Təhəccüd kitabı

Gecənin əvvəlini yatıb axırını oyaq qalan

حَدَّثَنَا أَبُو الْوَلِيدِ حَدَّثَنَا شُعْبَةُ . وَحَدَّثَنِى سُلَيْمَانُ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى إِسْحَاقَ عَنِ الأَسْوَدِ قَالَ سَأَلْتُ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا كَيْفَ صَلاَةُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِاللَّيْلِ قَالَتْ كَانَ يَنَامُ أَوَّلَهُ وَيَقُومُ آخِرَهُ ، فَيُصَلِّى ثُمَّ يَرْجِعُ إِلَى فِرَاشِهِ ، فَإِذَا أَذَّنَ الْمُؤَذِّنُ وَثَبَ ، فَإِنْ كَانَ بِهِ حَاجَةٌ اغْتَسَلَ ، وَإِلاَّ تَوَضَّأَ وَخَرَجَ .

“Rəvayət edilir ki, əl-Əsvəd demişdir: “Mən Aişədən ﵂ soruşdum: “Peyğəmbər ﷺ gecə namazını necə qılardı?” Aişə dedi: “Gecənin əvvəlində yatar, axırında qalxıb namaz qılar, sonra yenidən yatağına uzanardı. Müəzzin azan verdiyi zaman qalxar və lazım gələrdisə qüsl edər, yoxsa dəstəmaz alıb namaz qılmağa gedərdi”.”

əl-Əsvəd
Səhih

İstinad

Buxari, 1146 (Təhəccüd, 27)

Səhih əl-Buxari — Təhəccüd kitabı