Təhəccüd kitabı

Əldən düşənədək ibadət etməyin bəyənilməməsi

حَدَّثَنَا أَبُو مَعْمَرٍ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ دَخَلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَإِذَا حَبْلٌ مَمْدُودٌ بَيْنَ السَّارِيَتَيْنِ فَقَالَ « مَا هَذَا الْحَبْلُ » . قَالُوا هَذَا حَبْلٌ لِزَيْنَبَ فَإِذَا فَتَرَتْ تَعَلَّقَتْ . فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ ، حُلُّوهُ ، لِيُصَلِّ أَحَدُكُمْ نَشَاطَهُ ، فَإِذَا فَتَرَ فَلْيَقْعُدْ » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ məscidə gəlib, iki dirək arasında çəkilmiş bir ip gördü və soruşdu: “Bu nə ipdir?” Oradakılar dedilər: “Bu, Zeynəbin ipidir, namaz qılıb yorulduqda, ondan tutur”. Peyğəmbər ﷺ buyurdu: “Yox, açın onu! Sizdən biri özünü gümrah hiss etdikcə namazını qılsın, yorulduqda isə otursun”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Buxari, 1150 (Təhəccüd, 31)

Səhih əl-Buxari — Təhəccüd kitabı