən, siz usanmadıqca, Allah usanmaz”.”

Aişə
Səhih

İstinad

Buxari, 1151 (Təhəccüd, 32)

Səhih əl-Buxari — Təhəccüd kitabı